Honq Konq "etiraz iflic"ində: yüzlərlə yaralı - VIDEO

Honq Konq "etiraz iflic"ində: yüzlərlə yaralı - VIDEODemokratiya tərəfdarı nümayişçilərin hava limanının əsas terminalını ələ keçirməsi səbəbilə Honq Konqun beynəlxalq hava limanındakı bütün uçuşlar çərşənbə axşamı artıq ikinci gündür təxirə salınıb.

Hava limanı rəsmiləri bu qərarı etirazçılar sərnişinlərin uçuş qapılarına doğru getmələrinin qarşısını alandan, xalqa hava limanına gəlməmək məsləhəti verdikdən və bütün qeydiyyatlar dayandırılandan bir neçə dəqiqə sonra verib.

Haha limanında bir gün öncə də bənzər nümayiş səbəbilə yüzlərlə uçuş təxirə salınıb. Honq Konqu tərk etmək istəyən bəzi qəzəbli sərnişinlər çərşənbə axşamı nümayişçilərlə qarşıdurma yaşayıb.

Dünyanın ən məşğul hava limanlarından biri olan Honq Konq hava limanının bağlanması iki ay öncə başlayan küçə etirazlarının davamıdır. Nümayişçilər yolları bağlayıb, polisin dağılmaq çağırışına cavab vermədiyi üçün iğtişaş polisinin göz yaşardıcı qaz sıxması və öldürməyən güllə ilə etirazçılara atəş açması nətiəsində bazar ertəsi onlarla nümayişçi xəsarət alıb.

Birləşmiş Millətlər Təşkilatının insan haqları idarəsinin sədri Mişel Başelet bəyanat yayaraq Honq Konq rəsmilərini təmkinli olmağa və etirazçılara qarşı göz yaşardıcı qazdan istifadə hallarını araşdırmağa çağırıb.

Etiraz Honq Konqa şübhəli şəxsləri məhkəmə qarşısına çıxmaq üçün Çinə göndərməyə icazə verən qanun layihəsinin qarşısını almaq məqsədilə dinc etiraz olaraq başlayıb. İndi isə nümayişçilər növbəti liderlərini birbaşa olaraq azad və ədalətli seçki yolu isə seçmək hüququ və polis zorakılığı ilə bağlı müstəqil istintaq aparılmasını tələb edir.

Honq Konqun lideri Karri Lam çərşənbə axşamı mətbuat konfransı zamanı polisin əməllərini müdafiə edərək deyib ki, onlar çox çətin vəziyyətdə ani qərar verməli olublar. Lam bildirib ki, zorakılıq dayandırılandan və xaotik vəziyyət başa çatandan sonra o, etirazçılarının "tələblərini" dinləyəcək.

Pekin rəsmiləri etirazları "terrorizm" adlandırıb.

Honq Konqda demokratiya tərəfdarı etirazçılarla bağlı səbrinin belə görünür tükəndiyi Pekin rəsmiləri nümayişçilərə qarşı ritorikanı gücləndirərək, onların "terrorizm əlamərləri"ni nümayiş etdirməyə başladıqlarını bildirib.

Təhlilçilərin fikrincə, bu ritorika Britaniyanın keçmiş müstəmləkəsində yaranmış siyasi böhranı həll etməyəcək və yalnız gənc etirazçılar arasında qəzəbin daha da artmasına gətirib çıxaracaq.

Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq.

Onların blidirdiyinə görə, hərbi müdaxilənin çox baha başa gələcəyini gözəl bilən Çin prezidenti Şi Tsinpinin səbrlə hadisələrin inkişafını izləyərək, 2014-ci ildə demokratiya hərəkatının baş qaldırdığı zaman istifadə etdiyi strategiyanı yenidən tətbiq edəcəyi gözlənilir.

"Gənc insanları onlar özlərini azadlığı mübarizləri hesab etdiyi zaman terrorçu adlandırmaqla problem həll olunmayacaq. Fikcimcə, bu, gənc insanları qəzəbləndirəcək" - deyə, Honq Konq Elm və Texnoligiya Unversitetində Çin-Translantik Əlaqələri Mərkəzinin direktoru Deyvid Zveyq bildirir.

"Bunun bir təsiri ola bilər ki, bəzi adamlar təqiblərin ola biləcəyini düşünə, bəziləri isə sabah getməmək qərarına gələ bilər", - o, əlavə edir.

Honq Konqda hökumət əleyhinə nümayişlər artıq 10-cu həftədir davam edir.

Çərşənbə axşamı günü minlərlə etirazçının artıq ikinci gündür beynəlxalq aeroporta toplaşması uçuşların təxirə salınmasına səbəb olub.

Bazar ertəsi günü Çinin Dövlət Şurasında Honq və Makau Əlaqələri üzrə idarənin sözçüsü Pekində Honq Konq mediasına şəhərdə vəziyyətin kritik duruma gəldiyini və onun sözlərilə, "zorakı cinayətin dəmir əllə" yatırılacağını bildirib.

O deyib ki, Honq Konqun radikal etirazçıları dəfələrlə polisə olduqca təhlükəli alətlərlə hücum edib və bununla ciddi zorakı cinayətlərə yol verib və terrorizm əlamətləri nümayiş etdirməyə başlayıb.
milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 833   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18 aprel
.

Yol vermək üstündə dava: 8 dəfə bıçaqladı

Sürücüləri yol vermək üstündə dava ediblər. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Sürücülərdən biri digərinə 8 bıçaq zərbəsi vurub. Onun yanındakı digər şübhəli isə silah ilə atəş açıb. Xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib. Yaralının xəstəxanad

17 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel
.

Britaniyada 2009-cu ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan edildi

İngiltərədə yeni nəslin ömürlük siqaretə çıxışını qadağan edən qanun layihəsi parlamentdə təsdiqlənib. xarici mediaya istinadən xəbər verir ki, "siqaretsiz nəsil" yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib. Çərşənbə axşamı təsdiqlənə

17 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Kişi ona borc verməyən dostunu öldürüb basdırdı

Dağıstanda kişi dostunu öldürüb. Rusiya KİV-ə istinadla bildirir ki, Dağıstan sakini dostundan borc olaraq 10 min rubl istəyib. Ancaq rədd cavabı aldığı üçün onu bıçaqla vuraraq kəndin kənarında basdırıb. Hadisə İrganay kəndində baş verib. Cinayətkar özü polis şöbəsinə gedərək, törətdiyi cinayəti etira

17 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

Rusiyada bankomatı partladıb içindəki pulları apardılar - VİDEO

Rusiyanın Omsk şəhərindəki "Sberbank"ın filiallarından birinin bankomatı partladılıb. Bu barədə RT məlumat yayıb. Hadisə zamanı bankomat partladılsa da, xəsarət alan olmayıb. Faktla bağlı "külli miqdarda oğurluğa cəhd" maddəsi ilə cinayət işi açılıb. Bildirilir ki, bankomatı partlada

17 aprel