PEDİATR: "Uşaq kökdürsə, sağlamdır" fikri yanlışdır"

PEDİATR: "Uşaq kökdürsə, sağlamdır" fikri yanlışdır"Son illərdə dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da əksər uşaqlarda artıq çəki, piylənmə müşahidə olunmaqdadır. Artıq çox az halda arıq uşaq görmək mümkündür. Bəzən valideynlər köklüyün yanlış olaraq uşağın daha sağlam olduğunu və bu səbəbdən də yaxşı qidalandığını düşünür. Mütəxəssislər isə qeyd edir ki, bu tamamilə yanlış fikirdir. Çünki şişmanlıq bəzən hansısa xəstəliyin əlaməti və yaxud ona yol aça biləcək səbəbdir.

Pediatr Vaqif Qarayev uşaqlarda şişmanlığın artmasının səbəblərindən danışdı və önləyici məsləhətləri verdi.

Bəs uşaqlarda şişmanlığın artmasının səbəbləri hansılardır? Sonxeber.az bildirir ki, mövzu ilə bağlı həkim-pediatr Vaqif Qarayev "Yeni Müsavat"a danışdı. Vaqif Qarayev də "Uşaq kökdürsə, deməli, sağlamdır" fikrinin yanlış olduğunu bildirdi: "Bu doğrudur ki, son vaxtlarda uşaqlarda şişmanlığa meyllilik artmaqdadır. Köklüyün ciddi səbəbləri var. Qalxanvari vəzin bəzi hormonları var ki, həmin hormonlarda dəyişiklik baş verəndə köklüyə səbəb olur, hətta ciddi bir xəstəlik də yarana bilir. Digər səbəb hipodinamiya, yəni hərəkətsizlikdir. Bir çox hallarda valideynlər uşaqlarını həyətə oynamağa buraxmır ki, pis tərbiyəli uşaqlara qoşular və sairə. Beləliklə də uşaq bütün günü evdə ya kompüterin qarşısında, ya da mobil telefonda keçirir. İkinci əsas səbəb düzgün qidalanmamaqdır. Tez-tez şahidi oluruq ki, uşaqlar hər gün eyni yeməkləri, xüsusən də şirniyyatı bol olan qidaları yeyir. Ümumiyyətlə, şirniyyat həm böyüklər, həm də kiçiklər üçün bir bəladır. Bəzən valideynlərin özləri şirniyyata o qədər meylli olur ki, hər gün tort və yaxud müxtəlif kekslər bişirir və təbii ki, onunla bərabər uşağı da həmin şirniyyatdan qəbul edir. Elə bir uşaq tapmaq çətindir ki, şirniyyatı sevməsin. Lakin hər gün şirniyyatdan istifadə etmək düzgün deyil".

Tanınmış pediatr başqa bir səbəb qismində günümüzün bəlasına çevrilən "fast-food" yeməklərini görür: "Artıq Avropanın bir çox yerlərində bu yeməklərin istehsalı və istehlakı qadağan edilib. Çünki bu cür qidalar insan orqanizmi üçün kifayət qədər zərərlidir. Onun tərkibindəki karbohidratlar, yağlar, zülalların nədən hazırlandığı bilinmir. Təsəvvür edin, ev şəraitində kartof qızartmaq təxminən 20-25 dəqiqəyə başa gəlirsə, "kartof-fri" təxminən 5 dəqiqəyə hazırlanır. Deməli, onun tərkibində olanların orqanizm üçün zərrə qədər də faydası yoxdur".

Vaqif Qarayev "fast-food" qidalarının onkoloji xəstəliklərə səbəb olduğunu da dedi: "Son vaxtlar həm də uşaqlar arasında onkoloji xəstəliklərin yaranmasının sayı artır. Bu dəhşətdir ki, artıq bizdə uşaq onkoloji şöbəsi var. Əvvəllər "fast-food"un zərəri barədə tez-tez sosial şəbəkədə qeydlər bildirirdim. Lakin valideynlər üzərimə gəlirdi ki, "həftədə az qala 4-5 dəfə uşağa "fast-food" verir, amma uşağı sağlam və kökdür". Biz sanki surətpərəst millətik, istəyirik ki, uşağımız kök, boy- buxunlu olsun. Amma uşağın kök və yaxud arıq olması sağlamlığın parametri ola bilməz. Məsələn, çoxlu sayda kök uşaqlar var ki, vaxtaşırı tez-tez qripə yoluxur, xəstələnir. Amma elə arıq uşaqlar da var ki, onlar ciddi epidemiya olmayanda qripə yoluxmur. Yəni kök olmaq o demək deyil ki, o uşaq heç vaxt xəstələnmir. Əksinə, mədə-bağırsağı zədələyən qidalar köklük yaradır, bu da hələ ki sağlam olmaq demək deyil. Digər səbəblərdən biri qazlı, rəngli içkilərdir, hansı ki, onların tərkibində orqanizmə ziyan verən qlükozalar, karbohidartlar var, hansı ki, mədəaltı vəzi zədələyir. Məsələn, "Coca-cola", "Pepsi" içkilərini filtrasiya edəndə görə bilərsiniz ki, filtr kağızında nələr qalır".

Vaqif Qarayev uşaqların sağlam böyüməsi üçün bir neçə tövsiyələrini də bildirdi: "Xüsusən də yay mövsümündə şahidi oluruq ki, istənilən yaşda olan uşaqların əlində rəngli içkilər var. Bu, yolverilməzdir. Doğrudur, uşaqları bunlardan birdəfəlik məhrum etmək də olmur. Çünki uşaq bu cür içkiləri məktəbdə, mağazada, ictimaiyyətdə görür və istəyir. Uşağa bunun ziyanı barədə deyilməli və mümkün qədər uzaq tutmaq lazımdır. Çalışmaq lazımdır ki, uşaq menyusunda şirniyyat az olsun, bu mütləqdir. Uşaqları 3 yaşından sonra idmana, üzgüçülüyə, gimnastikaya cəlb etmək lazımdır. Uşaq əgər köklüyə meyllidirsə, qalxanvari vəzdəki hormonlar yoxlanılmalıdır. Ümumiyyətlə, uşaqlar ildə azı bir dəfə profilaktik müayinədən keçməlidir. Çünki hansısa xəstəlik artıq yarandıqda onun qarşısını almaq bəzən çətinləşir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2666   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər. Bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, təcrübələr sübut edib ki, təkli

7 mart
.

Cücərmiş kartofu atmayın - Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Məlum olub ki, atılan bu kartoflar o qədər faydalı olublar ki, sözün əsl mənasında çəkisi qızıla bərabərdir. Bu üsulu öyrəndikdə

24 mart
.

Bir çox xəstəliyi müalicə edən MASAJ

İnsan orqanizmində 12 cüt kəllə-beyin mərkəzləri var, onlardan 5-i ağız boşluğunda yerləşir. Bu nöqtələrdə masaj xidməti sağlamlığa çox müsbət təsir göstərir. xəbər verir ki, isti dəsmalla masaj etmək limfalarda qan dövranını yaxşılaşdırır, bioloji aktiv nöqtələri stimullaşdırır, dişlərin ağız və selikl

24 mart
.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart