Qurban bayramı haqda min illik YANLIŞ - İlahiyyatçı açıqladı

Qurban bayramı haqda min illik YANLIŞ - İlahiyyatçı açıqladıHər il Qurban bayramı ərəfəsində bu bayramın mahiyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Artıq bayram geridə qalsa da, bu mövzu ətrafında müzakirələr hələ də davam edir. Bəzi dinşünaslar iddia edir ki, İbrahim peyğəmbərin gördüyü yuxu nəticəsində övladını kəsmək cəhdi vəhy deyil, yuxunun yanlış yozulmasıdır. Deyilənə görə, əslində bu, İbrahim peyğəmbərin yaşadığı dövrün bütpərəstliyinə əyilməsi ilə bağlıdır.

Bu iddialarla bağlı Axar.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Qurban verməyin tarixi çox qədimdir.

"Əslində, Qurban etmək insanlığın, bəşəriyyətin başlanğıcına bağlıdır və Hz. Adəmə qədər gedib çıxır. İlk vəhy oradan bütün insanlığa yayılıb. Quranda Habil və Qabil hadisəsi keçir. İki qardaş arasında olan müəyyən çəkişmədən dolayı Hz. Adəm onlara "Allah kimin qurbanını qəbul edərsə, o, haqqa yaxındır" deyir. Beləliklə, o, iki övlad arasındakı mübahisəyə son qoyur", - ilahiyyatçı bildirib.

A.Hacıbəylinin sözlərinə görə, Qurani-Kərimdə peyğəmbərlərin həyatında qurbanın olduğu müşahidə edilir:

"Hər bir peyğəmbərin öz qövmünə xüsusi qurbanları olub, amma hökm olaraq nədən kəsildiyi məsələsində fərqlilik ola bilər. Amma Qurban bir ibadətdir".

İlahiyyatçı İbrahim peyğəmbərin oğlunu qurban etməsinin Allahın vəhyi olduğunu söyləyib:

"Məlumdur ki, Allah Hz. İbrahimin 90 yaşına qədər ona övlad verməyib. "Saffat" surəsində də Rəbbimiz bir daha bu məsələyə qayıdır və İbrahim peyğəmbərin gördüyü yuxudan bəhs edir. Bu yuxudan Nəmrudun qəzəbinə düçar olmuş Həzrəti İbrahim odun-atəşin içərisinə atıldığı zaman dua edir ki, Allahım, sənə gəlirəm, mənə doğru yolu göstərəcək Sənsən. Mənə saleh övlad nəsib et". "Saffat" surəsinin 104 və 105-ci ayələrində göstərildiyi kimi, Rəbbim ona bir övlad verir. Allah İsmayılı həlim bir övlad, bir peyğəmbər olaraq ona əmanət edir. İsmayıl əleyhissalam 12-13 yaşlarına çatanda Rəbbimiz yenidən İbrahim peyğəmbərin ailəsini sınağa çəkir. Bu zaman qocaman peyğəmbər 3 dəfə yuxuda gördüyü üçün övladını kəsmək istəyir və bunu Hz. İsmayıla söyləyir. Bu hadisə Qurani-Kərimdə də var. Rəbbimiz İbrahim əleyhissalamın gördüyü yuxunu gerçəkləşdirməsini istədiyini Quranın başqa bir ayəsində də ifadə edir. Oğlunu qurban kəsmək istəyən İbrahim övladına deyir ki, səni Allah yolunda kəsəcəyəm. O da deyir ki, Ata, sənə əmr olunanı yerinə yetir. İnşallah, məni səbir edənlərdən görəcəksən.

İsmayıl peyğəmbər hətta atasına gözlərini bağlamağı xahiş edir ki, birdən gözü gözünə toxunar və Allahın əmrini yerinə yetirə bilməz. İbrahim peyğəmbər oğlunun başını bir neçə dəfə kəsmək istəsə də, bıçaq kəsmir. Bu hissə Quranda olmasa da, hədislərdə təkrarlanır. Nəhayət, Qurani-Kərimin verdiyi mesajda deyilir ki, Ey İbrahim, sən röyanı təsdiqlədin! Görünür, bu, bir röya olsa belə, vəhy hökmündədir. Peyğəmbərlərin gördüyü röyalar, yuxular gerçəkdir, haqdır. Bundan sonra Allah İbrahim peyğəmbərin övladına müqabil qoç endirir və o gündən bu günə qədər də bu ibadət gerçəkləşir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1530   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel
.

Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb

Xocavənd rayonunun Xocavənd kəndi ərazisində şərab zavodunun yaxınlığında yerləşən yaşayış binasına aid olan ferma tipli tikilidə xeyli sayda partlayıcı maddə aşkarlanıb. Bu barədə -a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Qeyd edilib ki, ANAMA əməkdaşları tərəfindən həyata keçirilə

19 aprel
.

Uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq. xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb. Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. 2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək "İmmunlaşdırma həftəsi"

19 aprel
.

"Xəzər TV"nin məşhur verilişi bağlanacaq

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq. Bu barədə -ın sorğusuna cavab olaraq Xəzər TV-dən bildirilib. "Televiziya olaraq artıq bu cür layihələrin dövrünün başa çatdığını düşünürük. Bəli, doğrudan da may ayını

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18 aprel
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18 aprel
.

Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - Video

İşğaldan azad olunan Kəlbəcərdə tikinti işçilərinin boş ərazidə futbol oynaması diqqət çəkib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. Belə ki, görüntülərdə işçilərin boş ərazini stadiona çevirərək, futbol oynadıqları əks olunub. Həmin görüntünü təqdi

19 aprel
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18 aprel