Bakı polisi AYAĞA QALXDI – Zivələr çıxarılıb, dilənçilər təqib edildi – VİDEO

Bakı polisi AYAĞA QALXDI – Zivələr çıxarılıb, dilənçilər təqib edildi – VİDEOBinəqədi Rayon Polis İdarəsi kompleks əməliyyat-profilaktik maarifləndirmə tədbiri həyata keçirib.

Sonxeber.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, tədbir çərçivəsində vətəndaşlara ətraf mühitin mühafizəsi, həyat və sağlamlıq məsələləri ilə bağlı izahlar verilib, inzibati xətaya yol verməni vərdişə çevirənlərə cərimələr tətbiq edilib.

Binəqədi rayon Polis İdarəsinin rəhbər heyyətinin iştirakı ilə başlanan tədbir çərçivəsində rayonun əsas küçələrində ümumi görünüşə xələl gətirən, binaların fasadlarında asılan qurutma zivələri ilə bağlı tədbirlər görülüb.

Polis əməkdaşları avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfəri saxlayıblar.

Həmin şəxslərlə proflaktik söhbətlər aparılıb, yaşayış yerləri müəyyən olunub, qeydiyyat ünvanları yoxlanılaraq həmin rayonlara qaytarılmaları təmin edilib.

Belə aydın olur ki, avaraçılıq və dilənçiliyi peşəyə çevirən bu şəxslər Binəqədi ərazisində mənzil kirayələyirlər. Heç bir şəraiti olmayan belə mənzillərdə 10-12 avara və dilənçi gecələyir.

Əsasən şərəhərin mərkəzi küçələrinə "yürüş" edib dilənirlər. İşləmək, əziyyətə qatlaşıb pul qazanmaq haqda heç düşünmək belə istəmirlər.

Küçələrə düşüb dilənməkdir peşələrinin adı. Polislərin proflaktik söhbətləri də belə görünür ki, bu adamlara xoş deyil. Naəlac dayanıb söhbətə qulaq asır, tezliklə gəldikləri rayona qaytarılacaqları saatı gözləyirlər. Yenidən Bakıya qayıtmayacaqlarını da kimsə söyləyə bilməz.

Küçələrdə ticarətlə məşğul olanlar da tədbir çərçivəsində maarifləndirici söhbətlərə cəlb olundular.

İzah edildi ki, ticarətlə xüsusi ayrılmış bazarlarda, Kənd Təssərrüfatı Nazirliyinin təşkil etdikləri yarmarkalarda rahat şəkildə məşğul ola bilərlər. 57 belə fakt müəyyən edildi.

Binəqədi rayonunda antisanitariya ilə bağlı 15 fakt üzə çıxarıldı.

Tədbirdə iştirak edən hüquq mühafizə orqanı əməkdaşlarının sözlərindən belə atdın oldu ki, bəzi sakinlər küçələrin təmiz saxlanılması kimi tələbləri qulaqardı etməyi vərdişə çeviriblər.

Küçələrin zibillənməsi, ərazidə təmizlik normalarının pozulması, epidomoloji fonun çirklənməsi də reydlərdən kənar qalmayıb.

Kompleks əməliyyat-profilaktik tədbirlər çərçivəsində antisanitariya faktları da müəyyən olundu.15 inzibati xəta haqda protokol tərtib olunub.

İlk dəfə belə xətaya yol vermiş vətəndaşlara xəbərdarlıq elan olundu. Bəzi vətəndaşlara isə yol verdikləri antisanitariya əməlləri dəfələrlə təkrar etdiklərinə görə cərimə olundular.

40 manat cərimə küçələri natəmiz saxlamaq vərdişinin yadırğama üçün keçərli üsul hesab olunur.

Belə cərimə ödəyən vətəndaşlar növbəti dəfə zibili küçəyə atmazdan əvvəl ciblərində artıq 40 manat olub-olmamasını aydınlaşdırmaq zorunda qacaqlar.

Müxtəlif cinayətlər törətdiklərinə görə 16 nəfər axtarışda olan saxlanılıb.

Yol hərəkəti qaydaları əleyhinə olan xətalar ümumi rayon ərazisindəki xətaların cəmindən artıqdır.

Tədbirlər çərçivəsində keçirilən reydlər zamanı sürücülərin yol hərəkəti qaydalarını pozmaları ilə bağlı 94 fakt, sükan arxasına sərxoş halda keçən 3, 1 avtoxuliqan, piyadaların yolun müəyyən edilməyən hissədən keçmələri ilə bağlı 54 fakt müəyyən olunaraq qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq tədbir görüldü.

Piyadaların yolun nəzərdə tutulmayan hissəsindən keçmələri, xüsusilə öz həyatlarını riskə ataraq yola çıxmaları dəfələrlə qəza şəraitinin yaranması ilə müşayət olundu.

Hüquq mühafizə orqanı əməkdaşlarının maarifləndirici söhbətlərinə, piyadaların yolun nəzərdə tutulan hissəsindən – zebradan keçməli olmaları iradlarına "tələsirəm" deməklə haqq qazandıran piyadalar az deyildi.

Həyatlarını riskə atmalarına, sürücülərin həyatını alt-üst edəcək addımlarına haqq qazandırmaq üçün tələsdiklərini dönə-dönə deyir, tələskənliyin həyatları bahasına başa gələcəyinin fərqinə də varmırdılar.

Yolda tələskənliyin hansı nəticələrə gətirib çıxara biləcəyi ilə bağlı proflaktik söhbətlər vətəndaşların taleləri haqda düşünməyə bir vasitə idi.

Ümumilikdə gün ərzində 100-lə Binəqədi sakini ilə həyat və sağlamlıq üçün maarifləndirici söhbətlər aparıldı, inzibati xəta hərəkətlərinə yol verməmələri izah olundu.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 6300   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Mikroavtobus qəzasında iki uşaq öldü, səkkiz yaralı var

Dağıstanda yük maşını ilə mikroavtobus toqquşub. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Kasumkənd kəndində baş verib. Qəza nəticəsində iki uşaq ölüb, səkkiz nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır

13 aprel
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib - FOTO

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər İmran Rahim oğlu Əmrahov tibb müəssisəsində kəskin ürək-damar tənəffüs çatışmazlığından vəfat edib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığ

7 aprel
.

Xaçmazda məktəbdə yanğın

Xaçmazdan məktəbdə yanğın olub. Bu barədə -a FHN-dən bildirilib. Məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 10020 m² olan (hər mərtəbəsi 3340 m²) üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində sahəsi 36 m² olan 1 otağında 3 ədəd kompyuter, 2 ədəd stol və 0,5 p.m elektirik naqilləri yanıb. Məktəbi

9 aprel
.

Ağcabədidə qadın əri və qızının batdığı yerdə FƏRYAD ETDİ - VİDEO

Zərdab sakinləri olan ata və qızı Kür çayında batıblar. Hadisə Kür çayının Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndindən keçən hissəsində qeydə alınıb. Baku TV hadisə yerindən görüntüləri təqdim edib. Həmin yerə gələn ana övladı üçün fəryad edərək onun tapılmasını istəyib. Qeyd edək ki, Fövqəladə Halla

13 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi artıb. "Report"un Aran bürosunun məlimatına görə, son günlər havaların qeyri-sabit keçməsi çayın aşağı axınına ciddi təsir göstərib. Təkcə son bir həftədə Kürün Salyan ərazisindən keçən hissəsində səviyyə 1,5 metr qalxıb

14 aprel
.

Bakıda DƏHŞƏT: Müştəri kababçını öldürdü - YENİLƏNİB

Aprelin 10-da paytaxtın Nizami rayonu ərazisində Anar Quliyevin almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Nizami rayon Prokurorluğundan  -a verilən xəbərə görə, aparılmış istintaqla 34 yaşlı Rəhman Qəhrəmanovun aprelin 9-da rayonun Keşl

11 aprel
.

TƏBİB İmişlidə iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib - YENİLƏNİB

TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib. "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadis

14 aprel