Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır - İlahiyyatçıdan SƏRT TƏNQİD

Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır - İlahiyyatçıdan SƏRT TƏNQİDAzərbaycanda Qurban bayramında rast gəlinən qəribə maraqlı məqamlardan biri də qurbanlıq heyvanlara, xüsusən də qoyun və qoçlara bəzəkli "paltarlar"ın geyindirilməsidir. Bu hal, əsasən, nişanlı qızlara bayram payı apararkən müşahidə olunur.

Qurbanlıq heyvanı bu cür bəzəmək dini nöqteyi-nəzərdən doğrudurmu?

İlahiyyatçı-alim Hacı Surxay Oxu.Az-a bildirib ki, dinimizdə bu cür bəzəkli geyimlərdə qurban payı aparmaq məqbul hesab edilmir.

Onun sözlərinə görə, qurbanlıq heyvanın boynuna boyunbağı, əyninə paltar, başına fata taxmaq günahdır:

"Bəzən heyvanı gəlin evinə, qohum evinə aparanda müxtəlif geyimlər geyindirib boynundan çoxlu aksesuar asırlar. Bu, məqbul deyil. Dinimizdə belə bir göstəriş yoxdur, İsmayıl qurbanını belə bəzəmək olmaz. Sadəcə subyektiv fikir olaraq onu da deyim ki, əgər bir insan bu gün sırf heyvana geyindirdiyi paltara, aksesuarlara verdiyi pulu hesablasa, kifayət qədər məbləğ edir. Yaxşı olardı ki, o pula qurbanlıq heyvan üçün deyil, ehtiyacı olan insanlara geyim, ya da bəzək əşyaları alınsın. Onda Allah da insanın əməlini, niyyətini qəbul edər. Bayram günündə heyvanların bu cür bəzədilməsi dini, milli adət-ənənələrimizə ziddir".

Hacı Surxay bayram günü qurbanlıq heyvan alan şəxslərin bir neçə məqama diqqət etməli olduğunu da vurğulayıb:

"Şəriət baxımından qurbanlıq qoyun, keçinin yaşı 6 aydan yuxarı, inək 2 ildən, dəvə isə 5 ildən yuxarı olmalıdır. Əks halda digər heyvanları qurbanlıq kimi seçmək olmaz. Bundan başqa, buynuzu, gözləri, bədənində nöqsan olmamalıdır.

Qurbanlıq kəsən zaman üzü qibləyə tutulmalıdır, duası oxunmalıdır. Bəzən qəssablar heyvanın gözünün qarşısında bıçağı oynadıb ona işgəncə verirlər. Belə hərəkət qətiyyən olmaz, günahdır. Heyvanın gözü qarşısında başqa heyvanı kəsmək olmaz. Kəsməzdən əvvəl heyvana su verilməlidir.

Bütün bunlar şəriət qaydalarıdır və qurbanlıq heyvan da bu qaydalara uyğun olaraq kəsilməlidir. Qurban payları da göstəriş xətrinə deyil, gizli şəkildə paylanmalıdır ki, Allah tərəfindən qəbul edilsin".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1612   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

BDU-nun tələbəsi intihar etdi - FOTO

Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksindəki mənzillərdən birində kirayədə qalan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onu

19 aprel
.

Qətl törədən azərbaycanlının evindən görün nələr TAPILDI? milyonlarla pul...

Rusiyanın Moskva şəhərində azərbaycanlı gənc Şahin Abbasovun qətl törətməsi barədə xəbər vermişdik. Rusiya mediasına istinadla bildirir ki, müstəntiqlər dayanacaq üstündə moskvalı öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Şahin Abbassovun mənzilindən 44 milyon rubldan çox, həmçinin 300 min dolla

19 aprel
.

Azərbaycanda bu qadınlar pensiyaya daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Türkiyədə güclü zəlzələ baş verdi (YENİLƏNİB)

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda 5,6 maqnitudalı zəlzələ baş verib. Qaynarinfo xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Qeyd olunub ki, zəlzələ yerli vaxtla 18:11-də, 5,99 km dərinlikdə qeydə alınıb. 22:15. Zəlzələ nəticəsində bir sıra binalara ciddi ziyan dəyib. "Report"

19 aprel