Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadları

Buzlaqlar əriyir, nəfəsimiz kəsilir - İqlim dəyişikliyinin fəsadlarıArktikada buzlaqların sürətlə əriməsi dünyanın gələcəyi üçün böyük təhlükə yaradır.

Svaalbard və Qrenlandiya adalarını bir-birindən ayıran Fram boğazı buzlaqların "öldüyü" yerlərdən biridir.

Qlobal iqlim dəyişikliyi Arktikada buzlaqları normadan iki dəfə artıq isidir ki, bu da kütləvi şəkildə əriməyə gətirib çıxarır. Bu isə buzlaqların altında bir çox xoşagəlməz proses yaradır.

Elm adamları buzun altındakı proseslərin hansı təhlükələr yaradacağını dəqiq bilmək üçün daha çox məlumat əldə etmək istəyirlər. Fram Boğazı Arktika Rəsədxanasının məlumatlarına görə, 1990-cı ildən bu yana dəniz buzlarının qalınlığı üç metrdən iki metrə qədər azalıb.

Şimali Karolina Vilminqton Universitetinin fiziki Till Vaqner deyir ki, Arktikanın bütün yerlərində buzlaqlar incəlib. Alimlərin qənaətinə görə, buzlaqlara daxil olan isti sular Qolfstrim isti cərəyanı vasitəsilə gəlir. Elm dünyası qeyd edir ki, bu hal Arktika, Cənubi Kanada və Mərkəzi Amerikada temperaturu yüksəldəcək, Avropanın şimal-qərb hissəsində isə əksinə, havalar soyuyacaq.

"Bu isti sular Arktikaya daxil olduğu zaman buzlaqların altına düşür. Buzun altındakı təbəqə isə səthə yaxınlaşaraq buzları altdan əridir", - deyə T.Vaqner bildirir.

Dərin qatlardakı buzlaqların tərkibi alimlərin əsas tədqiqat obyektlərindən biridir. Bioloji okeanoqraf Mattias Keyp bildirir ki, buz parçasının içərisində mikroskopik meşə mövcuddur.

"Bura mikroskopik orqanizmlərin evidir", - deyə M.Keyp əlavə edir.

Alim deyir ki, bu orqanizmlər atmosferdən karbon-dioksidi özlərinə çəkərək, qlobal iqlim dəyişikliyinin azaldılmasında mühüm rol oynayır:

"Bu, fotosintezdir, onlar oksigen ixrac edirlər. Bu, bizim aldığımız oksigendir".

Buzlaqlar təkcə Arktikada yox, Antarktikada da sürətlə ərimə təhlükəsi ilə üz-üzədir.

Tədqiqatçılar Antarktikada buzlaqların sürətlə əriyəcəyini bəyan edirlər. Qənaətə görə, Antarktikada buzlaqların əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qala bilər. Son tədqiqatlarda göstərilir ki, 1990-cı illərlə müqayisədə Antarktidada buz itkisi beş dəfə artıb.

Buz itkisi qitənin içərilərinə doğru irəliləyir və bəzi yerlərdə qalınlığı 100 metrdən də aşağı düşür. Qərbi Antarktikadakı "Thwaites" buzlağının gələcəkdə dəniz səviyyəsinin artması üçün çox böyük risk olduğu bildirilir. Təkcə bu buzlağın əriməsi nəticəsində dəniz suyunun səviyyəsi 50 santimetr qalxa bilər.

Məlumatlara görə, dənizin dibindəki torpaq xətti geri çəkilir, bu isə qeyri-sabitliyin, buzların əriməsinin gözləniləndən çox olacağını deməyə əsas verir. Corciya Texnologiya İnstitutunun dosenti Aleks Robel hesab edir ki, temperaturun yüksəlməsinin qarşısı alınsa belə, yaxın 150 ildə buzlaqlar məhv olacaq.

NASA-nın alimi Helen Seroussinin fikrincə, yaxın 200-600 ildə bu hadisə baş verə bilər:

"Bu isə buz altındakı topoqrafiyadan asılıdır. Biz bu barədə ətraflı məlumata malik deyilik".

Aparılan yeni araşdırmalara görə, hətta gələcək üçün nəzərdə tutulmuş orta temperaturun 2 selsiyə kimi qalxması belə dəhşətli fəsadlarla nəticələnəcək.

Stokholm Davamlılıq Mərkəzinin professoru Uil Steffen Yerin dağıdıcı iqlim dəyişikliyinə nəzarət etməyin mümkün olmadığı bir kritik nöqtəyə çatdığını söyləyib.

Mütəxəssislərin fikrincə, bu, Arktikada buzlaqların azalması və Amazon meşələrinin qırılması kimi "domino effekti" yarada bilər. (oxu)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2056   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

Məşhur psixoloji test: Ən böyük qorxunuzun nə olduğunu öyrənin

"Girməkdən qorxduğunuz hər mağarada axtardığınız bir şey var", - Cozef Kempbell deyib. Qorxularımız tez-tez irəliləməyimizə, özümüzü yetərli və xoşbəxt hiss etməyimizə mane olan maneələr yaradır. -ın xarici mediaya istinadən xəbərinə görə, tədqiqatçı və yazıçı Cozef Kempbell inanırdı ki, qorxularınız

21 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

Vatsapda böyük fayllar göndərmək mümkün olacaq

Vatsap əhatə dairəsindəki istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı "The Guardian" məlumat yayıb. Belə ki, istifadəçilər indi simsiz şəbəkə üzərindən də faylları paylaşa biləcəklər

24 aprel
.

Braziliyada qadın ölmüş qohumunu banka gətirdi: İmzası ilə kredit almaq istədi - VİDEO

Braziliyanın Rio-de-Janeyro şəhərində qadın ölmüş dayısını banka gətirib və onun imzasından istifadə edərək kredit əldə etmək istəyib. Kişinin solğun və hərəkətsiz görüntüsü bank işçilərinin diqqətini cəlb edib. Qadından bunun səbəbini soruşduqda o, kişinin başını dik tutaraq, onun əli ilə öz adına kredi

21 aprel
.

"Tesla"nın bütün "Cybertruck"ları xarab çıxdı

ABŞ-nin "Tesla" şirkəti 3878 ədəd "Cybertruck" elektrik pikapını qaz pedalındakı problemlərə görə geri çağırır. Bu barədə ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) hesabatında bildirilir. Məlumata görə, nasazlığa qaz pedalına çox bərk basmaq səbəb ola bilər

20 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel