SOS - Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq

SOS - Altsheymer xəstələrinin sayı iki dəfə artaraq, 82 milyon nəfərə çatacaqDemensiya xəstələrinə qulluq etməyə və onların müalicəsinə sərf olunan illik xərclər trilyon dollara bərabərdir. Bu, yerdə qalan bütün əczaçılıq vasitələrinə ümumilikdə sərf olunan qlobal xərclərdən çoxdur.

Sonxeber.az bildirir ki, medicina.az bu barədə BMT-nin Xəbərlər Mərkəzinə istinadla xəbər verir. Əhalinin qocalması ilə bağlı bu xəstəliyin müalicəsinə innovasiyalı yanaşma bəşəriyyətin aktual məsələlərindən birinə çevrilir. Ekspertlər hökumətlərə demensiyaya qalib gələ biləcək bir sıra tədbirlər təklif edirlər.

Dünya Səhiyyə Təşkilatının son hesabatında bu xəstəliyin böyük sosial əhəmiyyət kəsb edən intellektual xüsusiyyətlərinə ayrıca fəsil həsr olunub. Demensiyanın ağır növlərindən biri olan Altsheymer xəstələrinin sayı son 10 ildə iki dəfə artaraq, 82 milyon nəfərə çatacaq. Əsrin ortalarınadək isə bu rəqəm 3 dəfə arta bilər.

Dünyanın hər yerində əczaçılıq şirkətləri bu xəstəliyin ən azı başlanğıcını ləngidə bilən dərmanlar hazırlamağa cəhd edirlər. Hesablanıb ki, xəstəliyin əlamətləri hətta bir il ləngidilərsə, o zaman 2050-ci ilədək Altsheymer xəstələrinin sayının 9 milyon azaldılmasına müvəffəq oluna bilər.

Altsheymer xəstəliyi xroniki, irəliləyən xəstəlikdir. Bir qayda olaraq, bu xəstəliyə yaşı 65-dən yuxarı insanlar tutulur. Erkən əlamətlərinə yaddaşın və təfəkkür qabiliyyətinin korlanması daxildir ki, bunları da pasiyentlər özləri hiss edirlər. Daha sonra koqnitiv problemlər və davranışda dəyişikliklər baş verir. Nəticədə bunlar əlilliyə gətirib çıxarır: insanlar müstəqil olaraq özlərinə qulluq edə bilmir və əksər hallarda yaşlılar üçün bahalı olan qocalar evinə köçməyə məcbur olurlar. Bu gün 50 milyon demensiyalı insan yaşayır. Qeyd olunduğu kimi onların sayı yaxın onillikdə daha da artacaq.

Beyində dəyişikliklər hələ ilk kliniki əlamətlərin əmələ gəlməsindən, yaddaşın korlanmasından 10-20 il əvvəl müşahidə olunur. Alimlər mikroskop altında müəyyən molekulyar xüsusiyyətləri müşahidə edə bilərlər. Bu xüsusiyyətlər patoloji proseslərin əlamətləri və xəstəliyin sələfləridir.

Hazırda birbaşa bir neçə dərman sınaqdan keçirilir. Alimlər ehtimal edirlər ki, Altsheymer xəstəliyini və ya demensiyanın digər növünü sağaltmağa yeganə dərman preparatı mövcud deyil. Bu, daha çox İnsanın İmmunçatışmazlığı Virusunun müalicəsində tətbiq olunduğu kimi kompleks müalicə şəklində olacaq.

Mütəxəssislər daha çox pasiyentin yeni bahalı dərmanlar almalarından ötrü hökumətləri sosial yardımla təmin etməyə çağırırlar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2091   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

15 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021