Əlbir olub qiymətləri qaldıranlar kimlərdir? - Kəndli və alıcılar aldadılır

Əlbir olub qiymətləri qaldıranlar kimlərdir? - Kəndli və alıcılar aldadılır"Baxmayaraq ki, inflyasiya aşağı səviyyədədir, ancaq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Müvafiq qurumlar bu məsələ ilə ciddi məşğul olmalıdırlar".

Sonxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 31-də keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.

Prezident bildirib ki, bu sahədə ciddi nəzarət mexanizmi olmalıdır:

"Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil.

Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır".

"Virtualaz.org" əməkdaşı da öz növbəmizdə süni qiymət artımının nəticələri və onu yaradan səbəblər haqqında kiçik bir araşdırma etdik.

Əvvəlcə onu qeyd edək ki, süni qiymət artımına nəzarət, istehlakçıların hüquqlarının qorunması İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əsas vəzifələrindədir.

Bu il məhsuldarlığın bol olmasına baxmayaraq bir sıra meyvə və tərəvəzlərin (pomidor, soğan, gilas və s.) qiymətlərində nəzərəçarpacaq dərəcədə süni qiymət artımına rast gəlindi.

Masallı, Xaçmaz, Tovuz rayonlarında pomidor istehsalı ilə məşğul olan kiçik və orta sahibkarların məhsullarını sahələrdə satdıqları qiymətlərlə həmin məhsulların paytaxtda satıldığı qiymətlər arasında böyük fərq var idi.

Məlumat üçün qeyd edək ki, sahələrdə pomidorun kilosu 30-35 qəpiyə satıldığı halda paytaxtda yaxşı pomidor kilosu 2 AZN-dən aşağı qiymətə tapılmadı. Və ya Sabirabaddakı bostanlarda yemiş 10-12 qəpiyə satıldığı halda paytaxtda 30-70 qəpiyə satılmaqdadır.

Bu alış-veriş zəncirində itirənlər istehsalçılar və alıcılar, qazananlar isə arada olan vasitəçilərdir.

Süni qiymət artımının əsas səbəbi bazarlardakı işbazların kiçik və orta sahibkarların həmin bazarlara çıxmasına maneçilik törətmələridir.

İnhisarçılar öz aralarında razılığa gələrək rəqiblərin bazarlara girişinə mane olmaqla süni qiymət artımı yaradırlar.

Belə ki, bu və ya digər səbəblərdən istehsalçılar öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Sanki onlarla bazarlar arasında böyük bir sədd çəkilib.

Vəziyyət belə olduğu təqdirdə həm istehlakçıların, həm də istehsalçıların hüquqları pozulur.

Əgər istehlak bazarında azad rəqabət prinsipləri bərqərar olsa, qiymətlərin iqtisadi tənzimlənməsi baş verəcək və işbazlar qeyri-iqtisadi səbəblərdən qiymətlərə təsir göstərə bilməyəcəklər.

Nəticədə iqtisadi inkişafa böyük zərbə vuran süni qiymət artımı məsələsi də birdəfəlik həll olunacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2724   Tarix: 07 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balın qiymətinin artacağı gözlənilir - SƏBƏB - VİDEO

Bu il Astarada arıçılıq məhsullarının qiymətində artım gözlənilir. xəbər verir ki, buna səbəb olaraq məhsuldarlığın aşağı düşməsi və arıların xəstəliklərə yoluxaraq tələf olması göstərilir. Arıçılar bildiriblər ki, arı ailələrində 50 faizə yaxın itki var. "İtkilər balın qiymətinə təsir edəcək. Arıçıla

12 aprel
.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli dəyişib. Bu barədə Nazirlər Kabineti sərəncam verib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ştat cədvəli"nə İcraçı idirektorun müavini ştatı əlavə edilib. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin işçilərinin aylıq vəzif

27 fevral
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir

Ağstafa Rayon İcra Hakimiyyəti üşün 57 800 AZN-ə xidməti minik avtomobil alınıb. Qaynarinfo xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib. Təchizatçının kimliyinə gəlincə, bu, "Aut

19 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Zeytun yağı niyə BAHALAŞIB?

Son günlər Azərbaycan istehsalı olan zeytun yağlarının qiymətində kəskin artım müşahidə olunur. Bu da özünü əsasən yarımlitrlik və birlitrlik qablaşdırmalarda göstərir. Belə ki, bir müddət əvvəl qiyməti orta hesabla 6,20-7,40 manat olan yarımlitrlik zeytun yağları hazırda 9,0 manatdan baha satılır. 8,50-10,5

8 mart