Günay Yelmarqızı: "38 yaşım var, amma mənə "evdə qalmısan" demirlər"

Günay Yelmarqızı: "38 yaşım var, amma mənə "evdə qalmısan" demirlər""Bu gün artıq 38 yaşım var. İndi də üzərimdə "Evdə qalmısan, çox gecdir, bizi tanıyanlar nə deyər? Heç olmasa ailə qur, bir uşağın olsun"- psixoloji basqısı yoxdur".

Bu sözlər tanınmış teleaparıcı Günay Yelmarqızına məxsusdur.

Yelmarqızı sosial şəbəkədə gənc qızların təhsil almasının vacibliyinə bağlı geniş status həsr edib:

"18 yaşım olanda bizim ailədə "ərə getmək" mövzusu müzakirə olunmurdu. O yaşıma qədər evimizdə bunun söhbətini belə eşitməmişdim. Bizim ailədə prioritet mövzu təhsil idi. Qarşımzda qoyulan əsas tələb də bu idi - yaxşı oxumaq, ali təhsil almaq. Müharibədə hər şeyimizi itirmişdik, öz ölkəmizdə məcburi köçkünə çevrilmişdik, yataqxanada yaşayırdıq. Amma bunlar heç biri bizim yaxşı oxumağımıza mane ola bilməzdi. Beynimiz sevgi, ər, məişət mövzular ilə yüklənmirdi. Mən jurnalist olmağı arzulayırdım. Aparıcı olub efirə çıxacaqdım. Cəmiyyətdə qadın olaraq öz yerimi tutacaqdım.

Məqsədim məni birinci kursda oxuyarkən, 18 yaşımdan işləməyə sövq etmişdi. Sonra ikinci ali təhsil almaq məqsədimi də reallaşdırdım. Artıq 28 yaşına çatmışdım. Amma yenə də bizim ailədə "ərə get, hamı ailə qurdu, uşaq dünyaya gətirdi, sən qaldın" basqısı yox idi. "Seçim sənindir qızım. Məcburiyyət yoxdur"- tövsiyəsi vardı.

Valideynlərimin mənimlə bağlı narahatlıqları var təbii. Ailə qurmağımı, övlad sahibi olmağımı arzulayırlar. Bu, bir valideyn kimi onların haqqıdır bəlkə də. Bu arzularını reallaşdırmadığım üçün bəzən özümü günahkar sayıram onların qarşısında. Amma həm də onlara minnətdaram ki, həyatımı öz qərarlarımla yaşamaq haqqı veriblər. Qızların 18 yaşında ərə getməsi hələ xoşbəxtlik demək deyil. Onlara seçim haqqı verin. İntihar həddinə çatdıracaq ağır yüklə bədbəxt etməyin! Unutmayın - qızınız sizin arzularınızı reallaşdırmaq üçün yox, öz xəyallarının arxasınca getmək üçün yaşamlıdır! Bir gənc qız öləndə min arzu ölür!"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 2668   Tarix: 06 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21 aprel
.

"Titanik"in ulduzunu kim təhqir edib? - Mənimlə çox kobud davrandı

"Titanik" filminin ulduzu Keyt Uinslet diqqət çəkən açıqlamalar edib. bildirir ki, aktrisa filmdən sonra dünya ulduzuna çevrilməyinin onun həyatını məhv etdiyini deyib. "Düzünü desəm, özümü çox təhqir olunmuş hiss etdim. "Bu çox qorxunc bir şeydir, ümid edirəm, keçəcək" dediyim

19 fevral
.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

"Gərək yersiz danışasan ki, seviləsən"

"Oxumaq indi çox çətindir. Gözəl sənətdir, amma məsələ odur ki, yaxşı oxuyub məşhur olmaq üçün gərək yersiz, çox danışasan ki, seviləsən. Burada başqa-başqa yollar var". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "7 Tamam" verilişində deyib. Sənətçi hazırda səs

11 aprel
.

"O olmasın, bu olsun" tamaşası ilk dəfə ATV-də göstəriləcək – VİDEO

ATV telekanalı tamaşıçılarını daim maraqlı layihələrlə sevindirməyə çalışır. Belə layihələrdən biri də "Səhnə" layihəsidir. Dünya və Azərbaycan teatr tarixinə fərqli baxış, teatr salnaməsinə adlarını qızıl hərflərlə yazan böyük aktyorlar haqqında indiyə qədər bilmədiklərimiz, dram əsərilə musiqini

12 aprel
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Xalq artisti baba olub

Xalq artisti Teyyub Aslanov baba olub. Axşam.az xəbər verir ki, muğam ifaçısı bu haqda "Qonaqcanlı" proqramında deyib. O bildirib ki, qızı ana olub. T.Aslanov "Qızımın oğlu dünyaya gəlib" sözlərini əlavə edib. Qeyd edək ki, ifaçının qızının toyu ötən il olmuşdu

8 fevral
.

Van Qoqun əsəri 4,5 milyon avroya satıldı

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) 1884-cü ildə çəkdiyi "Ağ papaqlı kəndli qadının portreti" tablosu Niderlandın Maastrixt şəhərində keçirilən Avropa İncəsənət Sərgisində (TEFAF) satılıb. Qeyd olunur ki, portretin yeni sahibi sənət əsəri üçün 4,5 milyon avrodan (təxminən 8,3 milyo

11 mart
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel