DƏHŞƏTLİ OLAY : Məktəbliləri aparan 2 avtobus YANDI - FOTO

DƏHŞƏTLİ OLAY : Məktəbliləri aparan 2 avtobus YANDI - FOTOKanadada iki məktəbli avtobusun iştirakı ilə baş verən yol qəzasında 69 nəfər xəsarət alıb.

Avtosfer.az -a istinadən xəbər verir ki, insident Kevbek vilayətində qeydə alınıb.

Bu barədə "CBC" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, 7-12 yaş arası 50-dən çox məktəblini yay düşərgəsinə aparan iki avtobus anidən əyləci basan minik avtomobilinə çırpılıb və yanmağa başlayıb.

Bildirilir ki, hadisə nəticəsində ciddi yaralanan olmayıb, lakin 69 nəfər müayinə üçün xəstəxanalara aparılıb.

Polis araşdırmalara başlayıb.

Hadisə   Baxılıb: 502   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR