İlham Əliyev 1 milyon manat ayırdı - SƏRƏNCAM

İlham Əliyev 1 milyon manat ayırdı - SƏRƏNCAMPrezident İlham Əliyev "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.az Open.az-a istinadən xəbər verir ki, sərəncama əsasən, intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə "Yüksəliş" müsabiqəsi (bundan sonra – Müsabiqə) təsis edilir.

Müsabiqənin keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılır:

Təşkilat Komitəsinin sədri

Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Təşkilat Komitəsinin üzvləri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının təhsil naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Anar Ələkbərov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Ülvi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Məleykə Abbaszadə – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri

Balakişi Qasımov – İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru.

Təşkilat Komitəsi müsabiqənin keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirməli, müsabiqə üzrə əlaqələndirmə işlərinin həyata keçirilməsi ilə əlaqədar işçi qrup yaratmalı və Azərbaycan Respublikası gənclər və idman nazirinin müavinini işçi qrupun rəhbəri təyin etməli, müsabiqənin keçirilməsi qaydalarını təsdiq etməli, işçi qrup Müsabiqənin keçirilməsini təmin edəcək qurumu müəyyən etməlidir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün səlahiyyətli orqan qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilir.

Müsabiqə üzrə cari işlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1.000.000 (bir milyon) manat ayrılır.

Maliyyə Nazirliyi nəzərdə tutulan maliyyələşməni təmin etməlidir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1666   Tarix: 26 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan Hərbi Hava Qüvvələri təlimləri dayandırdı

Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-29 qırıcısının qəzaya uğraması ilə əlaqədar Azərbaycan Ordusunun bütün aviasiya vasitələrinin təlim-məşq uçuşları dayandırılıb.. . Sonxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Armiya.az-a bildiri

26 iyul 2019

Müdafiə Nazirliyindən hərbi təyyarə qəzası videosu ilə bağlı - AÇIQLAMA

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür. . . Bunu Müdafiə Nazirliyindən sosial şəbəkələrdə guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntünün yayılması barədə sorğuy

26 iyul 2019

Baş nazirdən YENİ QƏRAR: Onlar üçün cinsin dəyişdirilməsi əməliyyatı pullu olacaq

Baş Nazir Novruz Məmmədov "Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri"ni təsdiq edib.. . Sonxeber.az xəbər verir ki, dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyə

26 iyul 2019

Cəbhədən YENİ XƏBƏR

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 19 dəfə pozub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.. . Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qaza

26 iyul 2019

Minlərlə insana ŞAD XƏBƏR - Prezident 7,6 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağcabədi rayonunun Boyat-Biləyən-Hacılar-Qaraxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.. . Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncəma əsasən, beş min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Boyat-Biləyən-Hacılar-Qaraxanl

25 iyul 2019

Zakir Həsənov əməliyyatla bağlı təcili qərargaha getdi

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.. . Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məluma

25 iyul 2019

Baş nazir qardaşına YÜKSƏK VƏZİFƏ VERDİ

Ötən gün İngiltərənin baş naziri seçilərn Boris Conson hökumətində qardaşına da vəzifə verib.. . Yeni baş nazir qardaşı Co Consonu nazir müavini təyin edib.. . İqtisadiyyat, Energetika və Sənaye Strategiyası Nazirinin müavini olan və Təhsil Nazirliyində Universitetlər və Elm Bölməsinin rəhbəri vəzifəsin

25 iyul 2019

XİN-dən Türkiyə vətəndaşlarına vizanın ləğvi barədə AÇIQLAMA

Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlıq və dostluq, həmrəyliyə söykənən Azərbaycan və Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamına uyğun olaraq ən yüksək səviyyədədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiy

25 iyul 2019

Qəzaya uğrayan təyyarə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hərbi Prokurorluqda Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşməsi ilə əlaqədar cinayət işi başlanaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilməyə başlanılıb.. . Bu barədə Sonxeber.az-

25 iyul 2019