Xaricilərin mehmanxanalarda qalma sayı artıb

Xaricilərin mehmanxanalarda qalma sayı artıb2019-cu ilin yanvar-iyun aylarında ölkə üzrə mehmanxanalarda 1 327,5 min gecələmə keçirilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur. Gecələmələrin 63,3%-i Bakıda, 8,7%-i Qəbələdə, 4%-i Naftalanda, 3,9%-i Qubada, 3,8%-i Qusarda, 3,4%-i Naxçıvan Muxtar Respublikasında, 1,6%-i Xaçmazda, 1,3%-i Mingəçevirdə, hər birində 0,9% olmaqla Qax və Gəncədə, 8,2%-i isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2% artaraq 954,2 min olub ki, bu da ümumi gecələmələrin 71,9%-ni təşkil edir. Gecələmələrin 12,9%-i Birləşmiş Ərəb Əmirlikləri, 12,2%-i Rusiya Federasiyası, 8,7%-i Səudiyyə Ərəbistanı, 5,9%-i Hindistan, 5,6%-i İsrail, 5,4%-i Türkiyə, 5%-i İran, 3,8%-i Böyük Britaniya, 3,3%-i Küveyt, 2,1%-i ABŞ, 2%-i Pakistan, 1,9%-i Qətər, hər biri üzrə 1,5% olmaqla Qazaxıstan və İraq, 1,3%-i Çin, 1,2%-i Almaniya, 25,7%-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,6%-i Bakı şəhərində, 7,9%-i Qəbələdə, hər birində 3,4% olmaqla Naxçıvan Muxtar Respublikasında və Naftalan şəhərində, 3% Qubada, 2,1%-i Qusarda, 2,6%-i isə digər rayon və şəhərlərdəki mehmanxanalarda qeydə alınıb. Azərbaycan vətəndaşları üzrə keçirilmiş gecələmələrin sayı 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5,5% artaraq 373,3 minə çatıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Turizm   Baxılıb: 1633   Tarix: 29 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Avia biletlərin sifarişi başlayıb. Avia bilet ala bilərsiniz

Artıq indi dünyanın istənilən şəhərinə səyahətinizi həyata keçirə bilərsiniz. Əvəllər bildiyiniz kimi Covid19 pandemiyasına görə bəzi uçuşlar ləğv olunmuşdu. Lakin indi yollar açıqdır. Avia bilet sifariş verib səyahət edə bilərsiz.Hətda yeni ili Balidə, Maldivdə keçirmək istəsəniz belə, bu artıq mümkündür

25 dekabr 2020
.

Dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

"Numbeo" servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib. "Report"-a istinadən xəbər verir ki, xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər. Azərbaycan bu reytinqd

29 iyul 2019
.

Gürcüstan turizmdən gəlirini artırıb.

Bu ilin yanvar-iyun aylarında Gürcüstanın xarici turizmdən əldə etdiyi gəlir 1,5 mlrd. dollar təşkil edib. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. İllik müqayisədə gəlirdə 95,4 mln. dollar və ya 7% artım qeydə alınıb. Yalnız iyu

29 iyul 2019
.

Bakı-Batumi aviareyslərinin sayı artırılır

"Buta Airways" aşağıbüdcəli şirkət Bakı-Batumi istiqaməti üzrə uçuşların sayını artırır. "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi şirkətə müvafiq icazəni təqdim edib. Aviaşirkət iyulun 17-dən sentyabrın 18-nə qədər Bakıdan Batumiyə həftəd

29 iyul 2019
.

Milyonçu qadının qızı hovuzda boğulub öldü - FOTO

Milyonçunun 18 yaşlı qızı boğularaq ölüb. xarici mətbuata istinadla xəbər verir ki, Mayorka adasında villanın həyətindəki hovuzda boğulan yeniyetmənin milyonçunun qızı olduğu aşkarlanıb. 18 yaşlı Josie Clacher səhər saatlarında hovuzda üzərkən boğulub. Onun yaxın dostları cəsədini sudan çıxarıblar. Səs-küy

14 avqust 2019
.

Koronavirusdan sağaldıqdan sonra tətilə yollanmaq istəyənlər üçün MÜHÜM XƏBƏR

Koronavirusdan sağalan insanlar uzaq ölkələrə yollanmaqdan çəkinməlidir. -ım TASS-a istinadən məlumatına görə, bu barədə rusiyalı infeksionist Vladislav Jemçuqov yay mövsümünün gəlişi ilə tətillərin planlaşdırılmasına münasibət bildirərkən tövsiyə verib. Onun sözlərinə görə, koronavirusa yoluxmuş insanları

13 iyun 2021
.

"Küçə sənətçiləri" layihəsinin icrasına başlanılır.

Bakı Turizm İnformasiya Mərkəzi "Küçə sənətçiləri" layihəsinin icrasına başlayır. "Report"-a istinadən xəbər verir ki, bu gün layihənin təqdimatı keçirilib. Layihə barədə məlumat verən Mərkəzin direktoru Rüfət Bağırov bildirib ki, paytaxtın 3 yerində - Dənizkənarı Milli Parkda, "İçərişəhər"d

29 iyul 2019
.

2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 10.037 sərnişin daşınıb.

2019-cu ilin 6 ayı ərzində Naxçıvandan Bakıya 386 reys edilib, 10 min 37 sərnişin daşınıb. "Report" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev bildirib. O, qeyd edi

29 iyul 2019
.

Tbilisidə ana və körpəsi koronavirusdan ÖLÜB

Tbilisidə Bokeriya adına klinikada 34 yaşlı qadın koronavirusdan vəfat edib. "Report"a istinadən xəbər verir ki, un yerli bürosu xəbər verir ki, o, ötən gün vaxtından əvvəl doğuşa görə xəstəxanaya daxil olub. Həkimlər ana ilə yanaşı körpənin də həyatını xilas edə bilməyiblər

7 may 2021