"Bağırsaq qripi" nədir?

"Bağırsaq qripi" nədir?Bağırsaq qripi, çirkli əllərin xəstəliyi də adlandırılır. Bu yoluxucu xəstəlik çox vaxt uşaqlar tərəfindən "gətirilir" və bir neçə gün ərzində bütün ailənin düzəni pozulur. Xüsusilə bağırsaq infeksiyalarının artması meyvələrin yetişmə mövsümünə təsadüf edir. Ürəkbulanma, qusma və ishalın yaranması keyfiyyətini itirmiş qidaların qəbulu ilə əlaqələndirilir, sanki ailənin bütün üzvləri "yanlış bir şey yeyiblər" kimi fikir formalaşır. Bir çox insan bağırsaq problemləri üzündən istirahətlərinin pozulmasından şikayət edir.

Bağırsaq qripini törədən nədir və yoluxma necə baş verir? Bağırsaq qripini antibiotiklərlə müalicə etmək cəhdləri nəticə vermir. Çünki bağırsaq qripinə səbəb rotaviruslardır: bütün virus infeksiyalarında olduğu kimi, bu vəziyyətdə də antibakterial dərmanlar faydasızdır. Simptomların başlanmasından sonra on gün ərzində virus nəcis ilə xaric olmağa davam edir. İçməli suyu yaxşı təmizlənməyən ərazilərdə rotavirus infeksiyası su ilə yayıla bilir. İctimai yerlərdə aparılan araşdırmalar nəticəsində viruslar telefonların üzərində, su içmək üçün qoyulan çeşmələrdə, oyun masalarında və s. yerlərdə aşkarlanmışdır. Məhz buna görə səyahətə, dincəlməyə yollanan bir çox insanı "səyahətçilərin diareyası" narahat edir.

Bağırsaq qripinin əsas simptomları. İnfeksiyaya yoluxandan etibarən ilk üç gün ərzində qusma, ishal, temperaturun yüksəlməsi, umumi halsızlıq və qarında ağrılar yaranır. Bu simptomlar üç -səkkiz gün davam edə bilər və susuzlaşma da daxil olmaqla ciddi ağırlaşmalara səbəb ola bilər. Belə bir vəziyyət həyat üçün təhlükəlidir və dərhal tibbi yardım lazımdır.

Bağırsaq qripinin müalicə və profilaktikası necə aparılır? Necə deyərlər: "Bağırsaq qripi: yoluxmaq asan, qurtulmaq çətin, unutmaq isə mümkün deyil". Bağırsaq qripinin yayla bağlı planlarınızı pozmaması üçün, bu xəstəliyin əsas profilaktika tədbirlərini bilməniz lazımdır. Onlar sadə və effektivdir: şəxsi gigiyena qaydalarına əməl edin (yeməkdən əvvəl, tualetdən istifadə etdikdən sonra, yemək hazırlamadan əvvəl əllərinizi yuyun), təmiz və termiki emal olunmuş qidalar qəbul edin, təhlükəsiz su və içəcəklərdən istifadə edin. Bu qaydalara riayət edin və heç vaxt xəstəliyə yoluxmayacaqsınız. Bundan əlavə, tətil planlaşdırarkən, özünüzlə götürmək üçün zəruri olan ilk yardım dəstini toplamağı unutmayın. Xüsusilə bağırsaq qripinin ilk əlamətlərini aradan qaldıran vasitələri götürməyi unutmayın. Nəzərinizdə saxlayın ki, bu virus infeksiyasıdır və antibiotiklər kömək etməyəcək.

İstər böyüklər, istər uşaqlarda bağırsaq qripinin müalicəsi əsasən simptomatik olaraq aparılır. Simptomatik müalicə bir neçə əsas istiqamətdə aparılır: simptomları (qusma, ürəkbulanma) aradan qaldırmaq, əsasən də ishalı dayandırmaq, itirilən maye miqdarını bərpa etmək, pozulmuş bağırsaq mikroflorasını bərpa etmək, virusun və onun toksinlərini xaric etmək üçün sorbentlərdən istifadə etmək, pəhrizi gözləmək, qaynadılmış və asan həzm olunan yüngül qidalardan istifadə etmək lazımdır.

Yay - hər kəsin səbirsizliklə gözlədiyi məzuniyyət dövrüdür! Sizə məzuniyyət müddətində xoş hava şəraiti, isti günəş və unudulmaz emosiyalar arzulayırıq.

Materialda əks olunmus məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1929   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vaksin vurduran tələbələrə təhsil haqqında güzəşt ediləcək? - AÇIQLAMA

Özbəkistanda vaksin vurduran tələbələrə təhsil haqqını ödəməkdə 10 faiz güzəşt ediləcəyi barədə qərar qəbul edilib. Bəs Azərbaycanda da tələbələrə endirim tətbiq olunma ehtimalı varmı? . Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov -a açıqlama verib. O, başqa çıxış yolunun olmadığını qeyd edərək bunlar

10 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

12 sentyabr 2021
.

Hər kəs vaksin vurdursa, pandemiya bitəcək? - AÇIQLAMA

Digər ölkələrlə yanaşı, Azərbaycanda da vaksinasiya prosesi davam edir. İnsanların bir çoxu vaksin olunduqdan sonra pandemiyanın bitəcəyinə ümid etsələr də, bir müddət əvvəl ÜST açıqlama vermdi ki, vaksinasiya prosesi bitəndən sonra belə, virusu tam şəkildə məğlub etmək mümkün olmayacaq. Bəs vaksinasiy

14 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 520 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23286, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41234 nəfərdir. Ölkədə vurulan vaksinləri

11 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Gizli başlayan pnevmoniyanın əlamətləri: 1 günə ağırlaşma...

Koronavirusun ağırlaşması olan atipik pnevmoniya nədir, niyə ölümcüldür?. Ağciyərlərin ağır iltihabı xəstəliklərindən olan pnevmoniya – yüksək hərarət, öskürək, xırıltı, titrətmə, tənəffüs boğulması kimi əlamətlərlə müşahidə olunur. Ağciyərləri tamam sıradan çıxarda biləcək pnevmoniya əlamətsiz, gizl

11 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021