Nazirlər Kabinetindən YENİ QƏRAR
Azərbaycanda ədəbi dil normalarının pozulmasına görə cərimələrin tətbiq edilməsi barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Nazirlər Kabinetinə (NK) verdiyi təklif qəbul edilib.
Sonxeber.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.
Direktorun sözlərinə görə, bu cərimələrin yeni yaradılacaq Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən tətbiq edilməsi nəzərdə tutulur.
Akademik mərkəzin noyabrın 1-dək fəaliyyətə başlayacağı qənaətindədir:
"Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması üçün bütün qanunverici sənədlər imzalanıb, yalnız Monitorinq Mərkəzinin yaradılması haqqında Prezidentin sərəncamının verilməsi məsələsi qalıb. Bu il noyabrın 1-də Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamasının 1 ili tamam olacaq. Hesab edirəm ki, Mərkəz həmin vaxtadək - noyabrın 1-dək fəaliyyətə başlayacaq".
M.Nağısoylu bildirib ki, Monitorinq Mərkəzi afişalar, reklamlar və elanlarda normaların pozulması hallarının aradan qaldırılması üçün qurumlara göstərişlər verəcək, təbliğat işləri aparacaq: "Biz ədəbi dil normalarının pozulmasına görə cərimənin tətbiqini də təklif etmişik. Cərimələrin həm fiziki, həm də hüquqi şəxslər üçün tətbiqi təklif edilib. Bu təklifimiz NK tərəfindən qəbul edilib".
Xatırladaq ki, "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin fərmanına əsasən, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılacaq. Mərkəz Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 6082 Tarix: 24 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Abituriyentlərin NƏZƏRİNƏ: Bu gündən ali məktəblərə ixtisas seçimi BAŞLAYIR
Bu gündən 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başlayır.. . Sonxeber.az xəbər verir ki, ixtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 6-dək internet vasitəsilə aparılır.. . İxtisas seçmək hüququ olan abituriyen
24 iyul 2019Azərbaycan vətəndaşları ən çox hansı ölkələrə səfər edirlər - SİYAHI
2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artıb.. . Dövlət Statistika Komitəsindən Sonxeber.az-a verilən məlumata görə, həmin müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2540,9 min nəfə
23 iyul 2019Sürücülərin DİQQƏTİNƏ: Bu yollardan keçməyin
Bakıda keçirilən Avropa Gənclərin Yay Olimpiya Festivalı ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti günün müəyyən saatlarında dəyişdiriləcək.. . Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, velosiped yarışlarının keçirilməs
23 iyul 2019Azərbaycanda yeni sürücülük vəsiqəsinin nümunəsi TƏSDİQLƏNDİ - FOTO
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin təsvirini, spesifikasiyasını və nümunəsini təsdiq edib.. . Sonxeber.az APA-ya istiadla xəbər verir ki, traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülü
23 iyul 2019Agentlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Bakı Nəqliyyat Agentliyi (BNA) müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edir.. . BNA-dan Sonxeber.az-a verilən məlumata görə, sərnişinlər avtobus dayanacaqlarında gözləyərkən diqqətli olmalıdır.. . Dayanacaq məntəqəsinin ərazisindən kənard
23 iyul 2019Ən çox nikah bağlanan ay – Azərbaycanlılar mifi dağıtdı
Azərbaycanda ən çox nikahın qeydə alındığı aylar açıqlanıb.. . Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, 2019-cu ilin 5 ayı ərzində . . Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələr
23 iyul 2019Şimşək çaxacaq, dolu düşəcək - Sabahın HAVASI
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. . . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 24-də hava yağmursuz keçəcək.. . Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək.. . Havanın temperatur
23 iyul 2019Bakı metrosunda şəkil çəkdirmək niyə qadağandır? - SƏBƏB
Uzun illərdir ki, Bakı metrosunda şəkil və ya video çəkdirmək qadağandır.. . Bu qadağa isə cəmiyyət tərəfindən birmənalı qarşılanmır və müəyyən narazılığa səbəb olur.. . İqtisadçı ekspert Qubad İbadoğlu bu məsələ ilə bağlı qadağanın doğru olmadığını və Sovet dövründən qalan bu qadağanın ləğvinə ehtiya
23 iyul 2019