General Əli Nağıyev birinci dəfə müəllim işləyib (RƏSMİ DOSYE)

General Əli Nağıyev birinci dəfə müəllim işləyib (RƏSMİ DOSYE)Əli Nağıyevin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yeni rəisi təyin olunmasından iki aya yaxın vaxt ötür.

Ekspertlər ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə DTX-nın sükanı arxasına keçən Əli Nağıyevin təyinatını son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndiriblər.

Modern.az saytı DTX-dan general-leytenant Əli Nağıyevin tərcümeyi-halını əldə edib. Bu, Əli Nağıyevin indiyə kimi açıqlanan ilk rəsmi tərcümeyi-halıdır.

Buyurun tanış olun:

Əli Nağı oğlu Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.

1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.

Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini təyin olunub.

Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.

Azərbaycan Prezidentinin 27 mart 2002-ci il tarixli 680 nömrəli Fərmanı ilə göstərdiyi yüksək peşəkarlığa, cəsarətə və igidliyə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Təhlükəsizlik orqanlarında xidmət etdiyi müddət ərzində çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülüb.

2011-2019-cu illərdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 5 avqust 2014-cü il tarixli 672 nömrəli sərəncamı ilə Əli Nağıyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Ölkə başçısının 28 sentyabr 2018-ci il tarixli 514 nömrəli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

27 iyun 2019-cu il tarixli 1300 nömrəli sərəncamla Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3055   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Sülh müqaviləsi nə zaman imzalanacaq? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov Azərbaycanın Ermənistanla münasibətləri normallaşdırmağa hazır oluğunu qeyd edərək, ölkəmizin bir daha sülhəmeyilli siyasət apardığını bildirib. Bununla yanaşı, erməni mediasında da Baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləs

8 sentyabr 2021
.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

Rusiya Dumasında pedofillər üçün edam cəzası müzakirə olunur

Rusiyada pedofillər üçün edam cəzasının geri qaytarılması zəruridir. Bu təklifi deputat, Rusiya Dövlət Dumasının Dövlət Tikintisi və Qanunvericilik Komitəsi sədrinin birinci müavini Mixail Yemelyanov irəli sürüb. Yemelyanov Kiselyovskda əvvəllər cinsi təcavüzə görə məhkum edilmiş şəxs tərəfindən on yaşl

8 sentyabr 2021
.

Paşinyan Azərbaycan kəndlərinin adlarını çəkməsinin səbəbini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir etmək üçün Azərbaycan toponimlərindən istifadə etməsindən danışıb. "Bu, sadə bir səbəbdən edildi. Ona görə ki, Ermənistan Respublikasının vətəndaşları bu nöqtələrin ölkəmizin və ya Sovet Ermənistanının ərazisində olmadığını, İrəvanı

15 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021