Dollarla bağlı hər kəsi düşündürən ŞOK PROQNOZ - Mütəxəssislər AÇIQLADI

Dollarla bağlı hər kəsi düşündürən ŞOK PROQNOZ - Mütəxəssislər AÇIQLADIDollar qlobal ehtiyat valyuta statusunu itirəcək.

Bunu dünyanın ən böyük sərmayə banklarından olan JP Morgan açıqlayıb.

Bankın birja, əmtəə və faiz strategiyası mütəxəssisi Kreyq Kohen "Dollar həddən artıq olan imtiyazının sonuna yaxınlaşır?" adlı məqaləsində dolların 100 ilə yaxındır qlobal ehtiyat valyuta olduğunu və sadəcə amerikalıların deyil, dünyanın hər yerində bir çox sərmayəçinin portfelində məhz bu valyutaya üstünlük verdiyini bildirib: "Lakin dolların dünyaya hakim valyuta olması xüsusiyyətini itirəcəyinə inanırıq. Struktur səbəbləri və dövri maneələr səbəbilə yaxın zamanda dəyərini itirəcək".

Kohen qeyd edib ki, dollar ehtiyat valyuta statusunu düşünüldüyü kimi "1944 Bretton Woods" andlaşması ilə deyil, daha çox 1913-cü ildə ABŞ Mərkəzi Bankının qurulması ilə əldə edib. Növbəti illərdə Amerikanın daimi hala gələn xarici çatışmazlıqları dünya miqyasında keçərli pul olan dolları basaraq və daim borclanaraq idxalatla məşğul olaraq bağlayıb.

Yüksələn Asiya

"Dollar hakim statusunu daim qoruyub saxlayaq deyə bir reallıq yoxdur. Əksinə, minlərlə il əvvələ baxdığımızda dünyada "iqtisadi mərkəz" dəyişdikcə beynəlxalq hakim valyutanın də dəyişdiyini görürük. II Dünya Müharibəsindən sonra ABŞ qlobal istehsalın 25%-ni təşkil edirdi. Qərbi Avropa qüvvələrini də əlavə edəndə bu rəqəm 40-a çatırdı. Həmin dövrdən sonra iqtisadi dirçəlişin itələyici qüvvəsi ABŞ və Qərb əleyhinə, Asiyaya doğru istiqamətləndi. Yüksək böyümə və qətiyyətli reformasiya ilə Çin bu iqtisadi dəyişikliyin mərkəzində yer alır. Son 70 ildə Çin dünya miqyasında istehsal payını 4 qat artırıb və 20% səviyyəsinə (ABŞ ilə eyni) çatdırıb. Bu sahədə genişlənməsi də gözlənilir".

Mütəxəssis bildirib ki, Çin artıq sadəcə aşağı büdcəli məhsullar istehsal edən bir istehsalçı deyil: "Son dövrlərdə texnologiya kimi dəyərli sektorlara diqqət yetirilir. Çindən başqa, Hindistan da daxil olmaqla, Cənubi Asiya ölkələrinin də gənc əhalisi və daim artan texnoloji təcrübələri sayəsində böyümə performansları göstərir. Qərbdə Türkiyə və Ərəb yarımadası ilə başlayıb şərqdə Yapniya və Yeni Zelandiyaya qədər uzanan, şimalda Rusiyadan cənubda Avstraliyaya qədər gedib çatan "Asiya İqtisadi Bölgəsi"nin qlobal istehsal kütləsi 50% olub. 2015-2030-cu illər dövründə əməl gələcəyi təxmin edilən 30 trilyon dollarlıq orta sinif istehlak böyüməsinin sadəcə 1 trilyon dollarını Qərbdən gəlməsi gözlənilir. Gələcək illərdə dünya iqtisadiyyatının ABŞ mərkəzli və dollar hakimiyyətində olan bir sistemdən Asiyanın daha çox güc sahibi olduğu yeni bir sistemə keçəcəyi düşünülür. Valyuta sahəsində bu, dolların digər valyutalar və qızıl kimi əmtəələrdən yaranan birja səbətinə qarşı dəyərini itirəcəyi anlamına gəlir".

Dollar qlobal hakimiyyətini çoxdan itirməyə başlayıb

Kreyq Kohenin fikrincə, bankların ehtiyatda saxladıqları dollar miqdarına baxılanda dəyişikliyin çoxdan başladığını görmək olar: "Xüsusilə, 2008-ci il böhranından sonra dünya mərkəzi banklarının ehtiyatlarındakı dolların miqdarı 64%-dən 55%-ə düşüb. Avronun tədavülə girdiyi 1999-cu ildən bu yana ilk dəfə dünya mərkəzi bankları eyni anda dollar satıb avro almağa başlayıb. Qızıl alışı da rekord səviyyəyə məhz indi çatıb. 2018-ci ildə qızıl mərkəzi banklardan 1971-ci ildən bu yana ən yüksək tələbi görüb. Ard-arda 4 rüb yaşanan qızıl alış-verişləri isə qeydlərdə yer alan ən yüksək rekord səviyyəyə çatıb. Bu, məntiqlidir. Onu dəstəkləyən insanlar arasında minillik etibarlılığını saxlayan qızıl qətiyyəli şəkildə dəyər qaynağıdır".

Ən yaxşı sərmayə

"Ticarət müharibələri" kimi siyasətlərin dünyada dolların istifadəsini daha da azalda biləcəyini qeyd edən mütəxəssis hər gün fərqli ölkələrin dolları kənarlaşdıran yeni ödəniş sistemləri qurduğunu bildirib: "Müştəri portfelini tanıyanda bir çoxunun bizim düşündüyümüzdən daha çox dollar pozisiyasını tutduqlarını görürük. İqtisadi periodun bu nöqtəsində portfellərin bu sahəsinin daha çeşidləndirilmiş olması lazımdır. Bizim tövisyəmiz G10 valyutalarına, Asiya valyutalarına və qızıla üstünlük verməkdir". (publika)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2471   Tarix: 24 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

SON DƏQİQƏ! Bu tarixdə benzin və dizel bahalaşacaq

Hazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur. Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı deyib ki, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq. BP rəhbəri həmçinin

10 fevral
.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - FOTO

Bu gün səhər saatlarından etibarən bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda isə qar yağıb. Bəzi rayonlarda qar örtüyünün hündürlüyü 6 sm olub. -in məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın minimal temperaturu 0 dərəcəyə yaxın olub. Hava proqnozu proqramlarını

26 fevral
.

Prezident İlham Əliyev BƏƏ-nin Maliyyə Nazirliyi ilə imzalanmış memorandumu təsdiqlədi

Prezident İlham Əliyev 2024-cü il yanvarın 9-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb. Bu barədə xəbər verir. Fərmanl

20 fevral
.

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını

27 yanvar