Generalın qızı da o tələyə düşdü - kino kimi ailə dramı

Generalın qızı da o tələyə düşdü - kino kimi ailə dramı2010-cu ildən etibarən fiziki görünüşü dəyişməyə başlamışdı

Türkiyə Hərbi Hava Qüvvələrinin sabiq kəşfiyyat rəhbəri general Mehmet Yılmaz Ərdoğanın Adnan Oktar qurbanı olduğu məlum olub.

Generalın qızı Server Görkem Ərdoğanla bağlı diqqətçəkən izahatı örgüt haqqında hazırlanan iddianamədə əks olunub.

AzNews.az həmin iddianaməni təqdim edir:

"Qızım 1982-ci ildə doğulub. London attaşe vəzifəsinə görə qızım məktəbi İngiltərədə bitirdi və "City of West Minister" Universitetinə girdi. 2000-ci ildən etibarən təhsilinə görə İstanbulda yaşamağa başlamışdı.

Qızım əvvələr bizə həftədə ən azı bir dəfə zəng edər, yanımıza gələrdi. Həyat yoldaşım İstanbula qızımın yanına gedərdi. Ancaq 2007-ci ildən etibarən bizə zəng vurmamağa , yanımıza gəlməməyə, bizim də onun yanına getməməyimizi istəməyə başladı. Axırıncı dəfə yanımıza 2008-ci ildə Adanada vəzifədə olduğum vaxt gəldi. Sonra bir daha gəlmədi. Biz yenə də onun yanına gedirdik.

2010-cu ildən etibarən fiziki görünüşü dəyişməyə başlamışdı. Saçları açıq idi, ancaq qolları və digər yerləri bağlıydı. Qızımın hansısa təriqətə üzv olduğunu düşündük. Qızım bizə Adnan Oktarın söhbətlərində iştirak etdiyini dedi. Mən də Adnan Oktar örgütünü bildiyim üçün qızıma bu barədə məlumat verdim. Adnan Oktarın yanındakı qadınları məşuqə kimi saxladığını və onları hər cür maddi və mənəvi olaraq istifadə etdiyini danışdım. Qızım isə "Ata belə şeylərə inanmayın. Mən Adnan hoca ilə birlikdə cənnətə gedəcəm" dedi.

Qızımız əllərimizdən uçub gedirdi. Biz gələndə çox soyuq davranırdı və bunu hiss etdirirdi. 2011-ci ildən sonra görüşlərimiz evdə olmadı. Harda yaşadığını da bilmirdik. Ordu evlərində və ya AVM-lərdə baş tuturdu. Yanında mütləq örgütün adamlarından olduğunu düşündüyümüz kimsə söhbətimizi dinləyirdi. Tualetə belə yanındakı adamla gedirdi.

Qızım qardaşının 2015-ci ildə nişanına, 2016-cı ildə toyuna gəlmədi. Həyat yoldaşım qızını görə bilmək üçün A9 TV-ni izləyirdi. Həmin kanalda qızımızı saçları qırxılmış vəziyyətdə gördük, Adnan Oktarın cəza verdiyi qızların saçını qırxdığını mətbuatdan öyrənmişdik. Qızımızın ailəsindən bu qədər uzaqlaşması məni və həyat yoldaşımı psixoloji cəhətdən sarsıtmışdı. Qızımız əlimizdən gedirdi və heç nə edə bilmirdik.

11 iyul 2018-ci ildə örgütə qarşı keçirilən əməliyyatı mediadan öyrənəndə ailəlikcə çox xoşbəxt olduq. Ancaq qızımıza nə olacağı ilə bağlı narahatlıqlarımız var idi. Ancaq artıq qızımızın Adnan Oktarın idarəsində deyil, dövlətimizin təhlükəsiz qollarında olduğunu bilmək bizi rahatlaşdırırdı. Əvvəllər o etdiyi əməldən peşman olduğunu demək istəyirdi. Ancaq örgütün vəkilləri və dostlarının təkidi ilə vaz keçdi. Adnan Oktar və örgütü bizə, yaxın ətrafımıza zərər verdi. Buna görə də Adnan Oktardan və onun lideri olduğu örgütdən şikayətçiyəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2301   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR

Latviya hökuməti gələn həftə ölkə məktəblərində rus dilinin ikinci xarici dil kimi öyrənilməsindən tədricən imtina ilə bağlı qərar qəbul etməyə hazırlaşır. xəbər verir ki, bu barədə "Apollo.lv" məlumat yayıb. Bu gün Latviya məktəbləri ingilis dilini ilk xarici dil kimi tədris edir. Uşaqla

21 aprel
.

Yol polisinin saxladığı sərxoş sürücü: "Mən cənazədən gəlirəm"

Türkiyədə polis tərəfindən saxlnılan əxsin sözləri gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü ifadəsində "cənazədən gəlirəm" deyə bildirib. Sürücünün 0,51 promil sərxoş olduğu müəyyənləşib. Pul cəzası kəsilən sürücünün vəsiqəsi 6 ay müddətinə müsadirə edilib. Sərxo

23 aprel
.

Azyaşlı qız böyüklərə "dərs keçdi" - VİDEO

Azyaşlı qızın küçədə oturan yaşlı kişiyə kömək etməsi gündəm olub. -a istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Parkinson xəstəsi olan yaşlı kişinin su içə bilmədiyini görən qızcığaz ona köməklik edib. Həmin görüntüləri təqdim edirik:

22 aprel
.

Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə polisin məlumatında deyilir. Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib. Naməlum səbəbdən ikimərtəbəl

21 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel
.

Psixoloji problemləri olan qadın küçənin ortasında...

Türkiyədə qadın küçədə çılpaq gezib. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Şanlıurfanın Viranşehir rayonunda psixoloji problemləri olduğu və narkotik istifadə etdiyi iddia edilən gənc qadın küçənin ortasında çılpaq halda görüntülənib. Videonu mobil telefonu ilə lentə alan vətəndaş "Niy

22 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Qadın salonunda iyrənc hadisə! 14 yaşlı uşağa təcavüz etdi

Qadın salonunda 46 yaşlı kişi saç ustasının yanında işi öyrənən 14 yaşlı uşaq cinsi istismara məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın gözəllik salonunda işləyən 14 yaşlı qız ailəsinə müəssisənin sahibinin ona cinsi təcavüz etdiyini və zorla mesajlar göndərdiyin

23 aprel