Ölüm hökmündən xilas olan sabiq nazirlər - Nəriman İmranovla Müzamil Abdullayev hardadır? - ARAŞDIRMA

Ölüm hökmündən xilas olan sabiq nazirlər - Nəriman İmranovla Müzamil Abdullayev hardadır? - ARAŞDIRMAMüstəqillik illərində Azərbaycanda vəzifədən kənarlaşdırılan xeyli nazir olub. Onlardan kimisi yüksək postdan birbaşa həbsxanaya göndərilib, kimisi incik yola salınıb, kimisinə də yeni vəzifə verilib. Bununla yanaşı, təqaüdə yola salınanlar da olub...

Nəriman İmranov və Müzamil Abdullayev... Yəqin ki, bu eks-nazirləri xatırlayırsınız. Birinci sabiq milli təhlükəsizlik naziri, ikinci keçmiş kənd təsərrüfatı naziridr.

Mərhum dövlət başçısı Heydər Əliyevin komandasında təmsil olunan hər iki şəxsi nazir işlədikləri zaman yol verdikləri bağışlanmaz səhvlər birbaşa həbsə aparmışdı.

"Müzamil İmran oğlu Abdullayev işdə ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilsin" – Prezident Heydər Əliyevin 15 oktyabr 1994-cü ildə imzaladı fərman...

Heydər Əliyev Müzamil Abdullayevin əməllərindən bərk qəzəblənmişdi. 25 avqust 1995-ci il tarixində Prezident Sarayında Heydər Əliyev respublikada kənd təsərrüfatı işlərinin gedişi və aqrar islahatların həyata keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədəki çıxışında sabiq nazirin əməllərindən hiddətləndiyini gizlətməmişdi. Sitat:

"Kənd Təsərrüfatı Nazirliyini təmizləmək lazımdır. Mən kadr məsələsini nəzərdə tuturam. Mən bu göstərişi bir neçə dəfə vermişəm. Müzamil Abdullayev kimi quldurlar, cinayətkarlar iqtisadiyyatımıza nə qədər zərbələr vurublar. Tək o deyildir, başqaları da olublar. Bizim kənd təsərrüfatı sahəsini belə cinayətkarlardan, belə quldurlardan xilas etmək lazımdır. Amma onların bir çoxu indiyədək ayrı-ayrı vəzifələrdə oturublar və öz əxlaqı ilə, öz keçmiş əhval-ruhiyyəsi ilə yaşayaraq iqtisadiyyatımızı dağıdırlar".

Müzamil Abdullayev 1941-ci ildə Gəncə şəhərində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
1996-ci ildə "Surət Hüseynov olayı"na görə vətənə xəyanət ittihamı ilə təqsirləndirilən eks-nazirə əvvəlcə ölüm hökmü kəsilib, sonra bu hökm ömürlük azadlıqdan məhrumetmə ilə əvəzlənib. Daha sonra isə cəzası 15 illik həbslə əvəz edilib. 1999-cu ildə isə ölkə başçısının əfv fərmanı ilə azadlığa buraxılıb. Onu ictimaiyyət həbsxanadan xərəkdə çıxması ilə xatırlayır.

Deyilənlərə görə, Müzamil Abdullayevin həbsdən azad olunmasını o zaman Fransa prezidenti olan Jak Şirak birbasa Heydər Əliyevdən xahis edib. Müzamil Abdullayev ixtisasca şərabçı olduğundan Fransada hakimiyyətin üst düzəni ilə geniş əlaqələri varmış. Jak Şirak da Fransanın şərabçılıq biznesi lobbiçilərinin təsiri ilə Heydər Əliyevdən belə bir xahiş edib.

Nəriman İmranov 1944-cü ilin 2 yanvarında Qərbi Azərbaycanın Basarkeçər rayonunun (Vardenis rayonu) Şişqaya kəndində anadan olub. 1993-cü ilin iyulundan 1994-cü ilin oktyabrına kimi milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.
1994-cü il dekabrın 21-də bir qrup şəxsin Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılmasında təqsirləndirilərək, vətənə xəyanət ittihamı ilə ömürlük azadlıqdan məhrum edilib. Amma onun bəxti gətirdi və əfv olundu.

Bəs Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılanlar kimlər idi? 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlandırılan neft sazişinin imzalanmasından bir gün sonra vətənə xəyanətdə ittiham edilən keçmiş yüksək vəzifəli şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasından qaçdılar. Onlar keçmiş müdafiə naziri Rəhim Qazıyev, onun müavini Baba Nəzərli, "Laçın" alayının komandiri Arif Paşa və separatçı "Talış Muğan Respublikası"nın yaradıcısı Əlikram Hümbətov idi. Bu hadisə aydın səmada şimşək kimi çaxmışdı...

Bu qaçış milli təhlükəsizlik naziri Nəriman İmranovun işdən çıxarılması və həbsi ilə nəticələndi.

Nəriman İmranov da düz üç dəfə Prezident Heydər Əliyevin əfv fərmanının sevincini dadıb. Birinci ölüm hökmü ömürlüklə əvəz olunanda, ikinci ömürlük həbs cəzası 15 illə əvəz olunanda, üçüncü isə 2002-ci ildə əfv olunub azadlığa buraxılanda.

Nəriman İmranov və Müzamil Abdullayev həbsdən çıxandan sonra susmağa üstünlük veriblər. Tamamilə kölgəyə çəkilən bu sabiqlər əsla mətbuata yaxın durmur, jurnalistlərdən gizlənirlər.

Bəs hazırda 75 yaşlı Nəriman İmranov və 78 yaşlı Müzamil Abdullayev harada yaşayır, nə işlə məşğuldurlar?

Modern.az saytı adları çəkilən sabiqlərin hazırda harda olduğunu araşdırmağa çalışıb.

Eks-nazirlərə yaxın mənbələrdən əldə etdiyimiz məlumata görə, həm Nəriman İmranov, həm də Müzamil Abdullayev hazırda Azərbaycanda yaşayır.

O da qeyd edilib ki, Müzamil Abdullayev Azərbaycanla yanaşı, həm də Rusiyada yaşayır. Yəni həm orada, həm də burada yaşayıb, hər iki ölkədə də biznes fəzliyyətilə məşğuldur. O illərdir ki, Moskvada böyük biznes şəbəkəsinə rəhbərlik edir. Həbsdən çıxandan sonra M.Abdullayev Moskvaya mühacirət edib, əvvəlcə araq-şərab məhsullarının istehsalı və idxal-ixracı ilə məşğul olub. Sonra onun Azərbaycanda da biznes qurmağına icazə verilib. Məlumatlara görə, sabiq nazir hazırda Azərbaycanda kənd təsərrüfatı məhsulları da yetişdirir.

Rusiya mediasının da yazdığına görə, Moskva vilayətinin Dolqoprudnıy rayonundakı ən böyük meyvə-tərəvəz bazası Azərbaycanın sabiq kənd təsərrüfatı nazirinə məxsusdur. Bu bazada çalışanların böyük əksəriyyətinin Azərbaycanın Şəmkir rayonundan olduğu söylənilir.

Onun Rusiyada digər böyük obyektləri də fəaliyyət göstərir.

Rusiya rəsmi qurumlarında Müzamil Abdullayev fərdi sahibkar kimi qeydə alınıb. Məlumatlarda onun əsas fəaliyyət istiqamətlətinin qida məhsulları, içkilər və tütün məmulatlarının topdan ticarəti göstərilir. Amma ümumilikdə eks-nazirin 10 istiqamət üzrə işlədiyi bildirilir.

Bakıda yaşayan Nəriman İmranovun da bizneslə məşğul olduğu bildirilir.

Hər iki eks-nazirin geniş maddi imkanlara sahib olduğu vurğulanır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1993   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

Namus üstündə nişanlı qızı boğan dayıdan YENİ XƏBƏR

Göyçayda bacısı qızını boğub öldürən Vüqar Bədəlovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. -a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Nahid Mirzəyevin icraatına verilib. Qeyd edək ki, bu ilin may ayınd

9 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021