"Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur" - Orqanizmi MƏHV EDƏN HAVA

"Azərbaycanda ilk dəfədir belə iyul ayı müşahidə olunur" - Orqanizmi MƏHV EDƏN HAVASon günlər hava qeyri-sabit keçir: gah həddən artıq isti olur, gah da güclü küləklə müşahidə olunan ağır bir hava. Belə hava şəraiti isə yay fəsli üçün anormaldır.

Bəs bu cür havanın hansı fəsadları olur?

Sonxeber.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a danışan pediatr Vaqif Qarayev bildirib ki, havanın tez-tez dəyişməsi insan orqanizminə, sağlamlığına mənfi təsir edir:

"İndiki havalar qəribədir. Açığı, bu yaşıma kimi iyulda belə hava müşahidə olunduğunu görməmişəm. Heç yadıma gəlmir. Təbiətin bu şıltaqlığına qarşı heç nə edə bilmərik. Amma mütləq özümüzü qorumalıyıq. Yüngül geyinirik, hərəkət etdiyimiz üçün də tərləyirik. Sonda da soyuq hava təri yapışdırır. Bununla da müqavimət düşür və xəstələnmə prosesi başlayır. Havaya uyğun geyinmək lazımdır. Ehtiyat üçün nəsə götürmək lazımdır. Çünki hər saat hava dəyişir. Dünən axşam bərk bürkü var idi. Gecə saatlarında isə külək əsməyə başladı. Artıq havanın necə olacağını öncədən hesablamaq olmur".

Mütəxəssisin sözlərinə görə, bu cür havaların insanlara təkcə fiziki baxımdan deyil, psixoloji cəhətdən də təsiri var:

"İnsanların ovqatı olmur, kefləri olmur. Ovqatın pozulması da müqavimətə, immunitetə çox təsir edir. Belə ki, insanlar saatlarla kefi olmadan oturursa, müqavimət düşür. Aktivlik olmur, iş qabiliyyəti və ünsiyyət pozulur. Bu da psixoloji baxımdan təsir edir".

Vaqif Qarayev bu ayda küləkli havanın olması səbəbindən allergik xəstəliklərin artaraq, kəskinləşəcəyini vurğulayıb:

"Kimin toza qarşı allergiyası varsa, bu halı yaşayacaq. Toz həm də özü ilə xəstəliktörədicilər gətirir. Onlardan qorunmaq lazımdır. Uşaqları, əsasən, çirkli və tozlu məkanlardan uzaq tutmaq lazımdır".

Pediatr əlavə edib ki, insanlar özlərini qorumaq şərti ilə daha çox havada olmalıdır:

"Hər fəslin özünün iqlim dəyişiklikləri olur. Amma indi - iyul ayında hava isti olsa da, külək əsir. Bu, insan sağlamlığına kifayət qədər təsir edə biləcək faktordur. Məsələn, iyul ayının sonları olduğu üçün evdən yüngül geyimlə çıxırlar. Birdən hava soyuyur, külək əsir. Orqanizm isə iyul ayına adaptasiya olunub, amma havanın temperaturu buna öyrəşməyə imkan vermir. Bu zaman mütləq müqavimət düşür".

V.Qarayev yay qripindən də danışıb. Bildirib ki, bu xəstəlik zamanı orqanizmin müqavimət gücü aşağı düşür, yay qripinə daha çox uşaqlarda rast gəlinir.

Bununla belə, pediatr həm uşaqların, həm də böyüklərin havada daha çox vaxt keçirməli olduqlarına diqqət çəkib:

"Ümumiyyətlə, bütün fəsillərdə hava lazımdır. Ən çox isə uşaqlar üçün hava çox vacibdir. Son vaxtlar D vitamini çatışmazlığı, az qala, epidemiya şəklini alıb. Bəs Azərbaycan kimi günəşli ölkədə bu, necə baş verir? Hazırda bütün dünya tibbində bu müzakirə olunur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7855   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Evə seyf arzusu ilə girib sazla gitara oğurladılar - Foto

Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən -a verilən məlumata görə, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə məlumat daxil olub. Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayo

18 aprel
.

Başlıbel qətliamından 31 il ötür

Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib

18 aprel
.

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18 aprel
.

Sulutəpədə azyaşlını maşın vurub parçaladı

Paytaxtın Sulutəpədə qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, azyaşlını avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, iri qabaritli avtomobil azyaşlını vurduqdan sonra sürüyüb və meyit parçalanıb. Hadisəni törədən sürücü isə qaçıb. Əraziyə polis və təcili yardım briqadas

18 aprel
.

Marketdən 8 min manatlıq spirtli içki oğurlandı - ANBAAN VİDEO

Bakının Səbail rayonu ərazisində yerləşən marketlərin birindən müxtəlif vaxtlarda 800 manat dəyərində spirtli içki oğurlanıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərl

18 aprel
.

Bakı-Sumqayıt qatarını DAŞA BASDILAR: Saxlanılanlar var - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməy

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel