Həbs olunan bankirin qurbanları ədalətli məhkəmə gözləyir - yeni fırıldaqları üzə çıxdı

Həbs olunan bankirin qurbanları ədalətli məhkəmə gözləyir - yeni fırıldaqları üzə çıxdı"Günaybank"ın keçmiş əməkdaşı Xalidə Məmmədova həmin bankın keçmiş sədr müavini Emin Zeynalovun qurduğu maliyyə fırıldağının toruna düşdüyünü deyir.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, E.Zeynalovun "Günaybank"a ciddi ziyan vuran on milyonlarla dollarlıq maliyyə maxinasiyaları haqda məlumatlar dərc edilir. Lakin indi belə məlum olur ki, Zeynalov nəinki bankın pullarını talayıb, üstəlik "təmənnasız kömək" adı ilə bir çoxlarını da aldadıb pullarını ələ keçirib.

X.Məmmədova deyir ki, 2017-ci ildə o anasının mənzilini sataraq ailəsi üçün daha geniş və rahat mənzil almaq istəyirdi. Emin Zeynalov bu haqda eşidəndə dərhal öz xidmətlərini təklif edir, deyir ki, atası Zakir Zeynalov tikinti biznesi ilə məşğuldur.

"Emin hamıda səmimi və açıqürəkli adam təsiri bağışlayırdı və mən ona inanaraq biznesmen atası üçün 143700 dollar verdim. Bu vaxt mənim "xeyirxahım" hər cür vədlər verirdi ki, nəinki atası, üstəlik bacısının əri Vüqar da tikinti biznesi ilə məşğuldur. Və mənə, onun yaxın adamının işçisinə ən yaxşı rayonda ən yaxşı mənzil təşkil edəcək. Dedi ki, heç bir ay da keçməyəcək, siz təzə mənzilə köçəcəksiniz",-X.Məmmədova bildirir.

Emin sadəlövh qadında yarana biləcək şübhələrə son qoymaq üçün ona deyir ki, əgər iş ləngisə hər ehtimala qarşı onun əlində Mətbuat prospekti, 35 ünvanında boş mənzil var və istəsə həmin mənzilə "elə bu gün" köçə bilər. Doğrudur, Emin həmin mənzilin "bir qədər baha olduğunu" da deyib. Bir neçə həftə gözləyəndən sonra Məmmədova işin nə yerdə olduğunu soruşur, amma Emin ona "bir az da gözləmək lazım gəldiyini" deyir.

Məmmədova doğrudan da çox gözləməli olmur-tezliklə E.Zeynalovun fırıldaqlarının üstü açılır və o, tələsik ölkədən qaçır. Pullarını ona etibar edən qadın və aldadılan digər şəxslər kimi bu haqda ancaq mətbuatdan xəbər tutur.

"Onun qaçdığını eşidəndə nə edəcəyimi bilmədim. Qərara aldım ki, atasına zəng vurum görüşüb, ondan pullarımı tələb edim. Lakin Zakir Zeynalov əvvəlcə zəngələrimə ümumiyyətlə cavab vermədi, dəstəyi götürəndə isə məni söydü və bildirdi ki, nə oğlu, nə özü mənə heç bir pul borclu deyillər. Sonradan ərimlə mən Eminin qardaşı Fazillə və tanışı Fuadla görüşə bildik. Onlar az qala diz çöküb yalvardılar ki, Emin barədə heç bir şikayət verməyək və tezliklə pulları qaytaracaqlarını dedilər. Mən yenə inandım, amma sonradan aldadıldığımı anladım. Çünki pulu qaytarmadılar",-qadın deyir.

Nəhayət aldadılan qadın polisə şikayət etməklə hədələyir. Lakin bu zaman Eminin anası Leyla Zeynalova ona zəng vurur və bir az da gözləməyi xahiş edir. Həmin vaxt isə artıq Məmmədovanın ailəsində dələduzlara yem edilən pullara görə qalmaqallar başlamışdı. X.Məmmədovanın əri hər şeyin günahını onda görərək ailəni tərk etmişdi. Lakin Xalidə hələ də Eminin anasına ümid edirdi.

"Biz onunla "Qırmızı Şərq-2" qəsəbəsindəki evində görüşdük. Dedim ki, oğlunun başıma açdığı oyuna görə ailəm dağılıb, anam, 1-ci qrup əlil isə evsiz-eşiksiz qalıb. Və Leyla yenə də mənə yalvarıb bir az gözləməyi xahiş etdi, amma tezliklə o da zənglərimə cavab vermədi. Yenidən Zakirə zəng vurmağı qərara aldım, amma bu dəfə də söyüşlər eşitdim. Nəticədə bu ailə haqda KİV-lərə şikayət etməkdən başqa yolum qalmadı. Emin Zeynalovun açıq-aşkar dələduzluqları və ailəsinin mənim problemimlə maraqlanmaqdan imtina etməsi nəticəsində hər şeyimi itirdim-evimi də, ailəmi də. Çox ümid edirəm ki, bizim hüquq-mühafizə orqanları bu işi ədalətli araşdıracaq. E.Zeynalov fırıldaqlarına və maxinasiyalarına görə cəzalandırlacaq , nəhayət mənə vurduğu maddi ziyanı ödəyəcək",-dərdli qadın danışır.

Emin Zeynalov bankda işləyəndə maliyyə piramidası qurub və onlarla adamı aldadıb. Atanın və oğulun əməlləri sayəsində zərərçəkənlərə dəyən ziyan on milyonlarla dollardır. Bu fırıldaqda əsas fiqur isə çoxlarının hesab etdiyi mimi məhz həmin Zakir Zeynalovdur. Bu adam uzun illər ölkənin iri banklarından birinə rəhbərlik edib. İndi isə o pulun köməyi və şantajla oğlunu həbsxanadan çıxarmağa çalışır.

Məlumatlara görə Emin Zeynalov ələ keçirdiyi pullar hesabına özünə Kürdəxanıda yaxşı şərait qurub, kamerasında telefon, internet var. Yaxınlarını əmin edir ki, tezliklə azadlığa çıxacaq.

E.Zeynalov həm də "Xəzər" futbol klubunun bossu olub. Onun adı rəsmən heç yerdə keçmir, amma klubun işi ilə tanış olan adamlar deyir ki, o təkcə bir mövsümdə transferlərə və oyunçulara 1 milyon manatdan çox pul xərcləyib. Bu da Birinci liqanın ölçülərinə görə yaxşı puldur.

Çoxları Emini dindar adam kimi də tanıyıb. Qurbanların çoxu da məhz dindarlığına görə onun dediklərinə inanıb, iri məbləğdə pullarını veriblər.

E.Zeynalovun fırıldaqlarının bütün qurbanları ədalətli məhkəmə gözləyir. Lakin onun atası hələ də öz işindədir-natəmiz yollarla əldə etdiyi pulları yaşayış binalarının və digər binaların tikintisinə yatırır. Hazırda o, Mətbuat prospektində və Ağ şəhərdə bir neçə bina tikir. Deyilənə görə Zakir Zeynalov payçılara artıq bir neçə yüz min manat borclu qalıb. Ən təəcüblüsü isə budur ki, adam həm də UNEC-də müəllimdir. Görünür bu adam tələbələrinə vaxtilə oğluna öyrətdiyi kimi insanları necə tora salmaq yollarını öyrədir...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1751   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Qaxda meşəlik ərazidə yanğın BAŞLADI

Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri

25 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

DİN və DSX birgə ƏMƏLİYYAT KEÇİRDİ: İki qardaş saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən 2 ədəd nömrəsi silinmi

4 sentyabr 2021