Bakıya gələn məşhur türk aktyoru ŞOKA SALAN FAKT: Bir qız yaxınlaşıb dedi ki, kaş mənim... - MÜSAHİBƏ

Bakıya gələn məşhur türk aktyoru ŞOKA SALAN FAKT: Bir qız yaxınlaşıb dedi ki, kaş mənim... - MÜSAHİBƏNövbəti müsahibim sevilən məşhur türk aktyor Hakan Bilgindir. Hakan bəyin Bakı səfərindən istifadə edib suallarımı cavablandırmağı rica etdim.

Sonxeber.az xəbər verir ki, Publika.az-ın özəl qonağı Hakan Bilgindir.

- Hakan bəy, çağdaş türk filmlərini dünya kinematoqrafiyasının ölçü şkalasına əsasən necə qiymətləndirə biərsiniz?

- Bu gün türk filmlərinin dünya sineması qədər maliyələşdiyini iddia edə bilmərik. Amma artıq Türkiyədə də öz hekayəsi olan, yazdığına inana bilən dostlarımızın ssenariləri yüksək səviyyədə ekran işinə çevrilir. Bir də baxırsan ki, gözəl ssenari və kiçik büdcənin vəhdtindən gözəl film ərsəyə gəlir. Yəni film dünyası sadəcə pulu olanların deyil, keyfiyyətdən anlayanların məkanıdır. Keyfiyyət isə hər zaman bahalı və duyğusuz demək deyil. İşinin peşəkarı olmaq istəyən gənclər anlamalıdırlar ki, öncə qısa metrajlı filmlərdən başlamaq lazımdır. Kino tarixdir. Mənim övladımın övladının övladı da baxmaq ehtimalı olduğu üçün çox dəyərlidir.

- Övladlarımın övladları dediniz. Sizcə, future-insanları, gələcəyin yarı robot, yarı adam varlıqları dövrümüzün filmlərinə baxmaq kimi mənəvi aclıq hiss edəcəklərmi?

- Artıq kino sektorunda animasiya deyilən cərəyan formalaşıb. Tək uşaqlar deyil, böyüklərin də izlədiyi ekran işidir. Baxın, əsrlər öncə nə televiziya, nə seriallar, nə də filmlər vardı. İnsanlar mənəvi zövqlərini teatrın köməyi ilə zənginləşdirirdilər. İndi sadaladıqlarımın hamısı mövcuddur, amma teatr aktuallığını itirmir. Hətta əminliklə deyə bilərəm ki, aktyorlar öz peşələrini teatr səhnəsində inkişaf etdirirlər. Bu məntiqdən yola çıxaraq bildirim ki, kino heç vaxt süquta uğramayacaq. Amma texnikanın daha çox istifadə edildiyi cərəyanlar, növlər yaranacaq. Özünüz düşünün, insanın gözlərindən danışdığı kədəri, sevgini heç bir robot yaxud animasiya personajı ötürə bilməz. Əks halda sənət də, insanlıq da məhv olar. Tutaq ki, gözəl rəsm əsərinə, estetik tarixi binaya baxarkən aldığımız zövqü heç nə ilə əvəz etmək mümkün deyil. İnsan bu həzzdən məhrum olmamalıdır.

- Maraqlı mövzuya toxundunuz. Barselonanın tanrısı saydığım Qaudinin hazırladığı bina layihələrində minlərlə ustanın, fəhlənin əməyi var, amma tarix yalnız onun memarının adını əzbər bilir. Bəlkə də yanılıram, amma düşünürəm ki, filmlərin doğulmasında da ən böyük şöhrət rejissorun payına düşür. Hətta bəzən mənim aktyorlarım, seçdiyim aktyorlar deməkdən çəkinmirlər. Bir aktyor kimi bu hal sizi qıcıqlandırmır ki?

- Bu fikirlə tam razılaşmayacam. Çünki vitrində hər zaman biz aktyorlarıq. Bizi də çəkilişə hazırlayan qrimçilər, geyim rəssamları, assistentlər var. Filmi çəkən operatorlar var. Hər dəfə müsahibələrimizdə onların adlarını səsləndiririk. Amma bir də bu yandan baxaq ki, əgər geyim üzrə rəssam ekranda görünmək istəsəydi, aktyor olardı. Hətta bir şey də əlavə edim ki, çox vaxt arxa planda qalmaq insanların işinə yarayır. Məsələn, bir film uğursuz oldusa, onun rejissoru və aktyorlarının karyerası təhlükə ilə üzləşir. Amma komanda digər ekran əsərlərində rahat işləyə bilir. Çünki onları çox adam tanımır. Yəni məsələyə müxtəlif yöndən yanaşa bilərik.

- Keçmişdə yaşamaq imkanınız olsaydı, hansı dövrün qəhrəmanı olmaq istərdiniz?

- 1960-cı illərin Amerikası ilə bağlı çox film seyr etmişəm. O dövrün dəbini, libaslarını çox sevirəm. Amma kovboyların təhlükəli həyatını yaşamaq istəməzdim. Yaxud elə götürək ağıl və ənənələrin sintezindən doğulan Yaponiya kimi ideal ölkəni. Amma düşünürəm ki, qurtuluş savaşından yeni çıxmış, hər kəsin birlik olduğu Türkiyədə yaşamaq istəyərdim.

- Bu, sanki ölkənizə bir mesaj oldu...

- Fərqli dünya görüşünə sahib olmaqlarını anlayıram. Amma ölkə adına birlik olmaq lazımdır. Mən milli futbol komandamızın qalibiyyətini ağlayaraq izləyirəm. İstiqlal marşını hər eşidəndə gözlərim dolur. Birliyin yüksək dəyərinə inanan insanam. Fərqli furbol komandalarına azarkeşlik edən insanların, fərqli partiyadan olan siyasətçlərin bir-birini əzməsini, təhqir etməsini anlamıram. Bakıya gəlmək üçün təyyarə ilə iki saat məsafə qət etdik. İndi sizinlə oturub insan kimi söhbət edirik, savaşmadan, dalaşmadan insan olmağın zövqünü yaşayırıq. Demək ki, anlaşmaq mübarizə aparmaqdan daha asandır. Bu baxımdan bütöv Türkiyənin var olduğu zamanda yaşamaq istrdim.

- Bəs bu gün hansı toplumların mədəniyyəti sizə daha yaxındır?

- Yapon mədəniyyəti... Oraya səfər edən dostlarım danışır ki, küçəyə bilərəkdən pul atırsan, günlər boyu heç kim götürüb cibinə qoymur. Texnoloji inkişaf sahəsində bizdən 5 qat güclü ölkədə ənənələrin qorunması, insanların bir-birinə hörməti məni çox heyrətləndirir. Demək ki, mümkündür. "Dünya dəyişir, başqa cür mümkün deyil", "sərvət davası" kimi bəhanələri qəbul edə bilmirəm.

- Heç ölməmək, əbədi yaşamaq istərdinizmi? Yaşasaydınız, missiyanız nə olardı?

- Dünyanı qurtarmaq. Kənd-kənd, qəsəbə-qəsəbə gəzib davanın, savaşın nə qədər gərəksiz olduğunu, insanların sülh içərsində yaşaya biləcəklərini izah etməyə çalışardım.

- Bunu etmək üçün əbədi həyata gərək varmı?

- Təbii ki, yox. Amma gündəlik qayğılar, ailəm, uşaqlarımın ehtiyacları zamanımın çoxunu məşğul edir. Buna rəğmən hətta ən xırda müsahibələrimdə insanları sülhə səsləyrəm

- Əminəm ki, şeir də yazmısınız...

- Çox cəhd etdim, alınmadı. Mən danışmağı daha gözəl bacarıram. Bir də düşünürəm ki, insanlar həqiqətən bacardıqları işlə məşğul olmalıdırlar. Müğənni mahnısını oxumalıdır, cərrah əməliyyatını etməlidir, aktyor filmdə çəkilmlidir, şair isə şeirini yazmalıdır. Bu mövzuda bütün peşələrə hörmətlə yanaşıram. Mən şeir yazacamsa, Orxan Vəli kimdir? Mövzudan yayınsam da, deməliyəm ki, azərbaycan türkcəsini çox sevirəm. Siz öz türkcədə danışırsınız. Ən çox da mahnılarınızı sevirəm. Mən şeir yazmağa qərar verəcəmsə, "Küçələrə su səpmişəm, yar gələndə toz olmasın" misrası inciməzmi? Həm də düşünürəm ki, şair olmaq üçün daha bohem yaşamaq, ruhuna tam azadlıq vermək lazımdır. Mən bunu tam edə bilmərəm. Amma rollarımda şair ruhlu ola bilirəm.

- Fransa kino tarixinin brilyantlarından olan Lüi de Fünes yaradıcılığına 40 yaşdan sonra başlamışdı. Sizcə, bu sənətə başlamağın yaşı varmı?

- Heç də belə... Sadəcə ustadınızın öyrətdiyini düzgün həyata keçirməlisiniz. Sizə izah olunanı özünüzə xas tərzdə gerçəkləşdirmək gərəkdir. Məsələn, qarşınızdakı iki uşağa bir neçə hərəkət öyrədib təkrarlamalarını istəyirsiniz. Doğru yerinə yetirən istedadlıdır. Yəni aktyorluq anladığını qüsursuz gerçəkləşdirməkdir. Ən əsas şərt isə təhsil almaqdır.

- Yaxşı və pisi bir-birindən necə fərqləndirirsiniz?

- İnanıram ki, hər kəs yaxşı, təmiz, saf doğulur. Məsələn, bir həftə öncə mənim məsləkdaşımla müsahibə etmisiniz. Söhbət vaxtı onunla yaşadığınız acı təcrübənin heyifini məndən çıxarmağa çalışırsınız. Biz müsahibəyə başlamadan özünü müdafiəyə keçirsiniz. Buna görə də mənimlə pis davranırsınız. Mən də sizdən mənfi enerji aldığım üçün jurnalistlərə olan güvənim, marağım sarsılır. Bu küskünlükləri yaşamamaq üçün heç kimə qarşı ön yarğılı, kobud davranmamağa çalışıram. Qarşımdakı insan mənə bir dəfə pislik edə bilər. Elə həmin anda bunu ifadə edirəm. "Məni itirdin, edəcək başqa bir şey yoxdur" deyirəm. Həmin insandan qopub ayrılmağa çalışıram. Ümumiyyətlə, heç kimə bilərəkdən pislik etmirəm. 52 yaşım var. Hələ də dava etməmişəm. Çünki qarşımdakının qırılan qəlbi mənim qələbəmdən daha üstündür. Ona görə gənc aktyorlar da məni çox sevir. Amma bunu öyünmək üçün demirəm (gülür).

- Ümumiyyətlə, kapriz aktyorlara, məşhurlara xas cəhətdir…

- Kiməsə kapriz göstərib, alçaltmaq əvəzinə daha çox zaman və güc sərf edib yanlışını xoş dillə izah etməyə çalışıram. Sonda anlayırsan ki, əslində asanı da budur. İnsanlara pis davranmaq üçün öz mənəviyyatınızı da zorlayırsınız. Onu sözlərinizlə incidərkən özünüz də qəddarlaşmaq məcburiyyətindəsiniz. Amma qarşınızdakı insana xoş davrandıqca özünüz də gəncləşəcəksiniz, qarşınızdakı da ünsiyyətdən daha çox zövq alacaq.

- Hər kəsin içərisində bir qəhrəman yaşayır…

- Mənim qəhrəmanlarım çoxdur. Daha doğrusu, hər kəs mənim qəhrəmanımdır. İndi sizinlə söhbətləşirik, yeni nələrsə öyrənirəm. Bu, o deməkdir ki, siz də mənim qəhrəmanımsınız. İstər ilk müəllimim olsun, istər valideynlərim, istərsə dostlarım, hər kəsin formalaşmağımda əməyi var. Ümumiyyətlə, heç nəyə fanatik məhəbbətlə yanaşmıram. Mən yalnız qəhvə içirəm, yaxud sudan başqa içki tanımıram demirəm. Sudan aldığım zövqlə qəhvə həzzi bir deyil. Hər ikisini dadmağa çalışıram. Mənimlə eyni siyasi görüşdə olmayan insanla səhərə qədər söhbət edib yeni nələrsə eşidə bilərəm. Mənim ağ gördüyümü qara hesab etməsinin səbəbini öyrənməyə çalışaram. Bu durumda həm mən, həm də qarşımdakı yeni məlumat əldə etmiş oluruq. Gəlin etiraf edək ki, daim bizimlə eyni fikirdə olanlarla ünsiyyətdə olmaq dünyagörüşümüzü zənginləşdirmir.

- Bu günədək aldığınız ən gözəl komplimenti xatırlayırsınız?

- Bir dəfə İzmirdə canlı proqram aparırdım. Sonda fransız bir qız mənə yaxınlaşdı. Kaş ki, mənim qardaşım olaydınız, dedi. Baxın, biz bu qızla tam fərqli dünyaların adamlarıyıq. Nə dilimiz, nə dinimiz nə də milliyətimiz eynidir. Sadəcə pozitivliyim ona o qədər xoş gəldi ki, məni özünə doğma hiss etdi. Bu ömür boyu aldığım ən gözəl iltifat idi.

- Təpədən dırnağa sevgi dolusunuz. Tez-tez aşiq olursunuz?

- Estetikanı, gözəlliyi sevirəm. Bunu qarşı tərəfə, bir xanıma öz çərçivəmi aşmadan bildirə bilərəm. Bir aktrisanın səhnədəki obrazı, ifa etdiyi mahnı zövqümü oxşayıbsa, həqiqətən aşiq oldum, çox gözəlsiniz deyirəm. Tanrıya olan eşq də belədir. İnsan gözəl olan hər şeyi, hər kəsi sevməlidir ki, insanlığını unutmasın. Amma mən ailəli insanam. Bunu da heç vaxt unutmuram.

- Həyatda disiplinlisiniz. Bəs səhnədə Don Juanı canlandırmısınız?

- Əsasən komik rollar oynayıram. Amma əsl aktyor istəlinən obrazı dadmalıdır. Təklif gəlsə, razılaşaram.

- Belə bir deyim var ki, siyasətçilər və aktyorlar kreslolarından vaz keçmək istəmirlər…

- Rica edirəm bizi siyasətçilərlə bənzətməyin. Aktyorların dediklərinə inanaram, amma siyasətçilərə yox.

- Saxta aktyorlardır…

- Bəzən də qarşılarındakına teatr qurmayın filan deyirlər, bu ifadə məni narahat edir. Çünki teatr elə bir yer deyil. Biz doğru olan əhvalatları anlatmağa çalışırıq, saxtakar deyilik, insanları doğru yola çəkirik. Onlarla bizim aramızda yerlə göy qədər fərq var.

- Hakan bəy, içinizdəki sakitliyi, ali rahatlığı hansı fəlsəfəyə borclusunuz?

- Anamın fəlsəfəsi… Rəhmətlik anam həmişə gülərüz olmağın önəmindən danışardı. Deyirdi ki, gülümsəmək Allahın insana lütfüdür. Bir də söyləyərdi ki, hər kəsin gülüşü özünə məxsusdur. Başqasının gülüşünü oğurlama, yamsılama. Öz daxili xoşbəxtliyini tapmağa çalış. Bil ki, ölüm xaricində başına nə iş gəlsə, mütləq çözümü var. Bəli, bu günədək dərdlərim, sıxıntılarım, ayrılıqlarım çox olub. Amma bütün bunlar məni daha çox müdrikləşdirib. Həyatdan dərsimi almışam. Bir də insan hekayələrini oxumağı sevirəm ki, özümə dərs çıxardım. Küçəyə çıxıb 50 nəfərlə ünsiyyətdə olsanız, görəcəksiniz ki, hərəsinin bir həyat hekayəsi var. Birinin atası ölüb, digərinin uşağı xəstədir... Qısası hər kəsin bir travması var. Amma bütün bunlara rəğmən ayaq üstə durmağı bacarmaq lazımdır. Bir neçə il öncə Türkiyədə Özgecan adlı qızımız faciəvi şəkildə dünyasını dəyişdi. Bir müddət sonra atasının müsahibəsi çıxdı. Ona sual verdilər ki, qızınızı itirdiniz. İndi başınızı divardan-divara vurmalısınız. Bu nə sakitlikdir? Ata dedi ki, bəli, canım getdi, çox üzgünəm. Amma Özgecanın ölümü ölkədə inqilab yaratadı. İnsanlar zorakılığa qarşı daha həssas yanaşır. Qanunlar daha ciddi işləyir. Bəlkə də qızımın ölümü bir çox balalarımızın sağ qalmağına zəmin yaratdı. Qəzeti oxuyub şoka düşdüm. Bu insanın nəhəng ürəyinə vuruldum. Ona görə həyatdakı kiçik dərdlərin əvəzinə qlobal düşünmək, hər məqamda xoşbəxt olmaq lazımdır. Hər an ölə bilərəmsə, niyə pislik edim?!

- Bəs ölümdən sonra hara gedirik?

- Bu haqda heç düşünməmişəm. Çünki final səhnələrini sevmirəm. Allah məni sevir, sağ olsun. Ölümdən sonra üçün azuqə yığmıram. Sırf ondan qorxduğum üçün yaxşılıq etmirəm. Atam deyərdi ki, cənnətə hər gün 5 rükət namaz qılan yox, topluma fayda verən alimlər gedəcək.

- Məncə, hər birimizin içində peyğəmbər yatır. O müqəddəs oyananada, mağaraya çəkilmək istəyirsiniz?

- O qədər də müqəddəs deyiləm, amma yayda adətən motosikletlə gəzirəm. Ən stressli zamanlarımda motosikletə minib kimsəsiz yerlərə gedirəm. Bir saat boşluğa baxıb təmizlənirəm. Daxili proqramlarımı yenidən yükləyib, hüzur dolu geri qayıdaram.

- Sizinlə ünsiyyətdən zövq aldım. Minnətdaram.

- Mən təşəkkür edirəm. Qarşılıqlıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1925   Tarix: 30 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Hansı ədəb-ərkandır ki, BNA Fazil Mustafa ilə bu formada danışır?!" - AÇIQLAMA

BNA ilə bağlı son zamanlar şikayətlər artır. Bəs bu şikayətlər niyə var və öz həllini niyə tapmır?. Məsələ ilə bağlı -a açıqlama verən deputat Rüfət Quliyev bildirib ki, təxminən 1 ildir ki, onun BNA ilə əlaqələri var. "Bəlkə də, təqaüdə çıxanda bunun haqqında bir poema yazdım. BNA dövlət qrumudu

11 avqust 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Azərbaycanlı aktyor koronavirusdan VƏFAT ETDİ

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib. Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub. Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Qey

19 iyul 2021
.

Məşhur aktrisa vəfat etdi - FOTO

Məşhur türkiyəli aktrisa Nedret Güvenç dünyasını dəyişib. Türkiyə mətbuatlna istinadən xəbər verir ki, bu barədə sosial mediada məlumat yayılıb. 90 yaşlı aktrisanın səhər saatlarında yuxuda ikən vəfat etdiyi bildirilir. Güvençin ölümündən kədərlənən bir çox sənətçi onun haqqında paylaşımlar edib. Qey

31 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Alişan Bakıdadır - Konsert verəcək + FOTO

Türkiyəli müğənni Alişan Bakıdadır. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Alişan paytaxtda məkanların birində konsert verəcək. Qeyd edək ki, bundan əvvəl Alişanın bu yay Bakıda planlaşdırdığı konserti təxirə düşmüşdü

11 sentyabr 2021