"Fikirləşdik, ağ günə çıxarıq" – İlk cinayətini 15 yaşında törədən məhkum – Video

"Fikirləşdik, ağ günə çıxarıq" – İlk cinayətini 15 yaşında törədən məhkum – VideoAzərbaycanda ilk cinayətini 15 yaşında törədən məhkum həbsxanada həyat hekayəsini danışıb.

Sonxeber.az xəbər verir ki, "Rezonans" proqramında bu dəfə məhkum Gülşad Ağasıyev həyatından danışılıb.

Gülşad Ağasıyev ümumilikdə 16 il həbsxana həyatı yaşayıb, hazırda 6 il müddətinə azadlıqdan məhrum edilib.

Orta təhsilli olduğunu deyən məhkum ailədə pis uşaq olmadığın bildirib:

"Bir az böyüdükdən sonra ağlım kəsmədi, cavanlara qoşuldum, cavanlıq etdim. Rahat yolla pul qazanmışam. İlk cinayətimi 15 yaşımda törətmişəm. Qonşumla davamız olub. Üstümdə gəzdirdiyim bıçaqla ona ürəyindən xəsarət yetirdim. Həmin adam öldü. O cinayətə görə 10 il cəza aldım, həbsxanada yatdım.

Bir çox yerdə işlədim, amma o pulla irəliləmək mümkün olmadı. Daha sonra bir qohumumla birgə oturub söhbət etdik, fikirləşdik bəlkə, belə ağ günə çıxarıq. Oğurluq etdiyimiz vaxt ərzində tutulacağımı fikirləşməmişdim, arxayınlıq var idi. Lakin ondan sonra 9 ay azadlıqda olduğum müddətdə hər dəqiqə tutulacağımı düşünürdüm. Oğurluq etdiyimiz evdə yaşayış yox idi. Yiyəsi Rusiyada yaşayırdı. Evin içində qiymətli əşyaların olduğunu bilirdik. Axşamüstü girəcəyimizi planlaşdırdıq. Getdik, hasardan həyətə aşdıq. Dəmir barmaqlıqları sındırıb evə girdik.

Evdə çox əşyalar vardı. Seçim etdik, nəyi götürə bilərik, nəyi yox. 1-2 əşya götürüb getdik. Kompüter, musiqi mərkəzi, videomaqnitafon və müəyyən məbləğdə pul götürdük. Sonra tutulacağımızdan qorxduq. Oğurladığımız əşyaları satıb, gəlib evi yandırdıq ki, əl izimiz qalmasın.

Arxa otaqları neftlə yandırdıq, qabaq otaqda isə qazı açıq qoyduq ki, güclü partlayış olsun, heç bir əl izi qalmasın. Əşyaları satdığımız adam bizim oğurluq etdiyimizi başa düşərək əşyaları polis bölməsinə təhvil verib. Evin yiyəsi də əşyaların onun olduğunu təsdiq etdikdən sonra bölməyə çağırıldıq. Cinayəti bizim törətdiyimiz sübuta yetirildi. Oğurladığımız pulla maşın almışdım. Həmin maşınla qəza keçirdim. Yataqda xəstə yatdım".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 940   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO

Yaz aylarında təbii bitən, xüsusilə də qida kimi istifadə edilən bitkilərə maraq çoxalır. Belə bitkilərdən biri də qulançardır. Əsasən dadı və tərkibinin zənginliyi ilə seçilən qulançar çoxlarının qida rasionunda xüsusi yer tutur. İndi qulançarın yığım vaxtıdır. Məhsul əl ilə yığılır və 200-250 qramlı

15 aprel
.

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

16 aprel
.

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman Akademiyası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub. açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi "RR Travel Company" MMC (VÖEN – 1305786331) olub. Tenderin qalibi olan "R

15 aprel
.

Şagird imtahanı verir, 1 ay sonra nəticə açıqlanır: Cavabların gec elan olunmasının səbəbi nədir?

Azərbaycanda keçirilən buraxılış və qəbul imtahanlarının nəticələrinin gec elan olunması hər zaman problemli olaraq qalır. Bəs niyə imtahan nəticələri gec elan olunur?. Məsələ ilə bağlı təhsil eksperti Elçin Efəndiyev -a açıqlama verib. Ekspert yazılı cavab tələb edən tapşırıqların yoxlanılması uzu

15 aprel
.

Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO

"Hazırda Xocalı şəhərində, Malıbəyli kəndində, həm də Xankəndidə məktəb infrastrukturu ilə bağlı işlərimiz gedir". Bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-də yayımlanan, Vüsal Mətləbin müəllifi olduğu "Sözümüz imzamızdır" verilişində deyib. Nazir bildirib ki, bölgələrimizi

16 aprel
.

Bakıda 12 yaşlı qızcığazı paltar almaq adı ilə qaçırıb evləndilər - Ülkərlə bağlı DƏHŞƏTLİ FAKTLAR - VİDEO

Bakıda 12 yaşı olarkən Ülkər adlı qız ərə verilib. Onun 13 yaşında övladı dünyaya gəlib. xəbər verir ki, bu barədə o, jurnalist Nuranə Gülərə danışıb. Hazırda 25 yaşı olan Ülkərin iddiasına görə, 4 ildir övladını ona göstərmirlər. "12 yaşım olanda məni qaçırdılar. Həmin vaxt 119 saylı orta məktəbi

16 aprel
.

Sükanı titrəyən avtobusla bağlı - Rəsmi açıqlama

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb. Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yo

16 aprel
.

Qarabağı tərk edən ermənilər GERİ QAYIDIR? - AÇIQLAMA

Ermənistan müvafiq iddialar ilə Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Belə ki, Ermənistan regionu tərk edən ermənilərin Qarabağa geri qaytarılmasını və həmin ermənilərin özlərinə tabe olmasını istəyirlər. Bununla yanaşı regionu tərk edən ermənilərin qayıtmayacaqları təqdirdə Azərbaycanda

15 aprel
.

Gəncədə 37 yaşlı kişi itkin düşdü

Gəncədə 37 yaşlı kişi itkin düşüb. xəbər verir ki, bu barədə APA-ya onun ailə üzləri məlumat verib. Onlar bildirib ki, Gəncə şəhər sakini, 1987-ci il təvəllüdlü Osman Həsənovla aprelin 14-dən əlaqə saxlaya bilmirlər. Osman Həsənovun Nizami Məqbərəsi yaxınlığında "Mercedes Vito" markalı mikroavtobusda

16 aprel