Bakıda maşın oğrusu ƏLƏ KEÇDİ

Bakıda maşın oğrusu ƏLƏ KEÇDİBakının Binəqədi və Nəsimi rayon Polis idarələrinin əməkdaşları avtomobil oğrusunu izləyərək Şabran ərazisində ələ keçiriblər.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Binəqədi Rayon Polis İdarəsindən məlumat veriblər.

Məlumata görə, iyulun 18-dən 19-na keçən gecə Mir Cəlal küçəsindəki 147 nömrəli evin həyətindən 1988-ci il təvəllüdlü Azər Ağayevə məxsus 99 AM 356 dövlət qeydiyyat nişanlı, "Renault" markalı avtomobil oğurlanıb.

Qaçırılmış avtomobil iyulun 22-si saat 15:00-da Şabran ərazisində tapılıb. Polis əməkdaşları oğrunu qaçırdığı maşının sükanı arxasında olarkən saxlayıblar.

Məlum olub ki, 1986-cı il təvəllüdlü Ağayev Fərid Novruzəli oğlu daha əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunaraq mühakimə olunub. Saxlanılan şəxs ilkin dindirmə zamanı bildirib ki, maşını sadəcə olaraq gəzmək üçün oğurlayıb.

Bu arada, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları oxşar cinayətin üstünü açıblar. İyulun 19-da sözügedən ərazidə Surxay Əliyevə məxsus "Niva" maşını qaçırılıb. Müəyyən edilib ki, avtomobili iki nəfər oğurlayıb. Onlardan biri daha əvvəl narkotik və soyğunçuluğa görə mühakimə olunmuş 1979-cu il təvəllüdlü Hacıyev Şaiq İbrahim oğludur.

Hər iki şəxs iyulun 22-də tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 489   Tarix: 23 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Azərbaycanda sevdiyi qızın ailəsinin "yox" dediyi gənc qollarını doğradı

Sumqayıtda 23 yaşlı oğlan özünə ülgüclə xəsarət yetirib. -ın əldə etdiyi məlumata görə, E.Aslanzadə adlı gəncin bu addımına səbəb sevdiyi qızın ailəsinin onun elçilərinə "yox" deməsi olub. Qolundan ağır xəsarət alan E.Aslanzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır

17 sentyabr 2021