Azərbaycana kokain gətirən əcnəbi... - TƏFƏRRÜAT

Azərbaycana kokain gətirən əcnəbi... - TƏFƏRRÜATAzərbaycanda qanunsuz narkotik gətirməkdə təqsirləndirilən Calle Fernandez Marianın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əliövsəd Abasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Calle Fernandez Maria 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il yanvar ayında külli miqdarda narkotik vasitə - kokain turist qismində gəldiyini bildirən Boliviya vətəndaşı Calle Fernandez Mariaya məxsus qara rəngli çamadanda aşkarlanıb.

Belə ki, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin çamadana keçirilmiş baxış zamanı içərisində xüsusi usulla düzəldilmiş gizli saxlanc yerindən 2 kiloqram 65qram narkotik vasitə - kokain aşkar edilərək götürülüb. Fakt əsasında Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Calle Fernandez Maria şübhəli şəxs qismində tutulub və təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Aparılmış istintaqla müəyyən edilib ki, Calle Fernandez Maria külli miqdarda kokaini Boliviyanın Santa Kruz de la Sierra şəhərindən avtobusla Braziliyanın Kampo Qrande şəhərinə, oradan hava yolu ilə Sao Paulo şəhərinə, sonra Rio de Janeiro şəhərinə, oradan isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə, son olaraq isə Dubay-Bakı aviareysi ilə Bakı şəhərinə daşıyıb. (teleqraf)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 799   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Kişi yatan dostunu bıçaqladı

Rusiyanın Murmansk vilayətinin Kirovsk şəhərində 59 yaşlı kişi bıçaqlanıb. yerli mediaya istinadla bildirir ki, 38 yaşlı şübhəli dərhal saxlanılıb. O, törətdiyi cinayəti etiraf edərək bildirib ki, zərərçəkmiş ona baş çəkməyə gəlib və ziyafət zamanı yatıb. Şübhəli şəxs onu oyatmağa çalışsa da, nəticəs

26 mart
.

66 yaşlı qadın öldürüldü, qohumu saxlanıldı

Xaçmaz rayonunda qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin üstü isti izlərlə açılıb. "Qafqazinfo" rayon prokurorluğuna istinadən xəbər verir ki, martın 21-də Xaçmaz rayon sakini, 1958-ci il təvəllüdlü Safura Balacayevanın üzərində xəsarət izləri olan meyiti yaşadığı evdə aşkar edilib

23 mart
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Qadın alveri edən şəxs 2500 manat cərimələndi

Nərimanov Rayon Məhkəməsində qadınları fahişəliyə cəlb edən 60 yaşlı Səma Məmmədovaya (ad-soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə S.Məmmədovanı Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirli bilib. Bildirilib ki, o, iki həmcinsini pul qarşılığınd

5 mart
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart