Hamının gözü saat 22:00-a DİKİLDİ - Bu gün dollarla bağlı MÜHÜM QƏRAR VERİLƏCƏK

Hamının gözü saat 22:00-a DİKİLDİ - Bu gün dollarla bağlı MÜHÜM QƏRAR VERİLƏCƏKBu gün Bakı vaxtı ilə saat 22:00-23:00 arası ABŞ-da FES faiz qərarını açıqlayacaq, çox güman uçot dərəcəsi 0,25 faiz aşağı çəkiləcək, bu da dünyada ticarət müharibələri ilə yanaşı valyuta müharibələrini də qızışdıracaq.

Sonxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a FES-in bu gün gözlənilən faiz dərəcələri ilə bağlı açıqlaması haqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, FES-dən sonra dünyanın aparıcı ölkələri də uçot dərəcəsini aşağı çəkəcəklər ki, dollar qarşısında valyutaları bahalaşmasın:

"Dünyada ticarət müharibələri ilə yanaşı, valyuta müharibələrinin də getməsi fonunda ixracatı yüksək olan ölkələr milli valyutasının dəyər qazanmasını istəmir. Son zamanlar FES-in faiz artırmaları digər valyutalar qarşısında dolların bahalaşamasına səbəb olmuşdu. 3 il əvvəl 1 avro 1.4 dollar idisə, bu gün 1 avro 1.12 dollardır. Bu bahalaşma isə ABŞ-ın ixracat potensialına zərbə vurur. Trampın yeni FES rəhbəri ilə görüşü keçirildi və görüşdən gözlənti ondan ibarət idi ki, faiz dərəcələri 0,25 faiz aşağı salınacaq. Bu, həm dolların dünyada bahalaşmasının qarşısını alacaq, həm də avro, yapon yeni, İsveçrə frankı, Britaniya funt-sterlinqi qarşısında ucuzlaşmasına səbəb olacaq və nəticədə iqtisadiyyatın stimullaşdırılmasına gətirib çıxaracaq".

İqtisadçı hesab edir ki, bütün bunlar dünyada gedən valyuta müharibələrinin tərkib hissəsidir:

"Düşünürəm ki, FES bu həftə faiz dərəcələrini aşağı salacaq. Fikir ayrılığı 0,25, yoxsa 0,50 faiz ucuzlaşma ilə bağlıdır. Faiz dərəcəsinin 0,50 faiz ucuzlaşması daha radikal olar. Buna görə də uçot dərəcəsinin 0,25 faiz aşağı salınacağı proqnozu daha yüksəkdir. Çünki 0,50 faiz ucuzlaşma bəzi problemlərə yol aça bilər. Digər tərəfdən, Çinin, Britaniyanın, Avropa Birliyinin mərkəzi bankları da buna paralel olaraq faiz dərəcələrini aşağı sala bilərlər".

Ekspert uçot dərəcəsinin aşağı salınacağı ilə bağlı qərarın Azərbaycana ciddi təsirinin olmayacağını bildirib:

"Uçot dərəcəsinin aşağı enməsinin Azərbaycana birbaşa təsiri yoxdur. Çünki manat üçün tənzimlənən məzənnə rejimi tətbiq olunur. Artıq iki ildir ki, manat dollar qarşısında sabit məzənnəsini qoruyub saxlaya bilir. Əslində bazar iqtisadiyyatı qaydalarına və "üzən məzənnə" rejiminə uyğun olsaydı, qonşu ölkələrin milli valyutalarının məzənnələrində dəyişikliklərin təsirlərindən oynamalar müşahidə olunmalı idi. Ən azından larinin, rublun ucuzlaşması manata təsirsiz ötüşməməli idi. Amma hazırda təsir etmir, bu da o deməkdir ki, tənzimlənən məzənnə rejimi aktivdir. Buna görə də birbaşa heç bir təsiri gözlənilmir, amma dolayı təsirləri ola bilər".

Qeyd edək ki, 2008-ci il 16 dekabrda ABŞ-da uçot dərəcəsi rekord şəkildə aşağı salınaraq 0-0,25 faiz həddində müəyyən olundu və 7 il ərzində dəyişməz qaldı. 2015-ci ilin dekabr ayında ABŞ-da işsizlik səviyyəsinin 2008-ci ilin fevralından ən aşağı səviyyəyə (5 faiz) düşməsi fonunda FES ilk dəfə olaraq uçot dərəcəsini 0,25-0,5 faizə kimi artırdı.

2018 ildə isə tənzimləyici qurum 4 dəfə uçot dərəcəsini artırıb: 21 martda – 1,5-1,75 faizə, 13 iyunda – 1,75-2 faizə, 26 sentyabrda – 2-2,25 faizə və 19 dekabrda – 2,25-2,5 faizə qədər artım etmişdi.

FES sonuncu dəfə iyunun 20-də uçot dərəcəsinin 2,25-2,5 faiz səviyyəsində saxlanılmasına qərar vermişdi.


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 11028   Tarix: 31 iyul 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda dollar bahalaşacaq? - EKSPERT AÇIQLADI

Yaxın müddətdə ölkədə dolların bahalaşmasından söhbət gedə bilməz.. . Bu sözləri Axar.az-a açıqlamasında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi, iqtisadçı-ekspert Pərviz Heydərov son günlər sosial şəbəkələrdə dolların bahalaşacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkə

30 iyul 2019

Bazarda kilosu 70 qəpiyə olan bu məhsulu onlar 8 qəpiyə satırlar - VİDEO

Sahələrdə badımcan yığımına başlanılsada, hazırki qiymət fermerləri qane etmir. Sabirabaddan olan fermerlər bol məhsul götürsələr də, onlar götürdükləri məhsulu istədikləri qiymətə sata bilmirlər. Rayonun Axtaçı və Ulacalı kəndindən olan fermerlər əziyyətlə əkib becərdikləri məhsulun paytaxt bazarlarınd

29 iyul 2019

Kənd yerlərində məşğulluq artacaq - Ekspert rəyi

Azərbaycanda həyata keçirilən islahatlar kənd yerlərində məşğulluq səviyyəsinin yüksəlməsinə də müsbət təsir göstərəcək.. . Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatları şərh edərkən bildirib.

27 iyul 2019

Manatı oğurlamaq çətinləşəcək

Azərbaycan Mərkəzi Bankı tərəfindən yeni qaydalar hazırlanır. Bu qaydalarda pul nişanlarının oğurlanması məsələsi də əksini tapıb.. . Sonxeber.az oxu.az-a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının "Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməs

26 iyul 2019

ŞAD XƏBƏR: Bu məhsulun qiyməti UCUZLAŞDI

Əvvəlcədən planlaşdırıldığı kimi, açıq sahədə əkilən pomidorların paytaxt, eləcə də region bazarlarına çıxarılması bu məhsulun qiymətinə təsir edib.. . Sonxeber.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.. . Ekspertin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin apardığ

26 iyul 2019

Baş bankirdən 2019-un sonu üçün inflyasiya PROQNOZU

İlin sonuna kimi inflyasiyanın hədəf daxilində - 4±2% faiz həcmində qalacağı proqnozlaşdırılır. . . Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. . . Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faiz, qeyri-neft ixracı 13 faizdən çox artıb:. . "Neftin orta qiyməti ötən dövrd

26 iyul 2019

Mikayıl Cabbarovdan YENİ TƏYİNAT: Rəisi sərəncama götürdü

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəhbərliyində dəyişiklik edilib.. . Sonxeber.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Elçin Kazımovun yerinə Zaur Adilov təyinat alıb.. . Elçin Kazımov sərəncama götürülüb.. . Z.Adilov bun

26 iyul 2019

Tarixdə BİR İLK: 100 dollarlıq əsginaslar...

ABŞ-ın ən yüksək dəyərə malik qiymətli kağızı 100 dollar dövriyyədə tarixində ilk dəfə 1 dolları keçib.. . Mütəxəssislər 100 dollarlıq qiymətli kağızın sayındakı artımın siyasi qeyri-sabitliklər olduğunu açıqlayıb.. . Beynəlxalq Valyuta Fondunun (IMF) "Maliyyə və İnkişaf" dərgisində yayımlana

26 iyul 2019

Məhkəmə tanınmış şirkəti CƏRİMƏLƏDİ

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası "Avrora" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.. . Palata tərtib etdiyi protokolu baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərib.. . Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyut

26 iyul 2019