Dünya yeni böhran astanasında: neftin qiyməti sürətlə düşür – Azərbaycanı nə gözləyir?

Dünya yeni böhran astanasında: neftin qiyməti sürətlə düşür – Azərbaycanı nə gözləyir?ABŞ-la Çin arasında başlayan ticarət müharibəsi ölkəmizi də təhdid edir.

Dünyanın iki nəhəng iqtisadiyyatına malik ABŞ-la Çin arasındakı ticarət müharibəsi fonunda dünya neft bazarında qiymətlərin sürətli enişi davam edir. Avqustun 7-də bu ilin yanvarından bəri ikinci dəfə dünya bazarında "Brent" markalı neftin 1 barelinin qiyməti 58 dollardan aşağı düşüb.

Dünən gün ərzində ucuzlaşma davam edib – 57.45 dollar.

Bloomberg-in məlumatına görə, bu qiymətə birjalarda sentyabr-oktyabr ayları üçün müqavilələr bağlanıb. Ucuzlaşma Azərbaycan neftindən də yan ötməyib. Belə ki, dünya bazarında "Azeri Light" (CIF) markalı neft də ucuzlaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,51 dollar azalaraq 58,81 dollara bərabər olub.

Neftin ardınca dünya birjalarında sıxılmış qazın (LNG) da qiyməti kəskin ucuzlaşmağa başlayıb. Caspianbarrel Agentliyinin məlumatına görə, dünən 1 BTU (Britaniya termik vahidi) 2.107 dollardan 2.098 dollara düşüb: "Min kubmetrə çevirdikdə, bu, təqribən 80 dollar edir. Əvvəllər qiymət adətən 4-5 BTU arasında dəyişirdi, yəni 150-160 dollar".

Qeyd edək ki, hələ ki bazardakı enmə prosesini dayandıracaq müsbət siqnallar yoxdur. Əksinə, açıqlanan məlumatlar neftin qiymətinin enməsi prosesini daha da sürətləndirəcək xarakterlidir. Bu məlumatlardan biri qlobal iqtisadi artımın proqnozlaşdırılandan aşağı həddə olmasıdır. Xüsusilə neftə tələbatı artıran Çin iqtisadiyyatında böyümənin yavaşıması bazara ciddi təsirə malik siqnal hesab olunur. Belə ki, bu ilin 2-ci rübündə Çində ÜDM-in artımı 6,2 faiz təşkil edib ki, bu, 1992-ci ildən bəri ən aşağı rəqəmdir. 2018-ci ilin yekunlarına əsasən Çində ÜDM-in artım tempi 6,6 faiz olmuşdu, bu da 1990-cı ildən bəri ən aşağı səviyyədir.

Analitiklər hesab edirlər ki, ABŞ-ın Çinlə başlatdığı ticarət savaşının getdikcə kəskinləşməsi Asiya nəhəngində iqtisadi azalmanın sürətlənməsinə səbəb olacaq. Bu isə bazarda tələbin kəskin azalması deməkdir. Digər tərəfdən, əksər analitik mərkəzlər dünyanın yeni qlobal iqtisadi böhran ərəfəsində olduğu qənaətindədir. Hesab olunur ki, yeni qlobal böhran artıq 2020-ci ildən başlaya bilər. Böhranın əsas səbəbi kimi tsiklik inkişaf dövrünün başa çatması, yeni tənəzzül mərhələsinin başlanması zamanının yetişməsi göstərilir. Böhranlar tarixinə nəzər yetirsək, əksər böhranlar arasında 7-11 illik fasilənin olduğunu görmək mümkündür. Bu isə 2008-2009-cu illər böhranından sonrakı artım dövrünün sona çatmaqda olduğu deməkdir.

Analitik mərkəzlərin hesablamalarına görə, ABŞ iqtisadiyyatı 10 ildir ki, davamlı olaraq böyüyür – bu, son 150 ildə ilk dəfədir. ABŞ fond bazarı bu inkişafın önündə gedir. S&P indeksi 2009-cu ilə nisbətən 4 dəfə artaraq, tarixi maksimuma çatıb, Dow Jones indeksi isə 3,7 dəfə artıb. Bundan əlavə, dünya ölkələri bu artımlar fonunda öz vəsaitlərini risklərdən sığortalamaq üçün qızıla investisiyaları kəskin artırıblar. Nəticədə qızılın 1 unsiyasının qiyməti 1500 dolları keçib. Qızıla investisiyaların artması yeni böhranın ilk əlamətlərindən biri hesab olunur.

Hesab olunur ki, növbəti böhran əvvəlki bütün böhranlardan daha kəskin ola bilər. Buna kapitallaşma səviyyəsinin yüksək olması gətirib çıxaracaq. Belə ki, dünya səviyyəli bir çox şirkətlərin kapitallaşması ayrı-ayrı dövlətlərdən daha yüksək həddədir. Bu isə böhranda itkilərin daha böyük olmasına gətirib çıxara bilər.

Qlobal böhrana gətirəcək ikinci amil kimi dünya ölkələrinin xarici borclarının ifrat həddə çatması hesab edilir. Məsələn, ABŞ-ın xarici borcu ölkə ÜDM-nin 80 faizi həddinə – 22 trilyon dollara çatıb, artım davam edir. Və təhlükəli məqam budur ki, bu borcun 20 faizi Çinin əlindədir. Ticarət savaşında ciddi zərər görəcəyi təqdirdə Çinin ABŞ-ın borc kağızlarından imtina etməsi Vaşinqtonu tarixində görmədiyi böhrana sala bilər.

Dünyanın ikinci böyük iqtisadiyyatına malik Çində də dövlət borcu yüksək həddədir. Bu ölkənin 30 illik davamlı iqtisadi artımının arxasında ÜDEM-in 300 faizinə çatan borc dayanır.

Daha təhlükəli bir məqam budur ki, kapitallama və dövlət borcunun artımı qlobal istehsalın azalması ilə müşayiət olunur.

Dünya üzrə inflyasiya göstəricisi 2 faizdən aşağıdır. Bu isə qlobal istehlakçı tələbinin azaldığını göstərir. Tələbin azalması isə ardınca təklifin artmasının qarşısını alır.

Nəhayət, Çinin bank sektorundakı problemlər qlobal böhranı başladacaq amillərdən biri ola bilər. Çində bank sistemi ciddi şəkildə problemli kredit böhranı yaşayır. Dövlət proqramları çərçivəsində verilmiş yüz milyard dollarla kreditlər geri qaytarılmır, bu isə bank sektorunda kəskin problemlər yaradır. Son 3 ildə Çin hökumətinin bankları dəstəkləmək üçün atdığı addımlar gözlənilən nəticəni vermir: "ölü" kreditlərin miqdarı hədsiz dərəcədə çoxdur.

Böhranın haradan, hansı ölkədən başlanması əsas deyil. Əsas odur ki, ABŞ, Avropa Birliyi və Çinin əlində böhranın təsirlərini yumşaldacaq rıçaqlar faktiki olaraq mövcud deyil. Belə ki, uçot dərəcələri tarixdə ən aşağı həddədir: Avropada 0 faiz, ABŞ-da 2-2,25 faiz. Bu isə böhran dövründə mərkəz bankların manevr imkanlarını sıfıra endirir.

Təcrübə göstərir ki, təbii sərvətlərdən asılı olan ölkələr dünya böhranından daha çox təsirlənirlər. Bu baxımdan, gəlirlərinin 90 faizə yaxınını neft-qaz satışından əldə edən Azərbaycan üçün həm ABŞ-Çin ticarət savaşı, həm də qlobal böhran gözləntiləri müsbət siqnallar hesab olunmur. Bu şəraitdə Azərbaycanın makroiqtisadi sabitliyi saxlamaq, büdcə gəlirlərini təmin etmək və sair istiqamətlərdə yürüdəcəyi siyasət ciddi şəkildə müzakirə olunmaqdadır.Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, bu ilin 7 ayında Azərbaycan neftinin orta satış qiyməti 66 dollardan yuxarı olub: "Əvvəla, bu il ərzində neftin qiymətinin 60 dollardan aşağı düşməsi halı bir neçə dəfə təkrarlanıb. Rusiya Maliyyə Nazirliyinin məlumatına görə, Uralsk markalı neftin 7 ayda orta qiyməti 65 dollardan yuxarı olub. Bu halda, Azərbaycan nefti minimum 66,5 dollar olub. Bu isə büdcədə nəzərdə tutulandan 11 faizdən də yüksək göstərici deməkdir. Bundan sonra dünya bazarında qiymət gərək 2 ay da 60 dollardan aşağı olsun ki, orta qiymət gəlib 60 dollardan aşağı düşsün. Bu isə 3-cü rübün sonuna qədər qiymətin proqnozlaşdırılan həddə olması deməkdir".

Ekspertin fikrincə, bu halda, Azərbaycan hökumətinin büdcəyə yenidən baxmasına hər hansı ehtiyac qalmır:"Hökumət onsuz da həmişə büdcə xərcləmələrində ehtiyatlı siyasət yürüdür. Yəni ilin son aylarında qiymət 60 dollardan aşağı olsa belə, büdcə dəyişikliyinə ehtiyac yaranmayacaq. Əgər qiymət enişi uzunmüddətli olsa belə, Azərbaycanın Dövlət Neft Fondu var. Növbəti il üçün büdcə hələ yenicə hazırlanır. Hesab edirəm ki, 55 dollar Azərbaycan hökuməti üçün comfort qiymətdir. Hökumət gələn il üçün neft istehsalı həcmini də nəzərə almaqla rasional büdcə tərtib etməklə çətinliklərin qarşısını ala bilər. Mütləq şərt deyil ki, büdcə xərcləri bu il 24 milyard olubsa, gələn il də o qədər olsun. Bu il bir sıra xərctutumlu layihələr, islahatlar başa çatıb, beş böyük zavod işə salınıb. Bu il dövlət kreditlərlə bağlı SOCAR-a yardım edirdi. Gələn il buna ehtiyac qalmır artıq. Yəni xərcləri optimallaşdırmaqla neftin qiymətinin ucuzlaşması halında belə Azərbaycan vəziyyətdən itkisiz çıxa bilər, yetər ki, hökumət hərtərəfli hesablamalar aparmaqla büdcə tərtib etsin".
(musavat.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2494   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Xaricdən gətirilən avtomobillərin gömrük dəyəri 23% artıb – Yeni qiymət

Bu ilin yanvar ayında Azərbaycana 113 milyon 420 min dolları dəyərində 6 min 191 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub. -un apardığı hesablamaya görə, idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 18 min 320 dollar (31 min 144 manat) olub. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründ

17 fevral
.

Azərbaycan Rusiyaya yumurtanın daha bir partiyasını tədarük edib

Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb. "Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycanda

28 yanvar
.

Ölkədə bahalaşan və ucuzlaşan məhsullar - Siyahı

Cari ilin yanvar ayında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 101,7 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,7 faiz, qeyri-qida məhsulları üzrə 101,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,2 faiz təşkil edib. Dövlət Statistika Komitəsində

13 fevral
.

Azərbaycanda süni brilyantın istehsalı planlaşdırılır

"Süni brilyantdan bir çox sənayedə, tibbi avadanlıqların istehsalında, hərbi sənayedə istifadə olunur. Süni brilyantın istifadəsi və tətbiqi sürətlə artır". APA-nın xəbərinə görə, bunu "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib. O bildirib ki

30 yanvar
.

Vətəndaşların banklara inamı artır: Yeni qaydalar nəticəsini verir - ARAŞDIRMA

Vətəndaşların banklarda milli valyutada olan əmanətlərinin məbləği bir il ərzində 16,3 faiz artıb. Ekspertlər bu rəqəmi kifayət qədər ciddi göstərici hesab edirlər və bunu banklara olan inamın artması kimi səciyyələndirirlər. Mərkəzi Bank xəbər verir ki, əhalinin banklardakı əmanətlərinin məbləği bi

11 fevral
.

Azərbaycan 2023-cü ildə Türkmənistan qazının əsas tədarükçülərindən biri olub

Mərkəzi Asiyada ən çox təbii qaz satan Türkmənistan 2023-cü ildə hasilatını 6,9 %, ixracını isə 12,6 % artırıb. 2023-cü ildə ölkə qazını əsasən Çinə, o cümlədən Rusiya, Azərbaycan və Özbəkistana satıb və ümumilikdə 80,6 milyard kubmetr qaz hasil edib. Bu rəqəmlər Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovu

10 fevral
.

Azərbaycan ən çox bu ölkələrlə ticarət edir

2024-cü ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 131 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 72 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal olunub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Bildirilib ki, 2024-cü ilin yanva

13 mart