Bu xəstəliyə kişilərdə qadınlara nisbətən 4 dəfə çox rast gəlinir – Xora

Bu xəstəliyə kişilərdə qadınlara nisbətən 4 dəfə çox rast gəlinir – XoraMədə xorası dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Milyonlarla insan bu xəstəlikdən əziyyət çəkir. Amma tam müalicəyə yol açan effektiv üsulları hələ yoxdur.
Bəzi qastroenteroloqlar mədə xorasının insandan insana "helikobakter" vasitəsi ilə ötürüldüyünü iddia edirlər. Onlar bu bakteriyanın bütün ailə üzvlərinə təsir etdiyini, buna görə də hərtərəfli müalicənin hamı üçün aparılmalı olduğunu düşünürlər.
Digərləri isə xəstəliyin səbəbinin düzgün olmayan həyat tərzi, qidalanma, alkoqol və siqaretin istifadəsi və digər dərmanlar ilə bağlı olduğunu qeyd edirlər. Bəziləri isə həm virusun, həm də yanlış həyat tərzinin mədə üçün eyni təhlükə yaratdığını və xoraya səbəb olacağını deyirlər.

Bu xəstəliyə kişilərdə qadınlara nisbətən 4 dəfə çox rast gəlinir – XoraQastroenteroloq-endoskopist Farmiz Əliyev Sonxeber.az saytına açıqlamasında bildirib ki, xora xəstəliyi həzmetmə sisteminin ən geniş yayılmış xəstəliklərindən biridir:
"Qastroenteroloji şöbənin pasiyentlərinin 30–50 faizində mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi aşkarlanır. Xəstəliyə kişilərdə qadınlara nisbətən 4 dəfə çox rast gəlinir. Gənc yaşlarında onikibarmaq bağırsağın, sonrakı dövrdə isə mədənin xorasına müşahidə edilir. Şəhər sakinləri xora xəstəliyinə daha çox tutulurlar.
Xoranın yerindən asılı olaraq ağrı yeməkdən dərhal, 1-1.5 saat və 2-3 saat sonra əmələ gələ bilər. İnsan ac olarkən əmələ gələn, amma yeməkdən sonra yoxa çıxan ağrı və gecə ağrıları da olur.
Hazırda qastroduonoskopiya deyilən metodun köməyi ilə xoranı aşkarlamaq, ölçüsünü təyin etmək, xoranı şişdən ayırmaq, "Helicobacter pylori" adlı patogen bakteriyanı müəyyən etmək məqsədilə mədədən nümunə götürmək mümkündür".
Həkim vaxtında müəyyən edilməmiş xəstəliyin mədədə qanaxmaya səbəb ola biləcəyini qeyd edib:
"Bu da öz növbəsində mədə divarının bütövlüyünün pozulmasına, mədə turşusunun mədə boşluğuna axmasına, nəticədə insan üçün təhlükəli halın - peritonitin yaranmasına gətirib çıxarda bilər.
Mədə və onikibarmaq bağırsağın selikli qişasına təsir edən aqressiv və müdafiəedici faktorların arasında balansın pozulması, "Helicobacter pylori" bakteriyasına yoluxma, xəstəliyə tutulma şansını artıran genetik faktor, iltihaba qarşı qəbul edilən qeyri-steroid tərkibli dərmanların qəbulu, ağır stress vəziyyətləri kimi amillər xora xəstəliyinə səbəb olur.
Xəstəliyin kəskinləşməsinə düzgün olmayan qidalanma, siqaret və alkoqolun qəbulu, problemi yarıbayarı dərinləşdirən gecə iş qrafiki zəmin yaradır.
"Helicobacter pylori" bakteriyasının müalicəsi, xoranın sağalması və selikli qişanın bərpası üçün medikamentoz müalicəni həkim təyin etməlidir. Kəskinləşmə zamanı xəstəliyi stasionar şəraitdə və həkim nəzarətində həyata keçirmək məsləhətdir".

Bu xəstəliyə kişilərdə qadınlara nisbətən 4 dəfə çox rast gəlinir – XoraDiyetoloq Ceyhunə Yusifova mədə xorasından əziyyət çəkən şəxslərin gündə 7 dəfə az miqdarda yemək yeməli olduğunu bildirib:
"Xora geniş yayılmış xəstəlikdir. Bu xəstəlik kəskinləşmə və remissiya fazalarının növbələşməsi ilə müşahidə olunur. Əsas əlaməti mədə və onikibarmaq bağırsaq divarında xoranın əmələ gəlməsi ilə xarakterizə olunan xroniki residivləşən xəstəlikdir. Bu xəstəlikdən əziyyət çəkən insanlar qida rejimində zülalları, yağları artırmalı, karbohidratı isə 25-30 faiz azaltmalıdır. Xora xəstəliyi olan xəstələr vitamin defisitinin qarşısını almaq üçün B2 və B6 vitaminləri qəbul etməlidir. Bundan başqa, mətbəx duzu məhdudlaşdırılmalı, çox isti və ya soyuq qidalardan uzaq durulmalıdır. Gündə az miqdarda olmaqla 7 dəfə qidalanmaq lazımdır. Əsasən qaynadılmış, buxarda bişirilmiş və çiy tərəvəzlərdən ibarət qidaları rasiona əlavə edilməlidir. Yeməklərinin əsas hissəsini şorbalar, sıyıqlar, buxarda bişmiş ət, balıq, toyuq məhsulları əhatə etməlidir. Xora xəstəliyi olan şəxslərə qırmızı kələm, ağ kələm, turp, soğan, sarımsaq, ispanaq, göbələk, noxud, lobya, mərcimək yemək tövsiyə olunmur. Meyvələri isə buxarda az bişmiş, qaynadılmış və ya rəndələnmiş halda yemək olar".
Diyetoloq vurğulayıb ki, düzgün qidalanma ilə mədə xorasının sağaldılması mümkündür:
"Qızartma, çox isti, acı, duzlu qidaları qəbul etməməklə, lif və vitaminlərlə zəngin yeməkləri pəhrizə əlavə etməklə xora xəstəliyini aradan qaldırmaq mümkündür. Ən birinci şərt isə gündə 2 litr su içməkdir. B1, B2, A, C vitaminli, fosfor və dəmir tərkibli qidaların rasiona daxil edilməsi xəstəliyin sağalmasını tezləşdirir.
Bir diyetoloq kimi həm bakteriyanın, həm də yanlış həyat tərzinin mədə üçün eyni təhlükə yaratdığını və xoraya səbəb olduğu fikrini dəstəkləyirəm. Bunun hər ikisi faktdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2396   Tarix: 08 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Nazirliyin şöbə rəisi vəfat edib

Ədliyyə Nazirliyinin əməkdaşı Akşin Mirtəbib oğlu Ağayev vəfat edib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, nazirliyin Neftçala rayon Qeydiyyat şöbəsinin rəisi vəzifəsində çalışıb. Qeyd edək ki, A.Ağayev 2015-ci ildən Ədliyyə Nazirliyinin əməkdaşı olub

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Arvadını çörəkpulu kartına görə döydü, cinayət məsuliyyətindən azad edildi

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Rəşad Zəfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və Rəşad Zəfərov cinayət məsuliyyətində

28 mart
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar"

28 mart
.

Ramazan ayının 18-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 18-ci günüdür. xəbər verir ki, sabah imsak vaxtı saat 05:04, iftar isə 19:15-dədir. İmsak duası:. "Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin". Tərcüməsi:

27 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart