Qarabağlı "Rəşid Cambulski"yə qarşı "Putin qanunu" tətbiq edildi – VİDEO
Tatarıstanın Kazan şəhərində 53 yaşlı "vor zakon" Rəşid Xaçatryana (Cambulski) qarşı Rusiyada bu yaxınlarda prezident Vladimir Putinin təşəbbüsü ilə qəbul edilmiş və "vor zakon" statusu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun tətbiq edilib. Virtualaz.org xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyi bildirir.
Xəbərə görə "Rəşid Cambulski" Tatarıstanın Çistopolks rayonunda kriminal nəzarətini təmin etmək üçün mütəşəkkil cinayətkar qruplaşma yaradıb. O, qruplaşmanın digər üzvləri ilə birlikdə biznesmenlərdən pul tələb edib alıb, pulların bir hissəsi şəxsən "Cambulski"yə çatıb. Dəstənin milyonlarla rubl ələ keçirdiyi bildirilir. "Rəşid Cambulski" və adamları SOBR xüsusi təyinatlılarının iştirakı ilə yaxalanıblar.
Kriminal avtoritetin polisdə dindirmə zamanı çəkilmiş videokadrları da yayımlanıb. Əməliyyatçılar tərəfindən sorğu-sual edilən "Rəşid Cambulski" deyir ki, 1966-ci ildə Qarabağda anadan olub. Əvvəllər dəfələrlə həbs edilib. Amma o, "vor zakon" statusu daşıyıb-daşımadığı haqda suala birmənalı cavab verməyib:
-"Vor zakon"san?
-Bilmirəm, nədən danışırsız. Nə qanun? Mən bütün ömrümü qanunsuzluqda yaşayıram.
-Axı "vor zakon" kriminal statusu daşıyırsan?
-Mən bilmirəm, belə status nə deməkdir. Mən Rusiya vətəndaşıyam və bu ölkdə yaşamaq haqqım var. Nəyim var, nəyim yoxdur, dövlət bilir. Buna görə həbsdə oturmuşam, indi isə üstəlik hesabat verəcəyəm. Bu günə qədər də məhkəmə işim davam edir… Hələ "sroku" başa vurmamışam, iki ilim qalır.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada Baxılıb: 1336 Tarix: 14 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini
25 aprelRusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO
Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb
24 aprelUşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı
İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind
23 aprelABŞ senatoru soyğunçuluğa görə həbs edilib
ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam
23 aprelMarketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI
Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub
25 aprelAvtostop çəkdikləri maşında qətliam törətdilər
Türkiyədə səhər saatlarında avtostop ilə iki nəfəri götürən 21 və 20 şəxslər silahlı hücuma məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, mübahisə naməlum səbəbdən böyüyüb. Avtomobilə minən şübhəli şəxslər atəş açaraq maşında olan digər iki nəfəri yaralayıb. Şübhəlilər avtomobildən düşərək sürətl
25 aprelBir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb
Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların
25 aprelDünyanın ən gənc həkimi: 17 yaşında
Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar
25 aprel