Mixael Şumaxerin səhhətində İRƏLİLƏYİŞ var

Mixael Şumaxerin səhhətində İRƏLİLƏYİŞ var"Formula 1" üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində irəliləyiş var.

Sonxeber.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todt "Daily Mail"a bildirib. O, 50 yaşlı veteran pilotla birgə "Formula 1" yarışı izlədiyini söyləyib: "Bu cür bəyanatlarda hər zaman çox ehtiyatlıyam. Ancaq bu doğrudur, Şumaxerlə birgə onun İsveçrədəki evində yarışa baxdıq. Mixael etibarlı əllərdədir. O, təslim olmur və mübarizəsini davam etdirir. Şumaxerin bərpə prosesində irəliləyiş var".

Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.(Report )

İdman   Baxılıb: 456   Tarix: 31 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR