Azərbaycanlı toy kortejində "Range Rover"dən çıxıb atəş açdı
Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında toy kortejində olan azərbaycanlı "Range Rover" markalı avtomobildən travmatik silahla havaya atəş açıb.
Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, hadisə avqustun 11-də Kolpinsky şossesində, Puşkin rayonu istiqamətində baş verib.
Bu barədə hadisə şahidləri yerli polis şöbəsinə məlumat veriblər. Onların sözlərinə görə, qafqaz əsilli bir nəfər avtomobilin lyukundan çıxaraq tapançadan havaya bir neçə dəfə atəş açıb.
Əməliyyat nəticəsində həmin şəxs saxlanılıb, onun 34 yaşlı azərbaycanlı olduğu bildirilir. Saxlanılan şəxsdən icazə kağızı olan "Grand Power" markalı tapança götürülüb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı avqustun 13-də Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci bəndinə (xuliqanlıq) uyğun olaraq cinayət işi açılıb. Şübhəli şəxs başqa yerə getməmək şərti ilə azadlığa buraxılıb.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 4664 Tarix: 14 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşYasamalda 24 yaşlı qızı avtomobil vurub
Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, metronun "İnşaatçılar" stansiyasının yanında avtomobil yolu keçən 200-ci il təvəllüdlü Aynur İbad qızı Allahverdiyevanı vurub. Yaralı təcili tibbi yardımı
21 aprelAğcabədidə Kürdə batan ata və qızının axtarışları davam etdirilir - VİDEO
Kürdə batan ata və qızın axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Bu barədə -a FHN-dən məlumat verilib. Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində iki nəfəri
14 aprelƏhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?
Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ
21 aprelMərkəzi Afrika Respublikasında gəmi batıb: 60 nəfər həlak olub
Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərinin yaxınlığında yerləşən Mpoko çayında gəminin batması nəticəsində azı 60 nəfər həlak olub. Bu barədə MAR mətbuatı məlumat yayıb. Qeyd olunub ki, gəmidə cənazə mərasiminə gedən qadın və uşaqlar da daxil olmaqla 300-ə yaxın insan olub. Bildirili
21 aprelTaxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb
Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus
21 aprelXaçmaz bazarında yanğın olub
Xaçmaz şəhərində yerləşən bazar ərazisində yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, bazarda bir dam altında tikilən ümumi sahəsi 2500 m² olan 20 ədəd müxtəlif təyinatlı obyektdən 2 ədədinin dam örtüyünün taxta atmaları 215 m² sahədə və içərisində ik
21 aprelŞəkidə avtomobil aşıb, xəsarət alanlar var
Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıca kəndi ərazisində qeydə alınıb. Şəki sakini 1965-ci il təvəllüdlü İbrahim Şahlar oğlu Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədə
21 aprel