Arvadını namus üstündə öldürən kişi: "Ərəblərlə videoları vardı… " - TƏFƏRRÜAT

Arvadını namus üstündə öldürən kişi: "Ərəblərlə videoları vardı… " - TƏFƏRRÜATArvadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, R. Dadaşov arvadı A. Dadaşovanı yüngül həyat tərzi keçirdiyi üçün, başqa şəxslərlə görüşdüyü üçün dəmir parçası ilə qətlə yetirib.
Həmçinin ittihamda göstərilir ki, R. Dadaşov arvadını azyaşlı uşaqlarının gözü qarşısında işgəncə verərək xüsusi amansızlıqla öldürüb.

R.Dadaşov ittiham üzrə özünü qismən təqsirli bilib, lakin əməlindən peşman olmadığı bildirib.

Məhkəmədə sərbəst ifadə verən şəxs deyib ki, arvadını xüsusi amansızlıqla qətlə yetirməyib: "İttihamlarda yazılanlar yalandır. Hadisə uşaqların gözü qabağında baş verməyib. Aidəni gedib bağçadan götürüb evdə öldürmüşəm. Uşaqların heç nədən xəbəri olmayıb. Mən danmıram, arvadımı öldürmüşəm. Kişiyəm, namusumu təmizləmişəm. Polisə də özüm məlumat vermişəm. Polis gəlib məni tutanda uşaqları da qardaşım Amilə verdim ki, o saxlasın.

Prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi - mərhumun atası ifadə verib.
O bildirib ki, hadisə haqqında TV-də gedən süjetdən xəbər tutub: "Qonşular hansısa kanalda baxmışdı. Mənə dedilər, hazırlıq elədim. Yoldaşım xəstəydi, ona demədim. Sonradan xəbər tutdu. Bu adamın dediklərinin hamısı yalandır. Mən bu barədə danışmaq istəmirəm. İstintaqda nə demişəmsə, o düzdür".
Hüquqi varis qeyd edib ki, R. Dadaşov ömrü boyu işləməyib: "Onun evinə mən baxmışam. Bir əlim onların üstündə olub. Bizi həmişə təhdid edirdi ki, sizi öldürəcəm".

Prosesdə şahid qismində təqsirləndirilən şəxsin qardaşı Amil Dadaşov ifadə verib.
O bildirib ki, hadisə haqqında qardaşı ona məlumat verib: "Qardaşımın da, mənim də telefonumda qızın ərəblərlə olan əxlaqsız şəkilləri videoları var. Barlarda, diskotekalarda videoları var. Qardaşım haqq edib onu öldürüb. Onların nəslinin hamısı xarabdır. Ataları da biqeyrətdir. Zalda bir az da qalsa, mən də onu öldürəcəm".

Hakim təqsirləndirilən şəxsin qardaşını zaldan çölə çıxarıb.

Şahid qismində dindirilən şəxslər Təranə Kazımova bildirib ki, Aidə ilə iş yoldaşı olub: "Gecələr gecə klubunda birlikdə işləmişik. Mənə o vaxt demişdi ki, həyat yoldaşından boşanma üçün ərizə verib. Mən də demişdim ki, boşanmamısansa, sonra problem yaşayarsan. İşimiz gecədən səhərə qədər idi".

Məhkəmədə təqsirləndirilən şəxsin övladları Aysel Dadaşova və Asim Dadaşovun da ifadələri elan olunub.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Məhkəmə prosesi avqustun 9-da davam edəcək.

Qeyd edək ki, qətl bu il yanvarın 11-də Nəsimi rayonunda baş verib. Masallı rayon sakini, 38 yaşlı Rövşən Dadaşov yaşadığı evdə həyat yoldaşı, 31 yaşlı Aidə Dadaşovanın başına küt alətlə vuraraq onu qətlə yetirib. R.Dadaşov tutulub.

Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3719   Tarix: 02 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021