Hansı deputatlar qurban kəsdi, hansılar kəsmədi? - "Maaşla yaşayan deputatam, seçicilərim də məni yaxşı anlayır"

Hansı deputatlar qurban kəsdi, hansılar kəsmədi? - "Maaşla yaşayan deputatam, seçicilərim də məni yaxşı anlayır"Azərbaycanda avqustun 12-13-də Qurban bayramı qeyd olundu. İmkanlı şəxslər, niyyət edən insanlar qurban kəsərək, yoxsullara, maddi imkanı aşağı olan şəxslərə qurban əti payladılar.

Deputatlar arasında da qurban kəsənlər, kəsməyənlər olub. Modern.az-ın Milli Məclisin üzvləri arasında keçirdiyi sorğudan məlum olub ki, deputatların böyük əksəriyyəti Qurban bayramında imkansız ailələri sevindiriblər.

Parlamentin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov Qurban bayramını yaxşı keçirdiyini qeyd edib. S. Novruzov da qurban kəsib:

"Azərbaycan xalqı öz milli-dini ənənələrinə sadiq qalaraq, bayramı qeyd etdi. Hamı bir-biri ilə bayramlaşdı. İmkanı olan şəxslər qurban kəsib, imkansızlara payladı. Yəni bu, çox nümunəvi bayramdır. Doğrudan da Qurban bayramı hər il Azərbaycanda çox yüksək səviyyədə keçirilir.

Mən özüm də qurban kəsdim. Hər dəfə olduğu kimi, bir qurbanı vaxtilə yaşadığım yataqxanaya, orda yaşayanlara apardım. Yasamalda yerləşən aspirantlar yataqxanasıdır. Mən 1990-98-ci illərdə orda yaşamışam. Artıq neçə illərdir ki, hər Qurban bayramında bir yaxşı qoç kəsirəm və ordakı bütün mənzillərə paylanılır. Orda yaşayanlar məni yaxşı tanıyır. Bundan əlavə, 3 qurbanlıq da kəsdim. İnsanlar var ki, onların imkanlarının olmadığını bilirəm, onların arasında bölüşdürüldü. Yəni mənim tərəfimdən 4 qurbanlıq kəsildi".

Komitə sədri qurbanlıq heyvanları aldığı qiyməti də açıqlayıb:

"Qiymət qurbanın çəkisindən asılıdır. Mən çalışdım ki, nisbətən iri heyvan olsun. İriləri təxminən 200 manata oldu. Ətin qiyməti ilə eyni oldu".

Deputat Eldar Quliyev də qurban kəsib:

"Biz hər il cənab Prezidentin adından qurbanlar kəsib paylayayırıq. Əvvəllər məscidlərdə qurbanlıq paylayırdıq. Sonra gördük ki, qarışıqlıq düşür, ailələrə ev-ev paylamağa başladıq. Qabaqcadan siyahılar tuturuq. Bilgəhdəki, Maştağadakı, Zabratdakı, Nardarandakı ağsaqqallarla danışırıq. Yerdə qalanları isə məscidlərə paylayayırıq. Bu il də ən çox ehtiyacı olan ailələrə qurban əti verilib".

Fazil Mustafa da qurban kəsən deputatlar sırasındadır:

"Bu il də qurban kəsdim. Təbii ki, seçicilərimizin hamısına qurbanlıq paylamaq imkanımız yoxdur. Ona görə, maddi imkanı aşağı olan şəxslərə, seçicim olan, yaxud olmayan ailələrə qurbanlıq paylanıldı. Bir neçə qurban kəsildi. Daha çox buna üstünlük verdim".

Deputat Aqil Abbas bu bayramda da ənənəsinə sadiq qalaraq, iki qurban kəsib:

"Hər il iki qurban kəsirəm, birini öz yaşadığım evin həyətində, digərini isə doğulduğum kənddə kəsirəm. Çox vaxt kənddə iki qurbanlıq kəsirilir, qohumlarım imkanı az olan camaata paylayırlar".

Fəzail İbrahimli isə bu il qurban kəsməyib:

"İmkansız seçicilər daim diqqətimizdədir. Amma əgər qurban kəsirsənsə, imkanlı-imkansız söhbəti getmir. Camaat hamısı istəyir ki, qurban payını alsın. Mən gedib qurban kəsib, seçicilərimə paylamamışam. Amma rayon rəhbərliyi səviyyəsində qurban kəsilib, paylanır. Həmkarlarım da bu məsələdə kifayət qədər ciddi addımlar atırlar. Mən isə maaşla yaşayan deputatam, biznesim də yoxdur. Ona görə, seçicilərim də məni yaxşı anlayır".

Deputat Vahid Əhmədov bildirib ki, Quba rayonunda qurban kəsərək imkansız sakinlərə paylayıb.

Deputat Cavanşir Paşazadə Qurban bayramının birinci gününü rayonda keçirib, elə qurbanını da orada kəsib:

"Qurbanlıq heyvanlar kəsildi, qurban ətləri imkansız ailələrə paylanıldı. Ehtiyacı olana maddi yardımlar da edildi. Allah bizə neçə belə gözəl bayramlar qismət eləsin".

Zaqataladan seçilmiş deputat Kamilə Əliyeva qurban kəsdiyini söyləyib:

"Atalarımızın ənənəsini davam etdirirəm. Qurbanlarımı kəsib paylamışam. Allah hamının kəsdiyi qurbanları qəbul eləsin".

Deputat Fəzail Ağamalı da qurban kəsdiyini və qonşular, imkansızlar arasında payladığını vurğulayıb.

Lənkəranlı deputat Rüfət Quliyev də qurban kəsib paylayıb.

Rafael Cəbrayılov da qurban kəsən deputatlardandır:

"Əlbəttə, qurban kəsdim. Deputat olduğum müddətdə hər il imkansız seçicilərə qurban əti paylanılıb".

Deputat Cavid Osmanov seçildiyi rayonda qurban kəsərək, imkansız ailələrə paylayıb:

"Bayramda qurbanlıq kəsildi. Seçildiyim Ağdaş rayonunda rayon rəhbərliyi, rayon ictimaiyyəti vahid bir yerdə qurban kəsirlər. Mən də öz qurbanımı orada kəsdim. Şəhid ailələrinə, Qarabağ əlillərinə, kimsəsizlərə, tənha insanlara, maddi imkanı aşağı olan vətəndaşlara qurban əti paylanıldı".

Milli Məclisin digər üzvü Araz Əlizadə isə həmkarlarından fərqli olaraq, qurban kəsməyib:

"İllərlə Qurban bayramını keçirtməmişik ki, o gün olsun, Şuşada qeyd edək. Ona görə, mən heç vaxt qurban kəsmirəm".

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin üzvü Ağalar Vəliyevin təşəbbüsü ilə qurbanlıqlar kəsilib. Goranboy rayonunundan 410, Tərtər rayonunundan 90 və Ağdam rayonunundan 350, bütövlükdə isə 3 rayon üzrə 850 şəhid, əlil və aztəminatlı ailənin hər birinə millət vəkilinin adından Qurban bayramı münasibətilə təxminən 10 kq civarında bayram sovqatları çatdırılıb.

Deputat Elman Nəsirov isə tərəfimizdən yönləndirilən sualı cavablandırmamağı üstün tutdu:

"Mən bu sahədə atılan addımların reklamsız olmasının lehinəyəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3176   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

"Geely"nin Azərbaycandakı rəsmi distribütoruna cərimə yazıldı

"Rich motors" MMC-yə inzibati protokol yazılıb. -ın xəbərinə görə, Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdə

18 aprel
.

Bakıda azyaşlı qızı qorxudub qızıllarını aldılar

Bakı şəhəri Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat verib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəl

18 aprel
.

Beşinci sinifdə tərk etdikləri məktəbə 36 il sonra belə qayıtdılar: Onlarla birlikdə şəhid də gəldi - VİDEO

4 keçmiş şagird 36 il sonra onların sosial həyata ilk addımlarını atdıqları, yıxılıb durduqları, ağlayıb güldükləri doğma məktəbə gediblər. Hər gün avtobus dayanacağından məktəbə tələsənlər bu gün heç tələsmədən xatirələrini yada salıblar. Bu gün 4 nömrəli məktəbdə dərs zənginin səsi gəlmir. Həmin məktəbi

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. xəbər verir ki, sənədi 206 nəfər imzalayıb. Məktubda deyilir:. "Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,. Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərini

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

Övlad valideynə aliment ÖDƏYƏ BİLƏR? - AÇIQLAMA

Bizim bu gün əsas mənəvi dəyərlərimizdən biri ailə instutunun qorunub saxlanmasıdır. Ölkədə boşanmaların gündən-günə artması bu dəyərlərimizə ağır zərbə vurur. Bildiyimiz kimi, məhkəmənin qərarına əsasən övlad boşanan tərəflərdən kimin himayəsində qalırsa, həmin şəxs aliment ödəməyə borcludur. Uşağ

18 aprel