"Lotu Quli" adamını Yekaterinburqa göndərdi - Şəhərdə yeni cinayətkar şəxs peyda olub – Sari Hacıyev

"Lotu Quli" adamını Yekaterinburqa göndərdi - Şəhərdə yeni cinayətkar şəxs peyda olub – Sari Hacıyevİyulun ortalarında Rusiyanın Yekaterbinburq şəhərində yeni cinayətkar şəxs peyda olub – Sari Hacıyev. Yerli azərbaycanlılara-4-cü tərəvəz bazasındakı tacirlər və sadəcə diaspor üzvlərinə məlum olan qanqster Orta Uralın paytaxtına qayıdaraq himayəçisi "Lotu Quli"nin xeyrinə xərac toplama fəaliyyətinə başlayıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Arqumenti i faktı" nəşrinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Məlumata görə, Hacıyev Yekaterinburqda artıq 4-cü tərəvəz bazasındakı sahibkarlarla çoxsaylı "işgüzar görüşlər" keçirməyə başlayıb.

"O, bütün hər kəsə, xüsusilə də yerlilərinə deyib ki, "Ural mütləq pul ödəməlidir". Hətta, Uralda əvvəl "nəzarətçi" olmadığından indi Nadir Səlifova daha çox pul ödəməlidilər. Sari tələblərini hələ ki, mehriban şəkildə, zorakılıq olmadan edir, lakin bu, onun dəyişməyəcəyi mənasına gəlmir", - deyə mənbə bildirib.

Qeyd olunur ki, Hacıyev Yekaterinburqda olduğu iki həftə ərzində nəinki 4-cü tərəvəz bazasındakı böyük azərbaycanlı iş adamlarına baş çəkib, eyni zamanda "Jeleznodorojnıy Ticarət Evi"ndə də olub. Bura bir il əvvəl Yekaterinburq bələdiyyə müəssisəsi idi, indi bələdiyyələrin tam iştirakı ilə bir MMC-dir. Formal olaraq bu müəssisə qeyd olunan bazanın bir hissəsidir, çünki ən azı eyni profilə malikdir.

Başqa bir məsələ maraqlıdır: bir vaxtlar bu aktivlər Yekaterinburqun keçmiş vitse-meri Viktor Konteyev tərəfindən əslində bazaya qismən nəzarət etmək üçün yaradılıb. Hazırkı konfiqurasiyada MMC-yə direktor əvəzi Yevgeni Kravçenko rəhbərlik edir.

Sari Hacıyev fiquru Sverdlovsk vilayətində olduqca məşhurdur. O, 2011-ci ildə Sulimov küçəsində başından güllələnərək öldürülən İkram Hacıyevin əmisioğludur. O, qohumunun intiqamını almaq məqsədilə Sibir şossesindən yerləşən "Karavan" kafesində atışma törədib. Kafenin sahibi Əziz Daxili İşlər Nazirliyinin regional mərkəzi idarə heyətinin mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinə müraciət etdikdən sonra toqquşma qurbanının o, olduğu ortaya çıxıb. Daha sonra Sari gizlənərək uzun illər Uralda görülməyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1961   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Fazil Qasımovun həbs müddəti uzadıldı

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib. "Qafqazinfo"nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş vəsatət və təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin uzadılması istənilib

20 fevral
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Toyda qardaşını və onun arvadını öldürmək istəyənə 14 il həbs

Sumqayıtda 2 nəfəri öldürməyə cəhddə təqsirləndirilən 1954-cü il təvəllüdlü Ruslan Kərimduxta hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R. Kərimduxt Cinayət Məcəlləsinin 29, 120.2.4, və 29, 120.2.7-ci (qəsdən 2 şəxsi öldürməyə cəhd etmə

20 fevral
.

Bakıda həkim sevgilisi ilə birgə xanımını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb. "Unikal"a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən "Loğmed" klinikasının qarşısında baş verib. Belə ki, İbrahim Əsədlinin qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadın və həya

27 fevral
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart
.

Arvadını hicab geyinmədiyi üçün öldürən şəxs apellyasiya şikayəti verdi

Astarada arvadını öldürməkdə və qayınanasını öldürməyə cəhddə təqsirləndirilən Fərmayil Əliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. -ın əldə etdiyi məlumata görə, şikayət Şirvan Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclas

18 mart
.

Ağdamda atası tərəfindən öldürüldüyü deyilən qızla bağlı YENİ TƏFƏRRÜATLAR - VİDEO

4 il əvvəl ölən qızla bağlı axtarışlara başlanıb. Xəzər TV-yə istinadən bildirir ki, 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmadığı deyilən və həmin vaxtdan itkin kimi axtarılan qızın atası onu qətlə yetirdiyini və həyətdə basdırdığını bildirib. Axtarış rayonun Ağdam rayonud

23 fevral
.

3 ay əvvəl hökm oxunan zabitlər azadlığa buraxıldı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin çağırışçıları xidmətdən yayındırmağa görə məhkum edilmiş zabitləri azadlığa buraxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib. Üç ay əvvəl Bakı Hərbi Məhkəməsini

27 mart
.

"Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi"

"Təfəkkür Universiteti"nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşmaq üzrədir. "Qafqazinfo"nun məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda sonuncu şahidlər ifadə veriblər. Şahidlərdən biri təqsirləndirilən Dəyanət Quliyevin bacısı

22 fevral