Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edibQafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Qurban Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

"Report" QMİ-yə istinadən təbrik mətnini təqdim edir:

"Bismillahir-rəhmanir-rəhim!


Əziz müsəlman bacı və qardaşlarım, möhtərəm həmvətənlərim!

Dünya müsəlmanlarının ən şərafətli bayramlarından olan mübarək Qurban bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah rizası üçün edilən dua və ibadətlərimizin, qurbanlarımızın Haqq dərgahında qəbul olunmasını diləyirəm.

İslam Aləminin ən əziz və müqəddəs günlərindən biri - Eydül-Əzha -- Qurban bayramı Peygəmbər Həzrət İbrahim əleyhissəlam yadigarı olaraq Uca Allah tərəfindən müsəlman ümmətinin böyük sevinc və fərəh məqamı kimi qərar verilmişdir. Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

Bu münəvvər gündə müstəqilliyimiz uğrunda, Vətən yolunda şəhid olmuş oğul və qızlarımızın ruhlarına rəhmət diləyirik. Bütün dualarımiz Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifahı üçündür. Bizim ən böyük arzumuz və duamız əzəli Azərbaycan torpağı olan doğma Qarabağımızın azadlığıdır.

İslami dəyərlərə sahib duran, diqqətini əsirgəməyən dövlətimizin qayğısı sayəsində bizə bu mübarək məqamı layiqli şəkildə bayram etmək səadəti nəsib olmuşdur. Bu əziz gündə dualar edən Azərbaycan müsəlmanları Ulu Öndər Heydər Əliyev həzrətlərinin ruhu ücün rəhmət diləyir, onun müdrik yolunun davamçısı Prezident İlham Əliyevin müstəqilliyimizi qorumaq, xalqımızı daha böyük uğurlara doğru aparmaq, Azərbaycanın haqq işinin zəfər çalması, əzəli torpaqlarımıza Böyük Qayıdışımız yolunda dəyərli fəaliyyətinə, dövlətimizin beynəlxalq müstəvidə uğurlarının artması, rifahımızın daha da yüksəldilməsi istiqamətində islahatlarına rəvac verməsini Uca Allahdan arzulayırlar.

Valideynlər, doğmalarla yanaşı kimsəziz və maddi-mənəvi ehtiyacı olan soydaşlarımıza bu mübarək bayramı hamı ilə birgə könül xoşluğu ilə keçirmək imkanı yaratmaq, sevincini onlarla paylaşmaq Allaha xoş gedən savab əməllərdəndir.

Bu əziz, mübarək günlərdə Azərbaycan xalqına xeyir-dualarımı yetirir, Uca Allahın Nəzərinin üzərimizdə hər zaman bərqərar olmasını diləyirəm. Qoy həmvətənlərimin evlərində səadət, əmin-amanlıq hökm sürsün, ruziləri bol, imanları kamil olsun! Qoy müsəlman ümmətinin böyük sevinc bayramı olan Qurban bayramında Allah-Təala ibadət və dualarımızı qəbul etsin! Amin!

Vəs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu!
".


Sonxeber.az Telegramda izləyin
Sosial   Baxılıb: 1417   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Ağır xəstəlikdən dünyasını dəyişən 18 yaşlı I kurs tələbəsinin FOTOLARI

Xəbər verdiyimiz kimi, bir il bundan öncə I kurs tələbəsi, 18 yaşlı Əliyev Saleh vəfat edib.. . Sonxeber.az xəbər verir ki, o, ağır xəstəlikdən dünyasını dəyişib.. . Məlumatda bildirilir ki, Saleh üç bacının tək qardaşı olub.. . Vəfat edən 18 yaşlı tələbənin fotolarını təqdim edirik:. . Leyla. . .

10 avqust 2019

Azərbaycanlı aktyordan İNANILMAZ SÖZLƏR: "Üzünüzə deməsələr də, cəmdəyinizə..." - VİDEO

"Siz rejissor deyilsiniz! Fəhlə də deyilsiniz. Fəhlə şərəfli sənətdir. Siz fəhlə rejissor sistemi quran, prodakşınların qulusunuz qulu! 1 illik layihəni 6 aya tamamlamaq igidlik deyil".. . Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri rejissor və aktyor Səmimi Fərhad feysbukd

10 avqust 2019

Qurban bayramında bu xidmət PULSUZ olacaq

Qurban bayramı ilə əlaqədar müəyyən edilmiş heyvan satışı və kəsimi yerlərində dezinfeksiya tədbirləri ödənişsiz aparılacaq.. . Kənd Təsərrüfatı Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Nazirlik yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) mütəxəssisləri tərəfindən Qurban bayramı ilə əlaqəda

10 avqust 2019

Avqustda sentyabr havasının müşahidə edilməsinin səbəbi

Bu gün də daxil olmaqla, son 3 gün ərzində Bakıda və Abşeron yarımadasında sentyabrın birinci ongünlüyü üçün səciyyəvi olan hava şəraiti müşahidə edilib.. "Ölkə.Az" xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiy

10 avqust 2019

ŞAD XƏBƏR: Bu işçilərin maaşları 40 faiz artırıldı - SİYAHI

Azərbaycanda İşçilərin əmək haqları Vahid Tarif Cədvəli əsasında ödənilən sahələr açıqlanıb.. . Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a verilən məlumatda bildirilir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəl

10 avqust 2019

Qəzaya uğrayan təyyarəmizin İLK FOTOLARI

İyulun 24-də saat 22 radələrində Xəzər dənizinə düşən hərbi təyyarəmizin qalıqlarının fotoları yayımlanıb.. . Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi görüntülər paylaşıb. . . Məlumatda bildirilib ki, qalıqlar Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən tapılıb

9 avqust 2019

Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!

Avqustun 11-də yenidən güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir, hava sərin keçəcək.. . Sonxeber.az xəbər verir ki, bunu ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.. . Onun sözlərinə görə, havanın temperaturu iqlim normasından 2-4 dərəcə aşağıdır. Saba

9 avqust 2019

Azərbaycanda bu şəxsə yüksək vəzifə verildi – Yeni TƏYİNATLAR

"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyevin əmrləri ilə qurumda bir sıra kadr dəyişiklikləri aparılıb.. . Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.. . Belə ki, birliyin Xaçmaz Regional Qaz İstismarı İdarəsini

9 avqust 2019

Vasif Talıbovdan SƏRƏNCAM

Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.. . Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.. . Sərəncama əsasən, Elvin Məmmədov Ordubad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib. (APA)

9 avqust 2019