Azərbaycanlı nüfuzlu şəxs FACİƏVİ şəkildə həlak oldu - FOTO

Azərbaycanlı nüfuzlu şəxs FACİƏVİ şəkildə həlak oldu - FOTORusiyanın Kalininqrad vilayətinin cənubunda bazar günü avqustun 11-də səhər saatlarında baş vermiş avtomobil qəzası zamanı nüfuzlu azərbaycanlı həkim həlak olub.

Sonxeber.az virtualaz.org-a istinadən xəbər verir ki, "Komsomolskaya Pravda" nəşrinin məlumatına görə, 63 yaşlı otorinolarinqoloq Tengiz Hüseynağa oğlu Axundovun idarə etdiyi "Folksvagen Polo" avtomobili idarəetmədən çıxaraq qarşı hərəkət zolağına keçib və eyni markadan olan digər avtomobillə toqquşub.

İlkin məlumatlarda qəzanın avtomobilin təkərinin partlaması nəticəsində baş verdiyi bildirilsə də vilayət Daxili İşlər İdarəsindən dəqiqləşdiriblər ki, "Folksvagen" sürücüsü idarəetməni itirib və avtomobil qarşı hərəkət zolağına keçib. Hadisə zamanı Axundovun yanında onun oğlu da olub, amma heç bir xəsarət almayıb. Zərbə avtomobilin sürücü oturan hissəsinə dəyib və doktor Axundov başından ciddi xəsarət alıb.
Tengiz Axundov uzun illər Kalininqrad Mərkəzi Klinikasında işləyib. Onun ölümü haqda ilk məlumatı Kalininqradın Həkimlər Palatasının şurası yayıb. Həmkarları deyirlər ki, Axundov 30 ilə yaxındır Kalininqrad Mərkəzi Klinikasında işləyirdi və hamının hörmətini qazanmışdı. Onun böyük ailəsi olub, iki qızı məktəbi qızıl medalla bitirib.

Axundovun pasiyentləri də çoxsaylı internet forumlarda onun faciəli ölümündən kədərləndiklərini ifadə ediblər.

"Çox yaxşı həkim həlak oldu! Ötən cümə günü məni əməliyyat etmişdi. Bütün xəstəxana yasa batıb. Allah ona rəhmət eləsin",-Viktoriya L. adlı pasiyent yazır.

"Əla həkim idi, təcrübəli, savadlı, hərdən sərt olurdu, amma həkim kimi çox yaxşı idi. Çox sağ ol, Tengiz Hüseynoviç!",-bu isə digər pasiyentin fikirləridir.

Kalininqrad vilayətinin Səhiyyə Nazirliyi də həkimin həlak olmasına görə onun ailə üzvlərinə başsağlığı verib. "Bizim hamımız üçün, tibb cameəsi üçün bu dəhşətli faciədir. Tengiz Hüseynoviç Kalininqrad Mərkəzi Klinikasının ən təcrübəli həkimlərindən biri idi, 30 ildir həkim-otorrinolarinqoloq işləyirdi. Çox savadlı və ixtisaslı həkim idi, şişirtmədən deyə bilərik ki, Allah tərəfindən göndərilmişdi. Gənclər onunla işləməyə can atırdı, pasiyentlər həmişə onun yüksək peşəkarlığını, həssaslığını və diqqətli olmasını qeyd edirdi",-nazirlikdən deyiblər.
Qəzet yazır ki, Tengiz Axundovu vətənində dəfn edəcəklər. Bu gün avqustun 13-də onun cənazəsi təyyarə ilə Azərbaycana yola salınacaq.
Azərbaycanlı nüfuzlu şəxs FACİƏVİ şəkildə həlak oldu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 7936   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tiflisdə partlayışda polis əməkdaşı da öldü

Tiflisin İsan rayonundakı Boçorma küçəsində yerləşən "Battleground" atış mərkəzində partlayış nəticəsində ölənlərdən biri polis əməkdaşıdır. -a istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, yaralılar arasında da 2 nəfər DİN əməkdaşı var. Qeyd edək ki, parlayı

7 aprel
.

Tiktoker Ləman Vəliyeva saxlanılıb?

Tiktoker Ləman Vəliyevanın saxlanılması ilə bağlı yayılan iddialar həqiqət deyil. -ın əldə etdiyi məlumata görə, Ləman azadlıqdadır. Qeyd edək ki, bu barədə bəzi saytlarda və sosial şəbəkələrdə məlumatlar yayılıb. Onun sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-eti

11 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib

Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən -a bildirilib. Vurğulanıb ki, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər uşağın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub

13 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Balakəndə toyda KÜTLƏVİ DAVA: Saxlanılanlar var

Balakəndə toyda kütləvi dava olub. -ın əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində yerləşən şadlıq evində qeydə alınıb. Məclisə yığışan bir qrup gənc arasında söyüş üstündə mübahisə düşüb. Mübahisə sonradan davaya keçib. Toydan çıxan gənclər davanı başqa yerdə davam elətdiriblər. Nəticədə 1990-c

17 aprel
.

Ağcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO

Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri

14 aprel
.

Gəncədə bazarda yanğın olub

Gəncədə bazarda yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, bazar ərazisində ümumi sahəsi 150 kvadratmetr olan talvarın taxta atmaları 25 kvadratmetr sahədə, piştaxta 40 kvadratmetr sahədə və üç ədəd soyuducu qismən yanıb. Bazarın qala

14 aprel
.

Daha bir məhkum Bakı həbsxanasında öldü

Bakıda daha bir məhkum həbsxanada ölüb.  xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində baş verib. Burada cəza çəkən Nəcəfov Elşən Nəcəf oğlu dünyasını dəyişib. Onun xəstəlik səbəbilə öldüyü bildirilir

11 aprel