Avtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTO

Avtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOOnun zərif çiyinlərində bu dünyanın ikiqat yükü var. Taleyinə həm qadın ömrünün yükünü çəkmək düşüb, həm də bu ömrün halal çörəyini kişi əməy ilə qazanmaq.

Sonxeber.az Bizimyol.info-ya istinadən xəbər verir ki, sizə tanıtmaq istədiyim bu zərif və güclü qadın Nüşabə Şərifovadır. Özünə hər qadının cəsarət edə bilməyəcəyi, bəzən elə hər kişinin də bacarmadığı bir peşəni seçib. Maşın ustasıdır, təmirçidir, avtoservisdə işləyir. Onu hər kəs fərqli yönlərdən tanıyır. Mənim üçün şən, dəlisov, ipə-sapa sığmayan, həyat dolu bir qadındır. Olduğu şənliklərin, məclislərin bəzəyidir. Qol qaldırıb rəqsə başladımı hamı tamaşasına dayanr. Elə gözəl, elə sürətli və elə düzgün rəqs edir ki, alıqışlamamaq, heyran olmamaq mümkün deyil. İş yerində isə bir çoxları üçün qaşqabaqlı,özü demiş "üzündən zəhər yağan" bir qadına çevrilir. Ona görə yox ki, xarakteri budur, sadəcə ona görə ki, bizim cəmiyyətimizdə gülərüzlü qadın olmaq asan deyil. Onu hər görəndə yadıma türk filmlərindəki "Şöför Nəbahat" obrazı düşür.

Qadın maşın ustası 1

– Nüşabə, hardan ağlına gəldi ki, maşın ustası olasan?

Avtomobilim var idi, təmir üçün ora-bura aparırdım, nəticələrdən də narazı qalırdım. Düşündüm ki, niyə öz maşınımı özüm düzəltməyim. Beləcə də başladım.

– Bildiyimə görə, ali təhsilin bu ixtisas üzrə deyil.

– Bəli, tibb üzrə oxumuşdum. Görünür bu mənim taleyim imiş. Döşəmə örtüklərinin satışı ilə də məşğul olmuşam. Bundan əlavə qadın sənətim də var. Moskvada dırnaq qaynaq edilməsi üzrə xüsusi kurs keçmişəm, diplomum var, lakin məşğul olmadım.

– Avtomobil təmirçisi olmaq , bu işdə davam etmək sənətini sevdiyin üçündür, yoxsa ?

– Həm sevdiyim üçündür, həm də çörəyimi burdan çıxarıram.

– Qazancın necədir?

– Dolanmaq olur. Bəzən o qədər iş olur gözümüz açılmır, bəzən də boşluq yaranır. Şikayətçi deyiləm.

– Kişi kollektivində kişilər arasında işləyirsən. Çətin deyil?

– Yox, kişilərlə işləmək daha asandır. Bir az xarakterimə də uyğundur əslində.

– Bəs kişi müştərilər çoxdur ya qadınlar?

– Kişi mütərilər çoxluq təşkil edir, çünki qadınlar avtomobili daha səliqəli və ehtiyatla idarə edirlər.

– Avtomobil təmirçisi olacam dedin. Ailən demirmi çətin işdir, qadın sənətindən yapış?

– Yox, əksinə işimlə mən də fəxr edirəm, onlar da.

– Gözəl qadınsan.Avtoservislərə də əsasən kişilər gəlirlər.İltifat edənlər, bəlkə eşq elan edənlər də olur.

– Yox, mən işdə o şəraiti yaratmıram ki, kimsə artıq-əskik söz desin. Üz gözümdən zəhrimar yağır iş görəndə.

Qadın maşın ustası 2

– İş yoldaşlarınla münasibətləriniz hansı şəkildədir. Sənə hansısa güzəştlər olurmu?

– Mən onlardan biriyəm, fərq qoymuruq, bir süfrə arxasında deyib- güldüyümüz də olur, işə görə mübahisə etdiyimiz də.

– Bir şansın da olsaydı, yenidən bu yolu seçərdin yoxsa daha rahat, daha yaxşı bir peşə?

– Mənim üçün qadın və ya kişi sənəti deyə bir ayrım yoxdur. Yenidən şansım olsa yenə işimə davam edərdim. Peşman deyiləm.
Avtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOAvtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOAvtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOAvtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTOAvtomobil ustası işləyən qadın: "Üzümdən zəhrimar tökülür" – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2793   Tarix: 09 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel