İçərişəhərdə yeni park salınır
"Artıq 3 aydır Qoşa Qala qapılarında restavrasiya işlərinə başlamışıq. Bu böyük proses olduğu üçün restavrasiya və bərpa-konservasiya işləri bir müddət davam edəcək".
Bunu "Report"un sorğusuna cavab olaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Riad Qasımov deyib.
Onun sözlərinə görə, İçərişəhər ərazisində yeni park da salınır: "Həmçinin Bakı Xanlarının Sarayında restavrasiya işləri aparılır. İlin sonuna qədər bərpa işləri bitəcək və yeni muzey ekspozisiyası yaradılacaq. Həmin ərazidə 3 il əvvəl tapılmış yeraltı hamamla Bakı Xanlarının Sarayı arasında böyük park salınır. Bu istirahət guşəsi bütün sakinlər, Bakı şəhərinin qonaqları üçün nəzərdə tutulub. İnşallah ilin sonunda həmin ərazi təhvil veriləcək".
Qeyd edək ki, 2019-cu ilin may ayında Qoşa Qala qapılarında bərpa işləri başlayıb. Bərpa-konservasiya işləri Avstriyanın tanınmış "Atelier Erich Pummer GmbH" şirkəti tərəfindən həyata keçirilir.
Layihəyə əsasən, Qoşa Qala qapıları həm İçəri Şəhər (daxili), həm də Bayır şəhər (fasad) tərəfindən bərpa-konservasiya ediləcək. Bu işlər öncə Qala divarlarının daxili hissəsindən başlayıb.
Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.
/report.az
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Turizm Baxılıb: 1333 Tarix: 29 iyul 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Şarcə-Bakı-Şarcə aviareysi bu gün üçün ləğv edilib
İyunun 28-də həyata keçirilməli olan Şarcə-Bakı-Şarcə aviareysi ləğv edilib.. Turizm.finsa.z Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, "Air Arabia" aviaşirkətinin yerli vaxtla saat 10:50-də "G9 305" saylı Şarcədən Bakıya uçuşu ləğv olunub.. Həmçini
28 iyun 2019Turizm sektoruna vergi güzəştləri edilə bilər
"Azərbaycanda turizm sənayesinin formalaşdırılması, ona dəstəyin göstərilməsi ilə bağlı sinifləşdirilmiş təkliflər Vergilər Nazirliyinə təqdim olunub".. Sonxeber.az "Report"-a istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib. . "Təkliflərd
28 iyun 2019Otellərdə gizli monitorinqlər aparılacaq
Azərbaycanda bütün otellər ulduzlarına uyğun xidmət göstərmir". . Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.. "Keyfiyyət problemi Bakıda fəaliyyət göstərən 100-dən çox otellə demək olar, yoxdur. Amma regionlarda bu problem var. Azərbaycan Otellər Assosiasiyası Avropa Otellə
27 iyun 2019Müasir avtobuslar "Yanardağ" qoruğuna işləyə bilər
Dövlət Turizm Agentliyi (DTA) "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna müasir avtobusların işləməsi üçün Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət edəcək.. "Report" xəbər verir ki, bunu DTA-nın Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. . "Qoruğun ərazisin
25 iyun 2019Azərbaycana gələn turistlərin sayı ötən ilə nisbətən artıb.
Bu ilin yanvar-may aylarında Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 3,8% çox olub.. "Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən 5-ci Avropa İttifaqı - Azərbaycan biznes forumunda Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin deyib
25 iyun 2019Sanatoriyalarda istirahət və müalicə qiymətləri 7-9% artıb
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) "Kurort" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan sanatoriyalarda istirahət və müalicə qiymətləri 7-9% artıb. Bu addımın səbəbləri açıqlanmır.. . Sanatoriyaların İnternetdə nəşr olunan məlumatlarına əsasən, müalicə üçün (15 gün
25 iyun 2019Naxçıvanda Uzunoba Su Anbarında çimərlik yaradılıb.
İsti yay günlərində muxtar respublika sakinlərinin və qədim diyara gələn turistlərin istirahətinin səmərəli təşkili üçün müvafiq tədbirlər görülür, yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir. Belə istirahət yerlərindən biri də Naxçıvanda Uzunoba Su Anbarında yaradılan çimərlikdir.
25 iyun 2019Rus turistlər üçün Bakı-Tbilisi pulsuz avtobusları təşkil oluna bilər
Gürcüstanın Mehmanxana və Restoranlar Assosiasiyasının rəhbəri Şalva Alaverdaşvili İqtisadiyyat nazirliyi və turizm sektorunun nümayəndələrinə rusiyalı turistlərin Bakı, İrəvan və Trabzondan Gürcüstana çatdırılması üçün pulsuz avtobusların istifadəyə verilməsi təklifini təqdim edib.. "Sənədin əsa
25 iyun 2019