Küçə sənətçilərinə - ŞAD XƏBƏR

Küçə sənətçilərinə - ŞAD XƏBƏRAzərbaycanda küçə sənətçiləri vergidən azad olacaqlar.

Bunu Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Rüfət Bağırov rəhbərlik etdiyi qurum tərəfindən həyata keçirilən "Küçə sənətçiləri" layihəsinin təqdimatında deyib.

O bildirib ki, küçə sənətçiləri vergiyə cəlb olunmayacaq:

"Onlar üçün şəhərin müəyyən istiqamətlərində şərait yaradılsa da, buna görə vergi ödəməyəcəklər. Çünki turistlər və ya hər hansı şəxs sənətçiyə verdiyi pulun məbləğini özü qərarlaşdırır. Ümumiyyətlə, turistlərin onlara verdiyi pul bəxşiş hesab edilir. Bir sözlə, küçə sənətçiləri vergidən azaddır".

R.Bağırov onu da qeyd edib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da turistlərin diqqətini çəkmək məqsədilə bir sıra layihələr gerçəkləşdiriləcək:

"Bütün dünyada küçə sənətçiləri arasında kastinq keçirilir. Azərbaycanda da bu istiqamətdə yeni layihənin icrasına başlayırıq. Xüsusilə paytaxtın üç istiqamətində - İçərişəhər, Nizami küçəsi və Dənizkənarı Milli Parkda küçə sənətçilərinin fəaliyyətinə imkan yaradılacaq.

Küçə sənətçilərinin fəaliyyət göstərməsi üçün yayda açıq, qışda isə qapalı məkanların ayrılması planlaşdırılır. Kastinqə gələnlərdən heç bir ödəniş və yaxud rüsum tələb olunmur".

Mədəniyyət   Baxılıb: 385   Tarix: 26 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR