AzTV-də YENİ TƏYİNAT: Rövşən Məmmədov bu şəxsə yüksək vəzifə verdi

AzTV-də YENİ TƏYİNAT: Rövşən Məmmədov bu şəxsə yüksək vəzifə verdi"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr dəyişiklikləri davam edir.

Sonxeber.az xəbər verir ki, "Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədov şirkətin Maliyyə və iqtisadiyyat şöbəsinin rəisi Natiq Kərimovu tutduğu vəzifədən azad edib.

Onun yerinə Elmar Əliyev təyin olunub.

Onu da nəzərə çatdıraq ki, işdən çıxarılan şöbə rəisi Natiq Kərimovu bir müddət əvvəl bu vəzifəyə Rövşən Məmmədov özü təyin etmişdi.

Teleşirkətin sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Yeni Sabah"ın sorğusuna cavab olaraq bildirib ki, N. Kərimov AzTV-yə gələn zaman onunla 6 aylıq müqavilə bağlanıb: "Bu müddət ərzində o maliyyə məsələlərində AzTV-yə kömək etməli idi. Müddət başa çatıb və öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Bu müddət ərzində Natiq müellim maliyyə məsələsində şəffaf sistemin təmin olunmasında bizə yaxından kömək etdi".

Sosial   Baxılıb: 1297   Tarix: 14 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR