Toylarda "yengə"lərə ehtiyac varmı? - AÇIQLAMA

Toylarda "yengə"lərə ehtiyac varmı? - AÇIQLAMAUzun illər ərzində " Yengə" Azərbaycan xalqının toy mədəniyyətinin ayrılmaz atributlarından biri olub. Onların kimliyi və vəzifəsi barədə olduqca çox mənbədən və şəxsi müşahidələrindən hamının az- çox məlumatı var. Bəs, bu fenomenin yaranma səbəblərini hansı amillər və ya hansı tarixi- sosial mühit şərtləndirib? "Yengə"nin icra etdiyi funksiyaya hazırda ehtiyac varmı?

Sonxeber.az məsələylə bağlı psixoloq, mütəxəssis Ofelia Əliyevanın fikirlərini öyrənib.

"Məsələnin izahına günümüzdən bir misalla başlamaq istəyirəm. Günü - gündən inkişaf edən dünyada dayanmadan yeni peşə sahələri və onların icraçısı insanlar meydana gəlir. İnkişaf edən texnalogiya, tibb, İT və s. Sahədə əvvəllər eşitmədiyimiz bir çox peşə adlarına rast gəlirik. Deməli, hər hansı bir sahə yetərli olmur və insanların tələbatlarını ödəmir ki, biz ona uyğun yenə peşələr formalaşdırırıq. Yengə fenomeninin də formalaşması məhz belə bir etnopsixoloji amili istisna etmir. Məlumdur ki, Azərbaycan xalqının etnopsixologiyasında "namus", "qeyrət", "ailə" dəyərləri olduqca vacib rol oynayır. Araşdırmalar zamanı ilk "Yengə" fenomeninin nə zaman yaranmasına dair bir nümunə tapmaq çox çətindir. Çünki bu ad həmçinin dayı arvadı, əmi arvadı mənasına da gəlir. Amma ümumi psixologiya nöqteyi-nəzərindən yanaşsaq, informativ və requlyativ (sosial norma) funksiyanı daşıyır. Yəni əvvəlki dövrlərdə insanların intim həyat anlayışı haqqında informasiya əldə edə biləcəkləri mənbələri yox idi. Xüsusilə də qadınların. Elə bu səbəbdən də "Yengə" informasiya verici funksiyanı daşıyırdı. Bu sahədə bildiklərini Toy gününün mahiyyətini, qadının və kişinin funksiyalarını izah etməklə onları məlumatlandırırdı. Toy günü isə requlyativ funskiyasını daşıyır sosial normalara uyğun olaraq qızı qiymətləndirirdi.

Amma günümüzdə fikir versək, bu atribut artıq toylarda yavaş- yavaş öz aktuallığını itirir. Elə bunun açıqlamasına da günümüzə yuxarıda qeyd etdiyimiz iki funksiyanın itməsidir. İnformativ funksiya-informasiya mənbələrinin çoxluğu və intim münasibət haqqında evlənən cütlüklərin artıq evlənməzdən öncə məlumatlı olması bunun başlıca səbəblərindən biridir. Günün bir neçə saatını internetə və ya kitablara ayıran, dünyagörüşü normada olan hər bir fərd artıq bu barədə məlumatlıdır. Həmçinin, bütün dünyada eləcə ölkəmizdə "seksoloji maarifləndirmə" funksiyasını artıq həkimlər yerinə yetirərək, bir baxım desək, artıq "yengəlik mədəniyyəti"nin süqutuna zəmin yaratmışdır. Yəni artıq bu funksiya öz aktuallığını itirmişdir.

Digər funksiyası requlyativ yəni sosial normalar sistemi ilə yanaşılması hal-hazırda bəzi yerlərdə qalsa da bir çox yerdə artıq o da öz aktualığını itirməkdədir. Çünki əvvəllər partnyorların (gəlin və bəyin) bir - birini tanıması və vaxt keçirməsi o qədər də mümkün olmurdu. Günümüzdə isə bu daha fərqlidir. İnsanlar özlərini, tələbatlarını anlayır, buna uyğun şəkildə bir - birini tanıyır və bir çox fərqli mövzularda fikir mübadiləsi edirlər. Məhz bu səbəbdən də artıq bu funksiyada aktuallığını itirir və ikili arasında müzakirə obyekti olduğu üçün problem situasiya yaranmır. Bu insanlar arasında ünsiyyət vasitələrinin artması, həmçinin ünsiyyətin xarakterinin də keçmişlə müqayisədə dəyişməsindən asılı olan bir amildir."

Toylarda "yengə"lərə ehtiyac varmı? - AÇIQLAMAPsixoloq hazırda bu funksiyanı icra edilməsinin aktuallıqdan düşdüyünü vurğulayıb:

"Günümüzdə daha çox bu valideynlərin tələbi ilə formalaşdırılsa da, artıq ailələrin qurulmasında valideynlərə daha sonrakı məqamda müraciət olunması toyda aparıcı rolu bəy və gəlinin oynaması (əvvəllər yengələr rol oynayırdı) "yengə" atributunu yavaş-yavaş sıradan çıxarılmasına səbəb olur. Son nəticədə isə yuxarıdakıların qısa xülasəsi olaraq, Yengə güvən və ya güvənsizliyi ölçmək funksiyasının daşıyıcısı kimi qiymətləndirmək yox, sosial normaların və informativ funksiyanın yerinə yetirilməsi tələbatından yaranmışdır. Günümüzdə isə, istər valideyinlər, istərsə də partnyorlar arasında ünsiyyətin xarakterinin dəyişməsi nəticəsində aktuallığını itirən bir fenomen halına gəlmişdir."

Aida İSAQ


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6341   Tarix: 08 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda nəqliyyat inqilabı: Gənclər tıxaclara qalib gəlirlər

Artıq skuter və velosipedlər gənclər üçün sadəcə əyləncə vasitəsi deyil, gündəlik həyat tərzinin ayrılmaz bir hissəsinə, tıxaclardan qurtulmaq və vaxta qənaət etmək üçün əsas alternativə çevrilib. Bu tendensiyanı dəstəkləmək məqsədilə ölkədə gənclər arasında mikromobilliyin təşviqi üçün yeni tədbirlə

24 may
.

Bilgəhdə faciə: Bir nəfər boğuldu, digəri son anda xilas edildi

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində nəzarətsiz dəniz ərazisində 2 nəfər çimərkən batma təhlükəsi ilə üzləşib. Qaynarinfo-nun məlumatına görə, hadisə may ayının 21-də, axşam saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətini

23 may
.

"WUF13-də səslənən fikirlər və təqdim olunan ideyalar şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər" - DEPUTAT

Bakıda keçirilən dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası(WUF13) başa çatdı. Forumun bağlanış mərasimində çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib ki, WUF13-də 176 ölkədən 57 mində

22 may
.

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər

Leyla Əliyeva və Alyona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər. Mərkəz

24 may
.

Bu universitetin qapısı möhürləndi, tələbələr ayağa qalxdı

Türkiyədə İstanbul Bilgi Üniversitesi ilə bağlı qalmaqallı qərar gündəm olub. xarici mediaya istinadla xəbər verir ki, Prezident Recep Tayyip Erdoğanın imzaladığı və "Resmi Gazete"də yayımlanan qərara əsasən universitetin fəaliyyət icazəsi ləğv edilib. Bundan sonra universitetin kampus qapısın

22 may
.

Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib

Əlillik müddəti bitəndən sonrakı 6 ay ərzində təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib. Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd edilən aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir

23 may
.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kvetta şəhərində qatarda törədilən terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib. OxuAz xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" sosial şəbəkə hesabında yayılıb. "Biz Pakistanın Kvetta şəhərində qatarı hədəf alan, günahsız insanları

24 may
.

Bakının su və kanalizasiya sistemi ilə bağlı hansı işlər görüləcək? - RƏSMİ AÇIQLAMA

Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur. Bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA

23 may
.

Mayın 25-də QAZ OLMAYACAQ

Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır. Qa

23 may