Azərbaycanda nişanı qaytaran gəncə qarşı dəhşətli əməl – Şok təfərrüat

Azərbaycanda nişanı qaytaran gəncə qarşı dəhşətli əməl – Şok təfərrüatHacıqabulda nişanı qayıdan gənc oğlanı ölümcül hala salmaqda ittiham olunan Salyan rayon sakini, 1976-cı il təvəllüdlü Vahid Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Vahid Babayev (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir – red.) 20 may 2018-ci il tarixdə, saat 15 radələrində Hacıqabul rayonunun Kürçülü kəndi ərazisində yerləşən "Qalmaz Dağı" adlanan ərazidə tanışı Zamiq Məmmədova bir müddət öncə onun bacısı qızı Səidə Səlimova ilə nişanı pozmasına irad tutub.

Onların arasında mübahisə yaranıb. Vahid Babayev Zamiq Məmmədovu döyərək, ona çoxsaylı bədən xəsarətləri yetirib.

İstintaq orqanı tərəfindən Vahid Babayevin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Hacıqabul rayon Məhkəməsinin hökmü ilə Vahid Babayev aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş Zamiq Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində Vahid Babayevin cəzasının ağırlaşdırılmasını istəyib.

Zamiq Məmmədov həmçinin Vahid Babayevin qardaşı oğlu Samir Babayev tərəfindən də təhqir olunduğunu, döyüldüyünü göstərib. O, Samir Babayevin də barəsində cinayət işi açılmasını istəyib.

Şirvan Apelyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, zərərçəkmiş şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Zamiq Məmmədov kasasiya şikayəti verib. Şikayət araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmayıb.

Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş Zamiq Məmmədov təqsirləndirilən Vahid Babayevə qarşı mülki iddia da qaldırıb. O, Hacıqabul rayon Məhkəməsinə ünvanlandığı iddia ərizəsində cavabdeh Vahid Babayevdən 4 min manat maddi ziyan və 3 min manat mənəvi ziyan olmaqla, 7 min manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Zamiq Məmmədov iddia tələbini onunla əsaslandırıb ki, 20 may 2018-ci il tarixdə cavabdeh tərəfindən fiziki təzyiqlərə məruz qalıb, təxminən 3 ay müddətində əmək fəaliyyəti ilə məşğul ola bilməyib.

Aldığı çoxsaylı bədən xəsarətləri, xüsusilə göz nahiyəsindən xəsarətlər nəticəsində sürücülük peşəsindən kənarda qalıb.

Bu müddət ərzində işləməklə əldə etdiyi gəlirdən məhrum olub. İddiaçının qeydlərinə görə, konkret olaraq yük maşını "Kamaz" markalı avtonəqliyyat vasitəsi ilə tikinti materialları daşıyaraq hər gün 50-100 manat məbləğində gəlir əldə edib və xəsarətlərin nəticəsi olaraq 3 ay ərzində bu qazancından cavabdehin təqsiri üzündən məhrum olub.

Hacıqabul rayon Məhkəməsi Zamiq Məmmədovun Vahid Babayevə qarşı "maddi və mənəvi ziyan tələbinə dair" iddiasının təmin edilməməsi barədə qətnamə çıxarıb.

Bundan sonra Zamiq Məmmədov iddia ərizəsinin təmin olunması üçün Şirvan Apelyasiya Məhkəməsinə üz tutub. Apelyasiya instansiyasında işi araşdıran hakim Zəki Babayev birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2781   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Məktəblilərin öldüyü hadisə ilə bağlı cinayət işi açıldı

İmişlidə 2 məktəblinin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 14-ü saat 14 radələrində yetkinlik yaşına çatmayan 2 nəfərin İmişli şəhəri, T.İsmayılov küçəsi ərazisind

15 aprel
.

"Gəl Danış" verilişinə görə atasını öldürən qadın: "Bıçaq zərbələrinin sayı yadımda qalmadı"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Astarada ahıl atasını xüsusi amansızlıqla öldürməkdə ittiham edilən Rühəngiz Əliyevanın cinayət işi üzrə məhkəmə ifadəsi məlum olub. -ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qadın ona istinad olunan əməl üzrə özünü təqsirl

15 mart
.

Düşmən casusuna hökm oxundu

Ermənistan xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlıq etməkdə ittiham olunan Emil Məmmədovun məhkəmə araşdırması yekunlaşıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti belə qənaət

16 mart
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

Azərbaycan və Qazaxıstan prezidentləri Füzuli Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar - FOTO

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzulidə inşa ediləcək Rayon Mərkəzi Xəstəxanasının layihəsi ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

12 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart