Kirayə ev axtarırsınızsa, indidən tutun - Ən yaxın zamanda qiymətlər əl yandıracaq

Kirayə ev axtarırsınızsa, indidən tutun - Ən yaxın zamanda qiymətlər əl yandıracaqNövbəti dərs ilinin başlanması ilə əlaqədar olaraq bir neçə həftə sonra tələbələr yenidən paytaxta axışacaqlar. Bu isə kirayə mənzil bazarında canlanma yaradacaq.

Hazırda imtahan nəticələrinə uyğun olaraq ev axtarışına çıxan tələbələr belə var. Lakin ucuz evlər bir neçə aydır ərşə çəkilib.

Mövcud vəziyyəti nəzərə alaraq, mənzil bazarındakı son durumu və kirayə evlərin qiymətində yaranan artımların səbəbini öyrənmək üçün ekspertlərə müraciət etdik.

"Əmlak Ekspert Mərkəzi"nin sədri Ramil Osmanlı Oxu.Az-a açıqlamasında bu il kirayə evlərin minumum qiymətinin 300 manatdan başlayacağını bildirib:

"Hələ ki, tələbələrin geri dönüş prosesi başlamayıb. Bu proses yerləşmə məlum olduqdan sonra baş verir. Bu da təqribən avqust ayının ikinci on günlüyünə təsadüf edir. Hələ ki bazarda sabitlikdir. Hər hansı formada dinamik dəyişiklik müşahidə edilmir.

Ola bilsin ki, müəyyən şəxslər nəticələrinə əsaslanaraq mənzili indidən axtarırlar. Çünki onlar üçün mənzilin oxuduqları təhsil müəssisəsinə yaxın və ya uzaq olmasının fərqi yoxdur. Amma bəzi şəxslər düşünürlər ki, tədris müəssisəsini öyrəndikdən sonra seçimə başlamalıdırlar. Bunlar isə təhsil alacaqları ali məktəbə yaxın mənzil tapmaq istəyənlərdir. Bu mənada hələ ki kütləvilik müşahidə edilmir.

Üstünlük daha çox bir və ya iki mərtəbəli fərdi yaşayış evlərindən ibarət olan "Sovetski", "Kubinka", "Montin" və Yasamal kimi yaşayış massivlərinə verilir. Məsələn, 3 və ya 4 nəfər yığışıb 500 manatlıq ev tutur".

Ekspert qeyd edib ki, tələbin artımı, müəyyən mənada müraciətlərin çoxluğu qiymətə təsir edəcək.

"Az da olsa qiymət artımı baş verəcək.

Keçən il mənzillərin qiyməti minimum 250 manatdan başlayırdı. Fərdi yaşayış evlərində isə otaq sayına görə qiymət dəyişirdi. Yəni minimum 200 manatdan başlayırdı. Bu il isə artıq 250 manata kirayə ev tapmaq mümkün deyil. Minumum qiymət 300 manat olacaq".

Məsələ ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Vüqar Bayramov daha çox aparıcı universitetlərin yaxınlığında yerləşən mənzillərdə süni şəkildə qiymət artımlarının olacağını proqnozlaşdırır:

"Aparılan monitorinqlər göstərir ki, son 2 ayda kirayə bazarında qiymətlərin artımı praktiki olaraq dəyişməyib. Hətta bəzi kirayə evlərində qiymətin cüzi də olsa azalması müşahidə olunub. Xüsusən də bahalı evlərdə. Amma bizim qiymətləndirməmiz göstərir ki, avqustun ikinci yarısından etibarən kirayə ev bazarında, xüsusən də nisbətən ucuz kirayə evlərdə qiymət artımları müşahidə olunacaq. Nəzərə alsaq ki, yeni qəbul olunan tələbələr Bakıya gəlir. Bu da Bakıda kirayə mənzillərə olan təlabatın artmasına səbəb olur.

Eyni zamanda yeni tələbələrlə yanaşı, öncədən Bakıda oxuyanların bir qismi artıq yeni evlər axtarır. Bu konteksdən qiymətlərin artımı gözlənilir. Qiymət artımı bahalı evlərdə müşahidə olunmayacaq. Çünki tələbələr bahalı evlərə üstünlük vermir. Bu səbəbdən daha çox köhnə tikililərdə 2, 3 otaqlı kirayə mənzillərdə qiymət artımının olması gözlənilir.

Güman edilir ki, sentybar ayının sonuna doğru qiymətlər stabilləşəcək. Amma bu, evlərin yerindən asılı olacaq. Xüsusən də aparıcı universitetlərə yaxın ərazilərdə daha çox qiymət artımı baş verəcək. Mövsumi dəyişiklik olacaq. Bu da artıma səbəb olacaq. Amma bu heç də ciddi qiymət artımlarına gətirib çıxarmayacaq.

Onu da əlavə edim ki, süni şəkildə, xüsusən aparıcı universitetlərə yaxın ərazilərdə kirayə evlər daha çox yüksək qiymətə təklif ediləcək. Bu da bazarda suni qiymət artımlarının yarana biləcəyindən xəbər verir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 1202   Tarix: 26 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

Azərbaycan apreldə "OPEC plus" üzrə öhdəliyini yerinə yetirib

2021-ci ilin aprel ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 698 min barrel olub. Energetika Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, bunun 594 min barrelini xam neft, 104 min barrelini isə kondensat təşkil edib. Xatırladaq ki, "OPEC plus" ölkələr

9 may 2021
.

Azərbaycanda ərzağın qiyməti niyə bahalaşır? - AÇIQLAMA

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

17 may 2021
.

Türkiyə Azərbaycana və Orta Asiyaya yeni nəqliyyat marşrutu açır

Türkiyə Azərbaycanla və Orta Asiyanın türk cümhuriyyətləri ilə əlaqəni təmin edən yeni nəqliyyat marşrutu açır. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. Məlumatda deyilir ki, beynəlxalq "P&O Maritime Logistics" şirkətinin yeni gəmiçilik marşrutu Xəzər dənizi vasitəsil

22 may 2021
.

Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO

Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad

3 sentyabr 2021
.

Xakerlərin istədiyi pul ödəndi, ABŞ-ın ən böyük yanacaq kəməri fəaliyyətini BƏRPA ETDİ

ABŞ-ın ən iri daxili yanacaq boru kəməri sistemi Colonial Pipeline həftənin çərşənbə günü fəaliyyətini qismən, dünən isə tam bərpa edə bilib. Lakin iddialara görə, bu, heç də operator şirkətə havayı başa gəlməyib. -a istinadən xəbər verir ki, bir sıra amerikan KİV-lərinə istinadla xəbər verir ki, ad

14 may 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021