Deputat Siyavuş Novruzov müğənni Afaq Aslanla fotosundan DANIŞDI

Deputat Siyavuş Novruzov müğənni Afaq Aslanla fotosundan DANIŞDIMilli Məclisin komitə sədri Qurban bayramı və seçkilərlə bağlı Musavat.com-un suallarını da cavablandırdı; YAP-ın icra katibi 4 qurban kəsib, birini vaxtilə yaşadığı yataqxanaya paylatdırıb.

Deputat, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP İcra katibinin müavini Siyavuş Novruzov Musavat.com-un suallarını cavablandırıb. Hakim partiyanın funksioneri bildirdi ki, yay tətili olsa da, o, YAP-ın mərkəzi qərargahında, iş başındadır.

Fürsətdən istifadə edib komitə sədrinə Qurban bayramından tutmuş, seçkilərə, həmçinin sosial şəbəkələrdə geniş müzakirə olunan müğənni Afaq Aslanla fotosuna qədər çox məsələlər barədə suallarımıza cavab istədik, məmnuniyyətlə cavablandırdı.

- Siyavuş bəy, İctimai birliklər və dini qurumlar komitəsinin sədri olaraq fikriniz maraqlıdır, Qurban bayramı necə keçir?

- Çox yaxşı keçir. Azərbaycan xalqı öz milli-dini ənənələrinə sadiq qalaraq, bayramı qeyd edir. Hamı bir-biri ilə bayramlaşır. İmkanı olan şəxslər qurban kəsir, imkansızlara paylayır. Yəni bu, çox nümunəvi bayramdır. Doğrudan da Qurban bayramı Azərbaycanda çox yüksək səviyyədə keçirilir.

- Özünüz qurban kəsdinizmi?

- Bəli , kəsdim. Hər dəfə olduğu kimi, bir qurbanı vaxtilə yaşadığım yataqxanaya, orda yaşayanlara apardım. Yasamalda yerləşən aspirantlar yataqxanasıdır. Mən 1990-98-ci illərdə orda yaşamışam. Artıq neçə illərdir ki, hər Qurban bayramında bir yaxşı qoç kəsirəm və ordakı bütün mənzillərə paylanılır. Orda yaşayanlar məni yaxşı tanıyır. Bundan əlavə, 3 qurbanlıq da kəsdim. İnsanlar var ki, onların imkanlarının olmadığını bilirəm, onların arasında bölüşdürüldü. Yəni mənim tərəfimdən 4 qurbanlıq kəsildi.

- Siz neçəyə aldınız qurbanlıqları?

- Çəkisindən asılıdır da. Mən çalışdım ki, nisbətən iri heyvan olsun. İriləri təxminən 200 manata oldu. Ətin qiyməti ilə eyni oldu.

- Maraqlıdır, iqtidar təmsilçisi müxalifətçi imkansızlara da qurban payı göndəribmi?

- Vallah, tanısam, bilsəm, göndərərəm. Məsələn, adamlar var ki, xalq hərəkatında iştirak edib, onlarla ünsiyyətim var. Çətinlikləri olanda, müalicəyə ehtiyacları yarananda, Allah uzaq eləsin, yası düşəndə həmişə yardım edirəm.

- Təəssüf ki, söz savaşları bayram günləri də davam etdi. Daha yaxşı olmazdımı bayramın ruhuna uyğun olaraq iqtidar və müxalifətdən bir-birinə ünvanlı bayram təbrikləri gəlsin?

- Cənab prezident, Birinci vitse-prezident bütün xalqın bayramını təbrik elədi, bayram təbriklərini, xoş arzularını, istəklərini çatdırdı. Faktiki olaraq onlar da (müxalifətçilər də-E.P.) xalqın nümayəndəsidir. Hər halda, burda qarşılıqlı olmalıdır da. Ümumiyyətlə, bu, xalq bayramıdır. Xalqın içində iqtidar da var, müxalifət də, bitərəf də.

- Düşərgələrarası ziddiyyətlərin dərinləşməsi milli birliyə zərbə vurur. Xüsusilə də Qarabağ məsələsinin həlli baxımından birlik olduqca zəruridir. Razılaşırsınızmı?

- Təbii ki. Biz Dağlıq Qarabağla bağlı bir neçə tədbir keçirdik, müraciətlər etdik. Azərbaycandakı siyasi partiyaların çoxu, həmçinin parlament partiyaları iştirak elədi. Həmçinin Xocalı soyqırımı və digər məsələlərlə bağlı müxtəlif təşkilatlara, siyasi partiyaların adından müraciətlər göndərdik. Bir neçəsi qoşulmadı, yerdə qalan bütün partiyalar bu məsələdə həmrəydir.

- Siyavuş bəy, hazırda istirahət edirsiniz, yoxsa yenə də iş başındasınız?

- Parlamentdə hələlik tətildir. Amma partiyada tətil yoxdur, seçkilərə hazırlıq işləri gedir. Partiyanın İdarə Heyətində seçkilərə hazırlıq müzakirə olundu və qərar qəbul edildi. İdarə Heyətinin tapşırığına uyğun olaraq biz seçkilərə yavaş-yavaş hazırlaşırıq. Bələdiyyə seçkiləri digər seçkilərdən fərqlənir. Burada sənədləşmə işi həddindən artıq çoxdur.

Bələdiyyə üzvlüyünə təxminən 18 min namizəd irəli sürəcəyik. Hər bir bələdiyyə üzvü üçün azı 70 səhifə material hazırlamaq lazımdır. Bundan əlavə, dairələrə, məntəqələrə müşahidəçi lazımdır. 125 dairə, 5 mindən artıq məntəqədir, həmçinin məşvərətçi səs hüquqlu üzvlərdir.

- Deməli, söhbət birmənalı şəkildə bələdiyyə seçkilərinə hazırlıqdan gedir, parlament seçkilərindən yox, eləmi?

- Bəli, bələdiyyə seçkilərindən söhbət gedir. Amma bu da var ki, prezident seçkilərində namizəd üçün hansı sənəd tələb olunursa, bələdiyyə seçkilərində də o sənədlər tələb olunur. Gələcəkdə yəqin bu məsələ müzakirə olunacaq ki, burada qanunvericiliyə dəyişiklik olunsun.

- Siyavuş bəy, bu günlərdə Xəzər sahilində YAP-ın təşkilatçılığı ilə vacib bir aksiya keçirildi. Amma maraqlısı budur ki, Xəzər sahillərinin tullantılardan təmizlənməsinə həsr olunmuş tədbiriniz qaldı bir kənarda, daha çox sizin modelyer Afaq Aslanla fotonuz sosial şəbəkələrdə müzakirəyə səbəb oldu. Bu, sizinçün gözlənilən idi?

- Biz orda əsasən "Xəzəri qoruyaq" devizi altında aksiya keçirdik, çoxlu sayda plastik məmulatlar topladıq. O tullantılar hamısı yığıldı, maşınlarla yola salındı. Bu tədbirə Azərbaycanın incəsənət nümayəndələri də dəstək oldu, həm aksiyanın özündə iştirak etdilər, həm də sonradan musiqi nömrələri ilə çıxış etdilər. Hər birisi də müxtəlif şəxslərlə şəkil çəkdirdilər.

Mən burada heç bir qəbahət görmürəm. Ondan sonra bizim çox böyük bir aksiyamız Xaçmaz Olimpiya Kompleksində oldu. 4 minə yaxın insan iştirak etdi. Tədbir idmançılara dəstək, gənc nəslin tərbiyəsi, qorunması və onların idmana cəlb olunması adı altında keçirildi. Burada 4 federasiya həm məşqçilərin, həm də orda idman edəcək şəxslərin bütün xərclərini öz üzərinə götürdü. Həmçinin idmançıların geyim xərcləri də qarşılanacaq. Bu idman növləri boks, cüdo, taekvando və uşaq futboludur.

- Çox gözəl təşəbbüsdür, yalnız alqışlamaq lazımdır. Çox yaxşı olar ki, üzgüçülük idman növü də buraya daxil edilsin, həm də ölkə boyunca. Siyavuş bəy, yenə qayıdım sosial şəbəkələrin müzakirə etdiyi mövzuya. Dediniz ki, incəsənət nümayəndələri musiqi nömrələri ilə çıxış ediblər. Amma Afaq Aslanın iştirakından daha çox danışıldı.

- Yox, mənim Damla ilə də şəklim var. Hamı bir-biri ilə şəkil çəkdirirdi. Gənclər daha çox şəkil çəkdirməyə meyl edirdi.

- Tədbirədək Afaq Aslanı, Damlanı tanıyırdınız?

- Əlbəttə ki, tanıyırdım.

- Onlar da YAP üzvüdür?

- Onların içərisində partiya üzvü olan da var, olmayan da. Təəssübkeşi də var. Onların da bir qrupu partiya üzvü olmaqla bağlı müraciət edib.

- Afaq Aslan da?

- Çoxu müraciət edib. Amma yerli təşkilatlara, mərkəzi təşkilatlara yox.

- Şəkil çəkdirərkən nədən danışdınız?

- Vallah, mənim başım qarışıq idi. Orda 30-a yaxın millət vəkili iştirak edirdi. Başımız tədbirə qarışmışdı. Mənim şəkil çəkdirməyə və yaxud başqa şeyə həvəsim yox idi.

- Bildiyimə görə Facebook-da yoxsunuz. Amma sizin fotonuzu çoxsaylı istifadəçilər paylaşdı.

- Hər bir incəsənət aləmində olan insan, yaxud digərləri sosial şəbəkələrdə paylaşım edir, burda nə var ki? Hər şeyi şişirdib dağın başına qoymağın heç bir mənası yoxdur.

- Toliklə deputat Tahir Rzayevin mətbuat üzərində mübahisəsi olmuşdu. Amma tədbirdə qoşa dayanmışdılar, bu da maraqla qarşılandı. Barışdılarmı?

- Sonradan Tahir müəllim dedi ki, elə söz deməyib.

- Belə görünür ki, siz incəsənət nümayəndələrinin YAP-da olmasını normal qarşılayırsınız, eləmi?

- Tam normaldır. YAP xalq partiyasıdır. Azərbaycan Respublikasının Konstitusiyasına və Siyasi partiyalar haqqında Qanuna görə, 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşı partiyaya müraciət edə və üzvü ola bilər. Onun hər hansı fəaliyyətinə, ixtisasına, ya da yaşına görə qadağa qoymaq qanunaziddir.

- Dediniz işləyirsiniz. Bəs, tətil müddətində hardasa dincəlmədiniz?

- Yox, heç yerdə olmamışam. Hələ ki, Bakıdayam.

- Naxçıvana da getməmisiniz?

- Hələ gedə bilməmişəm Naxçıvana. Çünki burada işlərimiz çoxdur. Çindən çoxlu qonaqlarımız gəldi, onları qarşıladıq, konfrans keçirdik, yola saldıq.

- Bir neçə ay əvvəl demişdiniz ki, oğlum da deputat olmaq istəyir. 2020 seçkilərinə hazırlaşır?

- Yox, hələ onun yaşı düşmür, 10-cu sinifdə oxuyur. İndi qərar verib ki, təhsil almağa hərbi məktəblərin birinə getsin.

- Demək, hərbçi olmaq istəyir?

- Bəli. Ya Naxçıvanskiyə, ya başqa hərbi akademiyalardan birinə qəbul olmaq istəyir.

- Bəs, siz necə, oğlunuzu zabit olaraq görmək istəyirdiniz?

- Bəli, əlbəttə ki.

- Deməli, general olmaq istəyir?

- (Gülür) Bəli, inşallah!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6988   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

Yeddinci sinif şagirdini bıçaqlayan şəxs SAXLANILDI - RƏSMİ - YENİLƏNİB

Şəmkir rayonunda məktəblini bıçaqlayan şəxs ələ keçib. Bu barədə -in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. "Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkd

28 mart
.

Şəhid bacısı sektor müdiri TƏYİN EDİLDİ

Zaqatala şəhər Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta məktəbin direktoru Mehparə Murtuzəliyeva Balakən rayon təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub. Bu barədə Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, bununla bağlı İdarənin müdiri səlahiyyətlərini icra edən, müdi

27 mart
.

ANS-in məşhur verilişi ekranlara qayıdır: bu dəfə fərqli kanalda

Aparıcı Tarix Əliyev (Tolik) MTV-də daha bir verilişə aparıcılıq edəcək. xəbər verir ki, bu barədə o, "Instagram" səhifəsində paylaşım edib. O bildirib ki, layihə tezliklə təqdim olunacaq:. "MTV-də yeni layihə başlayır. Heç vaxt belə formatda veriliş aparmamışam. Bu dəfə özüm istədim ki

27 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Boşanma zamanı əmlakın bölünməsi ilə bağlı daha bir yenilik - Video

Boşanma zamanı ər-arvadın əmlakının bölünməsi ilə bağlı yeni qərar qəbul edilib. "Qafqazinfo"nun məlumatına görə, Xəzər TV-də yayımlanan süjetdə bildirilib ki, boşanma zamanı tərəflər arasında sənədsiz evlərin də bölgüsü aparılacaq. Belə ki, əgər tərəflər nikah dövründə özbaşına tikili inş

28 mart
.

Bakıda sahibkar "Porsche" ilə qəza törədərək hadisə yerindən qaçdı - İTTİHAM

Bakı Apellyasiya Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə və hadisə yerindən qaçmaqda təqsirləndirilən Ceyhun Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərar

28 mart
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

28 mart
.

"Crocus"da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO

Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktının şahidi olan azərbaycanlı Emil Hüseynov hadisə ilə bağlı danışıb. "Crocus City Hall"da qarderob işçisi olan Emil Hüseynov İTV-yə açıqlamasında bildirib ki, baş verənlər gözlənilməz idi:. "Fikirləşirdi

27 mart