Rusiyalı ekspert: "Nikol Paşinyan üçüncü qüvvələrin əlində oyuncaqdır"

Rusiyalı ekspert: "Nikol Paşinyan üçüncü qüvvələrin əlində oyuncaqdır"Ermənistanın baş naziri Nikol Paşinyan xalqın rəğbətini tamamilə itirib və Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Xankəndi şəhərində verdiyi son populist bəyanatlar vasitəsilə onu qaytarmaq üçün uğursuz cəhdlər göstərir.

Xatırladaq ki, ötən gün Ermənistanın hökumət başçısı Azərbaycanın işğal etdikləri torpaqlarında keçirilən "Ümumerməni oyunları" ilə bağlı buraya qanunsuz səfər edərək Qarabağ məsələsi və "ermənilərin birliyi" barədə bəzi bəyanatlar verib.

Bununla bağlı fikirlərini "Report"a çatdıran rusiyalı politoloq Yevgeni Mixaylov "ümumerməni oyunları"nın işğal altındakı Dağlıq Qarabağda keçirilməsini dünya erməni diasporunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini əngəlləmək üçün həyata keçirdiyi təxribat kimi dəyərləndirib.

"Paşinyan bu məqsədlə seçilən bir simadan başqa bir şey deyil, əsas oyunçu isə Fransada, ABŞ Senatında lobbiçiliklə məşğul olan Qərbin erməni diasporudur. ABŞ prezidenti Donald Trampın Türkiyəyə "S-400" raketləri aldıqlarının əvəzini çıxmaq üçün "erməni soyqırımı"nı tanıyacağı barədə bu yaxınlarda ötəri şəkildə verilən xəbəri misal gətirmək istəyirəm. Bütün bunlar ABŞ-ın İrana qarşı mümkün hərbi əməliyyatı ərəfəsində regionda münaqişə törətmək üçün atılan addımlardır", – deyən rusiyalı ekspert ABŞ-ın gərginlik yaradıb öz mənafeyini təmin etməyə çalışdığını qeyd edib.

Rusiyalı ekspert Yevgeni Mixaylov

"Nikol Paşinyan məqsədli şəkildə seçilən bir simadan başqa bir şey deyil, əsas oyunçu isə Fransada, ABŞ Senatında lobbiçiliklə məşğul olan Qərbin erməni diasporudur".

Hakimiyyətə populist bəyanatlar və vədlərlə gələrək heç birini yerinə yetirməyən Nikol Paşinyanın xalq arasındakı nüfuzunu tamamilə itirdiyini dilə gətirən ekspert Ermənistan baş nazirinin işğal etdikləri Dağlıq Qarabağa gəlib dünyada ermənilərdən başqa heç kimin xəbəri olmadığı "ümumerməni oyunları"nın açılışında nitq söyləməsini Qarabağdakı separatçı rejimlə həmrəylik göstərmək, bununla da öz hakimiyyət mövqeyini gücləndirmək cəhdi kimi qiymətləndirib.

"Lakin Nikol Paşinyanın bu gün-sabah məğlubiyyətə uğrayacağını hamı gözəl anlayır. Ermənilərə soz danışan yox, iş görən, vədlər verən yox, uzlaşan lider lazımdır. Belə keyfiyyətlərə malik olmayan Paşinyandan Qarabağ məsələsinə dair konstruktiv danışıqlar gözləmək əbəsdir", - deyən rusiyalı ekspertin fikrincə, Azərbaycan tərəfi Ermənistanın yeni hökumətinə qarşı da diplomatik təzyiq və təkləmə siyasətini davam etdirməlidir.

"Məsələnin dinc həllinin zəmanətçisi olan ölkələrlə, ilk növbədə, Rusiya və Türkiyə ilə yaxından əməkdaşlıq etmək vacibdir. Öz xalqının əmin-amanlığını istəməyən üçüncü qüvvələrin əlində oyuncaqdan başqa bir şey olmayan Ermənistan baş nazirinə isə fikir verməyə dəyməz", - deyə ekspert fikrini tamamlayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1437   Tarix: 06 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Ermənistanın təxribatı özünə baha başa gələ bilər - VİDEO

Ötən cümə günü Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və bu "şirin" trioya qoşulan Avropa diplomatiyasının rəhbəri Jozep Borrel ilə görüş həm hadisə ərəfəsində, həm də ondan dərhal sonra bir sır

9 aprel
.

Sülhməramlıların Qarabağı tərk etməsinin yeni - Görüntüləri

Xəbər verdiyimiz kimi, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir. "Qafqazinfo"nun məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yeni görüntülər yayılıb. Həmin kadrları təqdim edirik:

17 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı ola bilər

Laçın şəhərinə MDB-nin mədəniyyət paytaxtı statusu verilə bilər. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyin "X" hesabında paylaşım edilib. Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində Minskdə Müstəqi

12 aprel