ABŞ qrin-kart almaq üçün qaydaları SƏRTLƏŞDİRİR

ABŞ qrin-kart almaq üçün qaydaları SƏRTLƏŞDİRİRMühacirət fəalları artıq yeni qaydalara etirazlarını bildirir

Tramp administrasiyası bazar ertəsi artıq Birləşmiş Ştatlarda olub tibbi xidmət, yemək talonları və ev yardımı kimi sosial müaivnətlər alan mühacirlərə daimi yaşayış icazəsi, ya da vətəndaşlıq verilməsi üçün qaydaların sərtləşdirildiyini elan edib.

2019-cu il oktyabrın 15-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, 36 ay müddətində 12 aydan artıq bu yardımlardan birinin alınması sosial təminat kimi müəyyən edilir. Bir ay ərzində iki fərqli sosial müavinətin alınması iki ay kimi hesablanır.

ABŞ-ın Mühacirət və İmmiqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən Ken Kuçinelli ABŞ-ın Mühacirət və İmmiqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən Ken Kuçinelli
ABŞ-ın Mühacirət və İmmiqrasiya Xidmətinin rəhbəri vəzifəsini icra edən Ken Kuçinelli bildirib ki, yeni qaydalar ailə əsasında immiqrasiyaya təsir göstərməyəcək, belə ki, ailə üzvlərinin qrin kart almasını sponsorlaşdıran şəxslər artıq onlara maliyyə köməyi göstərəcəklərinə dair xüsusi sənəd imzalayıblar.

Onun sözlərinə görə, administrasiya statusunu dəyişən şəxslərin gələcəkdə sosial müavinətlərdən asılı olması kimi vəziyyətlərin qarşısını almaq istəyir.

Mühacirət fəalları artıq yeni qaydalara etirazlarını bildirir. 200-dən çox təşkilatı birləşdirən Nyu York Mühacirət Koalisiyası yeni qaydaları "ksenofobiya" mahiyyətli adlandıraraq, buna qarşı mübarizə aparacaqlarına söz verib.

Yeni qaydalar həmçinin administrasiyanın vergi ödəyənlər tərəfindən maliyyəşən müavinətlərə ehtiyacı olan yoxsul mühacirlərin sayının azaldılması, eyni zamanda yüksək ixtisaslı və zəngin mühacirlərin Birləşmiş Ştatlara immiqrasiyasına imkan vermək səylərinə uyğundur.

Mühacilərin hüquqlarını müdafiə edən fəallar və ekspertlərin həmçinin yeni qaydaların qanuni mühacirlərin hüquqları olduğu sosial müavinətləri almasına təsir göstərə biləcəyindən narahatlıqlarını ifadə edir. Onlar ABŞ vətəndaşları və ya qrin kard sahiblərinin ailə üzvlərinin immiqrasiya prosesinə təsir edə biləcəyindən qorxaraq, ehtiyac olduğu halda belə, müavinət üçün müraciət etməkdən çəkinə biləcəyindən ehtiyat edir. ə

Bu, həm də daimi yaşayış icazəsi olan və vətəndaşlığı qəbul etmiş şəxslərin onların Birləşmiş Ştatlarda qalmasına təsirindən ehtiyat edərək, sosial müavinətlər almaq üçün müraciət etməkdən çəkinə bilməsinə gətirib çıxara bilər ("Amerikanın səsi").


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1239   Tarix: 13 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti


DİGƏR MARAQLI XƏBƏRLƏR

Feysbukda status yazdı, həbs olundu - FOTO

ABŞ-ın Florida ştatında Feysbuk sosial şəbəkəsində status yazan 26 yaşlı Riçard Kleyton həbs edilib.. . Bna səbəb gəncin yazdığı statusda "Walmart" mağazasını atəşə tutacağı ilə bağlı hədə-qorxu gəlməsi olub.. . "Üç gündən sonra mən "AR-15"mi (yarım avtomatik tüfəng - red.) ger

13 avqust 2019

Bu ölkədə Qurban kəsməyə qadağa qoyuldu

Türkmənistanın Türkmənbaşı şəhəri və ətraf rayonlarında Qurban kəsmək qadağan edilib.. . Buna səbəb şəhərdə Birinci Xəzər İqtisadi Forumunun keçirilməsidir.. . Yerli hakimiyyəti belə bir addımın sammit zamanı sanitariya və nizam-intizamın gözlənilməsi üçün atıldığını bildirib.. . Məlumata görə, şəhərd

13 avqust 2019

Həcc ziyarəti zamanı 28 türkiyəli zəvvar ÖLDÜ

Builki Həcc ziyarəti mövsümündə Səudiyyə Ərəbistanı ərazisində Türkiyə vətəndaşı olan 28 zəvvar dünyasını dəyişib.. . Bu barədə Türkiyənin Diyanət İşləri başqanı Əli Ərbaş məlumat verib.. . O, bildirib ki, dini qaydalara əsasən həmin şəxslərin hamısı müqəddəs torpaqlarda dəfn edilib.

13 avqust 2019

İllər keçsə də qocalmır - FOTOLAR

Yeşilçamın əfsanəvi altrisalarından olan Bahar Soytan sosial medidaya yeni fotosunu paylaşıb.. . Aktrisa oğlu ilə birlikdə Yunanıstanda istirahət edir. Tətildə çəkilən fotolarını paylaşan aktrisa "Canım oğlumla Mikanosda" deyə, yazıb.. . Qeyd edək ki, Bahar onlarla obraza həyat versə də, tamaşaçıla

13 avqust 2019

Atambayev çevrilişə hazırlaşıb, xüsusi təyinatlı onun silahı ilə öldürülüb - RƏSMİ İTTİHAM

Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayev dövlət çevrilişinə hazırlaşıb.. . "RİA Novosti" xəbər verir ki, bunu Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Orozbek Opumbayev mətbuat konfransında deyib.. . "Mən bunu açıq şəkildə bəyan edirəm! Ona dövlət çevrilişin

13 avqust 2019

Yelena Letuçaya Maldiv adalarındakı aktiv istirahətini göstərdi

Məşhur rusiyalı teleaparıcı Yelena Letuçaya sosial şəbəkədə Maldiv adalarındakı istirahətindən görüntülər yayımlayıb.. . "Utro.ru" xəbər verir ki, şəkildə ulduz sarı çimərlik geyimində əks olunub.. . Aparıcı ideal fiqurasının sirrlərini də açıqlayıb. "Instagram"da paylaşdığı videod

13 avqust 2019

Dəhşətli FƏLAKƏT: 7 milyon insan...

Çini təsiri altında saxlayan "Lekima" tayfunu fəlakətə səbəb olub.. . Tayfun ölkənin şərqində yer alan Çiçanq, Şantunq və Anhui əyalətlərində 48 nəfərin ölümünə, 21 nəfərin itkin düşməsinə gətirib çıxarıb.. . Təbiət hadisəsi 7 milyon insanın gündəlik həyatını alt-üst edib. 234 min hektarlı

13 avqust 2019

Toya gələn 42 nəfər xəstəxanalıq oldu

Toy mərasiminin keçirildiyi restoran bağlanıb, araşdırma aparılır. . Moldovanın paytaxtı Kişineu şəhərində toy şənliyində kütləvi zəhərlənmə baş verib.. . Toyda qidadan 42 nəfər zəhərlənib. Zəhərlənənlər 17-58 yaş arasındakı şəxslərdir.. . Onlar xəstəxanaya yerləşdirilib.. . Toy mərasiminin keçirildiy

12 avqust 2019

Narkotik daha bir məşhurun həyatına son qoydu – Foto

Məşhur DJ və "Playboy" jurnalının ulduzu Janna Rasskazova 29 yaşında dünyasını dəyişib.. . Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən gecə Janna özünü pis hiss edib və huşunu itirib. Kömək üçün təcili tibbi yardım çağırılsa da, J.Rasskazovanın həyatını xilas etmək mümkün olmayıb.

12 avqust 2019