Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycana göndərdikləri pullar üçün BÖYÜK TƏHLÜKƏ

Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycana göndərdikləri pullar üçün BÖYÜK TƏHLÜKƏBirləşmiş Ştatlar "Skripal işi" ilə bağlı Rusiyaya ikinci sanksiyalar paketinə iki məhdudlaşdırıcı tədbir daxildir.

Bu barədə "The New York Times" qəzeti yazıb. Nəşrin məlumatına görə, ilk sanksiya paketi ABŞ banklarına Rusiya hökumətinə hər hansı borc və kredit verməklə bağlı qadağanı nəzərdə tutur.

İstisna yalnız ərzaq alınması üçün götürülən kredit ola bilər. İkinci tədbirlər paketi beynəlxalq təsisatlar tərəfindən Rusiyaya maliyyə və texniki yardımla bağlı qadağadan ibarətdir.

Qeyd edək ki, yeni sanksiyalar Rusiyanın Təhlükəsizlik İdarəsinin sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliyanın Solsberi şəhərində kimyəvi maddələrlə zəhərlənməsi ilə bağlıdır. Bu durum Rusiya iqtisadiyyatına, daha dəqiq desək rublun dəyərdən düşməsinə ciddi təsir edə bilərmi? Əgər bu baş verərsə Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?

İqtisadçı ekspert Vüqar Bayramov bu kimi suallara belə aydınlıq gətirib: "Rusiya rubluna ABŞ-ın tətbiq etdiyi sanksiyalardan çox, neftin dünya bazarındakı qiyməti daha çox təsir göstərir. Nəzərə alsaq ki, 2014-2015-ci illərdə neftin qiyməti aşağı düşdükdə rubl dəyərsizləşmişdi. Sonrkı illərdə rus rublu mövcud məzənnəsini qoruyub saxlaya bildi. Rusiyaya tətbiq edilən sanksiyalar İrandan fərqli olaraq nisbətən yüngüldür. Moskvadan fərqli olaraq Tehrana qarşı ABŞ daha kəskin sanksiyalar tətbiq edir. Əgər Birləşmiş Ştatlar Rusiya üçün sanksiya dairəsini genişləndirərsə və nəticədə rubl dəyərdən düşərsə, bu durum Azərbaycan üçün heç də arzuolunan deyil. Rusiya qeyri-neft sektorunda Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanın ixrac etdiyi 1,8 milyard dollar dəyərində qeyri-neft ixracaatının təxminən 36 faizi Rusiya bazarına yönləndirilir. Bu, ümumi qeyri-neft ixrcaatının üçdə birindən çoxu deməkdir. Həmçinin Rusiyada yaşayan həmyerlilərimizin Azərbaycana göndərdiyi remitensin (yəni pulun) məbləği rəsmi rəqəmlərə görə, 1 milyard dollardan artıqdır. Bu da nəticə etibarilə Rusiyadan gələn pulun həcminin nə qədər böyük olduğunu göstərir.

Eyni zamanda Rusiya bizim idxal-ixrac əməliyyatları həyata keçirdiyimiz əsas ölkədir. Azərbaycanın aqrar məhsullarının 90 faizi Rusiya bazarlarına ixrac olunur. Bu baxımdan Azərbaycan üçün rus rublunun ucuzlaşması iqtisadi baxımdan heç də arzuolunan deyil. Manata təsirlərə gəldiksə isə, bu məsələdə Mərkəzi Bankın mövqeyi daha mühümdür. Rusiya rublunun manatın məzənnəsinə təsir etməsi üçün əsas amil dünya bazarında neftin qiymətidir. Dünya bazarında 60 ABŞ dolları bizim üçün fiskal həddir. Çünki büdcədə 60 dollar nəzərdə tutulub. 50 dollar humanitar həddir. Mərkəzi Bankın açıqlamalarında deyilir ki, 50 dollardan aşağı düşəcəyi halda, manata qarşı təzyiq artacaq. Neftin qiyməti məqbul olsa da, yüksək deyil. Son dövlər neftin qiymətində azalmalar, neft ölkələri üçün arzuolunan deyil. Sözsüz ki, Rusiya rublu ucuzlaşarsa, dünya bazarında neftin qiyməti aşağı düşərsə, bu, manata qarşı təzyiqi və ölkədə dollar tələbatını artıracaq. Təbii ki, məzənnənin necə dəyişməsi, Mərkəzi Bankdan asılı olacaq. Bu hallar baş verəcəyi təqdirdə, biz dolların tələbinin artacağını proqnozlaşdırırıq, amma məzənnə birbaşa Mərkəzi Bankın qəbul etdiyi qərar və müdaxilə nəticəsində dəyişə bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2346   Tarix: 05 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ekspert: "Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır"

"Sağlamlığa Xidmət" İctimai Birliyinin sədri Pərvanə Vəliyeva Amuldağ (Amulsar) qızıl yatağının istismarının bütün regionu təhdid etdiyini bildirib. O, "Report"a açıqlamasında deyib ki, Amuldağ qızıl yatağının istismarı dayandırılmalıdır. P.Vəliyeva qeyd edib ki, burada qızıl yatağını

27 yanvar
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Yumurta BAHALAŞACAQ? - AÇIQLAMA

Son vaxtlar ölkəmizdən xaricə, xüsusilə də Rusiyaya yumurta ixracı xeyli artıb. Bu vəziyyət daxili bazarda yumurta qiymətlərinin artacağı ilə bağlı söz-söhbətlərin artmasına səbəb olub. Bəs, yumurta bahalaşa bilərmi?. Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçılar

29 yanvar
.

Hesablama Palatası dövlət qurumunda yoxlamalar APARIR

Hesablama Palatası Bakı Şəhər Mədəniyyət Baş İdarəsində yoxlamalar aparılır. Bizim.Media-nın əldə etdiyi məlumata görə, yoxlamalara yanvar ayının əvvəllərindən başlanıb və bu, fevralın sonunda bitəcək. Audit yoxlamaların Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tərkibindəki mədəniyyət ocaqlarında da aparıldığ

22 fevral
.

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb. 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib. Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovu

10 fevral
.

Azərbaycan süd və qaymaq idxalını 16 % artırıb

Bu ilin yanvar ayında Azərbaycan 1 074 ton süd və qaymaq idxal edib. Bu həcmdə süd və qaymağın dəyəri 1 milyon 650 min manat olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 149 ton (16,1 %) çoxdur, dəyər baxımından isə 576 min ABŞ dolları (25,8 %) azdır. Ötən ay süd və qaymaq idxalın

17 fevral
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib

Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. "Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycanda

28 yanvar