Bakının dəstəyi ilə Batumi regionun Hub-ı olmaq istəyir - ARAŞDIRMA

Bakının dəstəyi ilə Batumi regionun Hub-ı olmaq istəyir - ARAŞDIRMAAzərbaycanın tranzit və ixracatçı ölkə kimi əhəmiyyətini daha da artıracaq

Son illər həyata keçirilən infrastruktur layihələri Gürcüstanın 3-cü böyük şəhəri olan Batumi Cənubi Qafqaz regionunda hub olmaqda iddialı olduğunu bir daha göstərir. Qara dənizin sahilində yerləşən şəhər son illər turizm imkanları ilə yanaşı azad ticarət, investisiya və nəqliyyat imkanlarını da təqdim etməkdə davam edir. Acariya Avtonom Respublikasının rəhbəri Tornike Rijhvadze də öz açıqlamasında rəhbərlik etdiyi regionun nəqliyyat hub-ına çevrilməkdə maraqlı olduğunu qeyd edib.

Batumini loqistika və nəqliyyat dəhlizinə çevirəcək layihələrdən biri də Batumi dəniz limanında mineral gübrələrin saxlanması və tranziti üçün nəzərdə tutulmuş terminalın tikilməsi ilə bağlı layihədir. Bu terminal 2019-cu ilin yanvarında ABŞ-ın "Trammo" şirkəti ilə Böyük Britaniyanın "Wondernet Express LLP" şirkəti arasında əldə edilən anlaşma əsasında tikiləcək. Dünyanın ən böyük nəşrlərindən olan "Forbes" bunu "ambisiyalı tikinti layihəsi" kimi qələmə verib.

Bu işdə Batuminin əsas dəstəkçisi Bakı olacaq

Əvvəlcə deyək ki, "Trammo, Inc." şirkəti ABŞ-ın ən qocaman şirkətlərindən biridir və 1965-ci ildə yaradılan hazırda 450 əməkdaşı var. "Forbes"in 2011-ci ildə hazırladığı "ABŞ-ın 500 özəl şirkəti" siyahısında 34-cü yerdə qərarlaşıb.

"Forbes" hesab edir ki, bu əməkdaşlıq sazişi Gürcüstan üçün əhəmiyyətlidir və Avropadan olan investorların regiona fokuslanması üçün əsas imkan yaradır. Bu Batumi limanının dövriyyə imkanlarını artırmaqla yanaşı Mərkəzi Asiya ilə Xəzər dənizi vasitəsi ilə mineral gübrə ticarətinin artmasına imkan verəcək. Bəzi Qərb ekspertləri hesab edir ki, Avropa ilə Asiyanı birləşdirəcək bu ticarət yolu "Yeni İpək Yolu"dur. Təbii ki, burada əsas rolu Bakı oynayacaq. Belə ki, Azərbaycanda Batumi limanına qədər olan hissənin daşınması işləri dəmiryolu vasitəsi ilə həyata keçiriləcək. Bu isə bir müddət öncə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin əhəmiyyətini artırır. Həmçinin Asiyadan gələcək və yaxud Asiya gedəcək yüklərin qəbul edilib yola salınmasında Bakı Dəniz Limanı da əhəmiyyətli rol oynayacaq

Digər tərəfdən də nəzərə almaq lazımdır ki, Azərbaycan özü də gübrə istehsalçısıdır. Belə ki, 2016-cı ilin yanvarın 16-da istifadəyə verilən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin ərazisində inşa edilmiş "SOCAR Karbamid" zavodunun illik istehsal gücü 650-660 min tondur.

İlkin hesablamalara görə, zavodun istehsal etdiyi gübrənin 30%-ə qədəri daxili tələbatı ödəməyə, qalan 70%-lik hissəsi isə ixraca yönəldilməlidir. Hesablıamalar onu göstərir ki, Karbamid gübrəsinin ixracından əldə gəlirlər illik 160 mln. ABŞ dollarına bərabər olacaq.

Artıq BTQ və dəniz nəqliyyatı vasitəsi ilə karbamid gübrəsi Türkiyəyə ixracı həyata keçirilib. Əgər Batumidəki layihə də uğurla reallaşarsa Azərbaycanın qeyri-neft sektorunda reallaşdırılan ən iri layihəsi olan "SOCAR Karbamid"in məhsulu bu terminal vasitəsi ilə də Avropa bazarlarına da çıxarıla bilər.

Bütün bunlar isə Azərbaycanın tranzit və ixracatçı ölkə kimi əhəmiyyətini daha da artıracaq və büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun payının çoxalmasına səbəb olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1458   Tarix: 10 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel