Romanlarımda seks mövzusuna toxunmuram - Çingiz Abdullayev İsraildə müsahibə verdi

Romanlarımda seks mövzusuna toxunmuram - Çingiz Abdullayev İsraildə müsahibə verdiİsraildə dünyaşöhrətli Azərbaycan nasiri, əfsanəvi Dronqonun "atası", iki yüzdən çox romanın və kino ssenarisinin müəllifi və müasir dövrün ən çox oxunan yazıçılarından biri olan Çingiz Abdullayevlə görüşlər keçirilib.

Çingiz Abdullayev XX əsrin ən yaxşı detektiv romanlar silsiləsinin müəllifidir. Psixoloji və siyasi detektiv janrında yazan nasir "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və "STMEQİ" Beynəlxalq Yəhudi Xeyriyyə Fondunun dəvəti ilə İsrailə gəlib.

"Azİz"in məlumatına istinadla xəbər verilir ki, görkəmli yazıçı ilə görüşlər Afula şəhərindəki Azərbaycan Mədəniyyət Mərkəzində və Tel-Əvivdəki Rusiya Mədəniyyət Mərkəzində keçirilib. Sevimli yazıçısı ilə görüşə gələn hər bir oxucuya "Sholumi" mərkəzinin buraxdığı və üzərində Çingiz Abdullayevin avtoqrafı olan "Kuba kapriççiosu" romanının audio versiyası təqdim olunub.

Yazıçının İsrailə səfəri yerli kitabsevənlərin həyatında əlamətdar hadisə olub. Bu səbəbdən ölkənin müxtəlif bölgələrindən çoxlu insan onun görüşünə gəlib. İsraillilər Çingizi gurultulu alqışlarla, onun istedadına heyranlıq hissləri dolu coşqun baxışlarla qarşılayıblar. Azərbaycan yazıçısının iştirak etdiyi KAN REKA dövlət radiokanalında jurnalist Alona Brennerin "Noçnaya smena" verilişinin canlı yayımının yüksək reytinq qazanması da Çingiz Abdullayevin populyarlığının göstəricisidir.

İstənilən məşhur şəxsiyyət haqqında internetdə informasiya tapmağın mümkün olduğu müasir dövrdə adama elə gəlir ki, tanınmış yazıçının pərəstişkarları onun haqqında məlumatları həm kitablardan, həm də KİV-dən öyrənə bilərlər. Lakin, eyni zamanda, bizim bilmədiyimiz məqamlar da var və bu barədə yazıçının özündən öyrənmək istəyirik.

"Azİz" Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman da öz suallarını məşhur həmyerlisinə ünvanlayıb:

- Çingiz müəllim, Siz o qədər çox və maraqlı yazırsınız ki, hərdən adama elə gəlir ki, bu qədər süjeti düşünüb tapmaq mümkün deyil. Yəqin ki, onların bir hissəsini real həyatdan götürürsünüz. Zəhmət olmazsa, bununla bağlı deyərdiniz, kitablarınızdakı süjetlərdə gerçəklik payı nə qədərdir?

-Hesab edirəm ki, onlar kifayət qədər realdır – təxminən 80-90 faizi belədir.

- Siz Azərbaycanda dünyaya gəlmisiniz, kitablarınızda isə hadisələr əsasən Qərbdə cərəyan edir. Siz özünüzü kim olaraq görürsünüz? Qərb, yoxsa Şərq insanı kimi?

-Tənqidçilər qeyd edirlər ki, mənim qəhrəmanlarım Qərbin və Şərqin özünəməxsus simbiozudur. Yəqin ki, elə mən özüm də.

-İndi süjetləri haradan götürürsünüz?

- Həyatdan. O, gözlənilməz, dinamik və yetərincə faciəlidir. Heç bir şey uydurmaq lazım gəlmir. Hər gün təsəvvür edəcəyimizdən də daha maraqlı hadisələr baş verir.

- Moda Sizin üçün nədir və bu sahədə Sizin öz meyilləriniz varmı?

-Moda arxasınca getmək sərsəmlikdir, amma onu nəzərə almamaq daha çox sərsəmlik olar. Mən kitablarımda özümə xas olan meyilləri qələmə alıram. Bunlar qəhrəmanlarımın sevdikləri brendlərdir. Təfsilata varmaq istəmirəm, çünki məni gizli reklamda ittiham edə bilərlər.

- Sizin uğurunuzun sirri nədədir? Bu, sizin gərgin əməyinizin nəticəsidir, yoxsa "yuxarıdan" gəlir?

- Zəhmət, zəhmət və bir daha zəhmət. Uğurun sirri budur. Təəssüf ki, "yuxarıdan" heç kim kömək etmir. Hərçənd aydındır ki, "ilahi qığılcım" da olmalıdır və onsuz heç nə mümkün deyil.

- Kitablarınızda heç bir vəchlə toxunmayacağınız mövzular varmı?

- Şübhəsiz. Bunlar seks, zorakılığın təbliği, terror aktlarında istifadə oluna biləcək əlaltı vasitələrin təsviri, real insanların təhqir olunması, xalqların və ya millətlərin ünvanına təhqiramiz ifadələrdir.

- Sizin milyonlardan gizli sirləriniz varmı və onları nə vaxtsa açıqlayacaqsınız?

- Yəqin ki, bəli. Tənqidçilər bunun üzərində kifayət qədər uğurla işəyirlər.

- Xalq, millət, insan – Sizin üçün bu zəncirin ən mühüm halqası hansıdır?

- İnsan. O, hər şeyin meyarı və istinad nöqtəsidir. Bütün xalqlar və millətlər məhz ondan başlayır.

- Kulinariyada nəyə daha çox üstünlük verirsiniz?

- Çox rəngarəng seçimim var. Lakin anamın və nənəmin hazırladığı Azərbaycan, Bakı yeməklərini daha çox sevirəm.

- "İsrail" dedikdə ağlınıza ilk olaraq nə gəlir?

-Dünyaya çoxlu sayda şəksiz dahilər bəxş etmiş böyük xalq. Tamamilə imkansız şəraitlərdə mövcudluğunu qoruyub saxlayan ölkə. Öz dillini və dövlətini dirçəltmiş insanlar. Bir də, mənim çoxlu sayda sadiq oxucularım.

-Çox sağ olun, əziz Çingiz müəllim! Sizə yeni maraqlı süjetlər, tükənməz yaradıcılıq enerjisi və sevimli yazıçı zəhmətinizin bəxş etdiyi xoşbəxtlik arzulayırıq. (Azərtac)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1717   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

"Beyinləriniz cırtdan, ürəyiniz şikəst qalıb" - Yazıcıdan sərt CAVAB

Aktyor Hamza Yazıcı sevgilisi Şenay Forbes ilə istirahətdə olarkən görüntülənib. türk mediasına istinadən xəbər verir ki, aktyor onun və sevgilisi ilə bağlı sosial şəbəkələrdə fotolara yazılan təhqirlərə səssiz qalmayıb. Yazıcı "Ümid edirəm sizin də ailələrinizə bu cür şərhlər yazılar. Bizim canımız

11 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021
.

Boşanmadan ikinci dəfə evləndi, müəmmalı qəzada öldü...

xəbər verir ki, tanınmış xanəndə Səxavət Məmmədov haqqında 10 maraqlı fakt hazırlayıb. 1. Səxavət Əmirxan oğlu Məmmədov Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanırdı. Asə

28 iyul 2021
.

Sayı 100-dən artıq Gəncə bəy evləri – VİDEO

Gəncə bəylərinin evinin yaşı XVII əsrin əvvəllərinə təsadüf edir. XVII əsrin ortaları və XIX əsrin əvvəllərində xüsusi memarlıq üslubunda tikilən belə evlərin sayı daha da artıb. Buna səbəb XVII əsrdən başlayaraq Gəncədə yaşayan və əsasən ticarətlə məşğul olan insanların digər ölkələrlə ticarət əlaqələr

12 sentyabr 2021