"Anamın üzünü görməmişəm, atam isə..." - Afaq Bəşirqızı ilə doğum günü söhbəti

"Anamın üzünü görməmişəm, atam isə..." - Afaq Bəşirqızı ilə doğum günü söhbətiAdətən müsahibənin girişində müsahiblər barədə təmtəraqlı sözlər, pafoslu ifadələr işlətməkdən qaçmışam. Amma bu müsahibim barədə nə qədər xoş sözlər, təriflər deyilsə, yenə də azdır. Ən azı ona görə ki, o, Prezident İlham Əliyevlə mədəniyyət və incəsənət xadimlərinin görüşündəki çıxışıyla onlarla, bəlkə də yüzlərlə ailənin sevincinə səbəb oldu. Əbəs deyil ki, onu həm də gənc aktyor-aktrisaların hamisi, ümid yeri hesab edirlər. Bu gün o haminin 64 yaşı tamam olur. Doğum günü təbriklərinin çox olmasına rəğmən, Sənətkar bizə də vaxt ayırdı.

Beləliklə, "Ölkə.az"ın suallarını "Şöhrət" ordenli Xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Afaq Bəşirqızı cavablandırır.

- Afaq xanım, sizcə, doğum günü kamilləşməkdir, yoxsa yaşlanmaq?

- Adam əvvəlcə gözləyir ki, gələn ay doğum günümdür, yaxud bir neçə gündən sonra ad günümdür... Saat 12də baxırsan ki, indi təbriklər başlayacaq. Heç bir insan deməsin ki, doğum günü mənim üçün adi günlərdən biridir. Bu, mümkün olan şey deyil. Əgər insan həyatı sevirsə, deməli, həyata gəlməyini də sevir. Əlbəttə, elə doğum günü var ki, təntənəli keçir, elə də olur ki, yaxınlarının, doğmalarının əhatəsində keçir. Fərq yalnız bunda ola bilər.

- İlk təbrik də hər zaman maraqlıdır...

- İlk təbriki yaxınlarım, doğmalarım edirlər. Onların diqqətini hər zaman hiss etmişəm və edirəm. Amma deyim ki, ən birinci təbriki özüm edirəm. Adətimdir, həmişə doğum günündə ən çox sevdiyim ətiri açıb, istifadə edirəm. Ondan sonra isə oğlum, həyat yoldaşım, nəvələrim, ailə üzvlərim, sevənlərim məni təbrik edirlər.

- Yaradıcı insan üçün təbii ki, diqqət çox önəmlidir. Bəs sizin üçün təmtəraqlı doğum günləri daha maraqlıdır, yoxsa yaxın çevrəylə qeyd etdiyiniz ad günü?

- Mən ona bir fərq qoya bilmərəm. Çünki mənim təntənəli doğum günüm nəvəmin 15 yaşı ilə üst-üstə düşəndə olub. Öz yubileylərim təntənəli keçirilməyib. Yalnız Heydər Əliyev adına Sarayda yaradıcılıq gecəm keçirilib. Əgər ömür vəfa etsə, gələn il ikinci nəvəm Əhmədpaşanın 15, mənim 65 yaşım, Əhməd bəylə evliliyimizin isə 40 ili tamam olur. Ona görə gələn il mənimçün çox önəmli olacaq.

- (zarafatyana) Riyaziyyatla aranız necədir? Çünki sanki hər şeyi dəqiqliklə ölçüb biçmisiniz.
- Hər hansı sevinci, diqqəti riyaziyyat tamamlamır. Riyaziyyat elmlərin açarı olsa da, insanın açarı onun şüuru, davranışı və dünyaya baxışıdır. Ona görə də mənim həyat yoldaşımla qırx illik ömrümün riyaziyyata aidiyyatı yoxdur (gülür).

- Bəzən sənətkarlar yaşa dolduqca diqqət kasadlığından gileylənirlər. Amma məncə siz xüsusən bu ərəfələrdə gənc aktyor və aktrisaların diqqətini daha çox hiss edirsiniz. Çünki problemləri, çətinlikləri olanda ilk ağıllarına gələn sənətkar məhz sizsiniz...

- Allah mənə unudulmağı qismət etməsin. İnşallah, gözəl Allahım unudulmağıma imkan verməyəcək. Sənətkarın ən böyük dərdi unudulmaqdır. Əlbəttə, sənətkar meydandan vaxtında getməyi bacarmalı və bunu qəbul etməlidir. Amma sən meydanın sinəsinə möhkəm adımlarını, dabanlarını basa bilirsənsə, deməli, sənə o meydan var. Deyir ki, "Demə, bu şirə piridir, cəngi meydanda, şir elə şiridir ki şiridir". Mən şir bürcündənəm. Mənimçün ən böyük qüvvə Allah, ən sevimli din öz dinim, sevimli varlıqlarım övladlarım, ən önəm verdiklərim isə xalqımın balalarıdır. Ona görə də öz övladlarım üçün etdiklərimin daha artığını başqaları üçün, öz millətimin balaları üçün etmək istəyirəm. Ola bilər ki, övladın sənin ona etdiyinə sağ ol deməyi unudar, düşünər ki, anamdır, etməlidir. Amma başqasına göstərdiyim qayğı ömrümün üstünə ömür gətirir. Hiss edirəm ki, onu bu qayğımla yaşatdım, sabaha inandırdım. Ona görə bütün etdiklərimin hamısını ana, vətəndaş və ağbirçək borcum hesab edirəm. Mən həm gəncləri, həm orta yaşlıları, həm öz yaşıdlarımı çox sevirəm. Ən çox sevdiklərim isə uşaqlardır.

- İndiyə qədər ən yadddaqalan hədiyyəniz hansı olub?

- Sənətkar deyə bilər ki, mənim premyeralarımın hər biri hədiyyəmdir, yaddaqalan günümdür, mükafatlarım, ödüllərim və sair. Amma mən anayam, qadınam və həyatda ən sevimli günüm həyat yoldaşımla rastlaşdığım gün, eyni zamanda yeganə övladım Semralın avqustun 12-də dünyaya gələn günüdür. Çox qəribədir ki, avqust ayının on günün müddətində nəvəm Bəşir istisna olmaqla, doğum günlərimizdir. Bəşir də mənim ilimdəndir, amma mayın 15-də anadan olub. Balaca nəvəm Əhmədpaşa avqustun 10-dur, Semral avqustun 12-i, mən avqustun 15-i, Əhməd müəllim isə avqustun 20-dir. Hamımız şir bürcüyük. Amma evimizdə nərilti-gurultu yoxdur. Yaradıcı, həyati nərilti-gurultu var, yeri gələndə qalibiyyət nərilti-gurultusu da var. Evin böyüyünün, kiçiyinin, ağsaqqalının, ağbirçəyinin isə yeri başqadır. Bu, Təhməzovlar ailəsində qəbul edilmiş qaydadır.

- Əslində, mən əvvəlki sualda atanız Bəşir Səfəroğludan aldığınız hədiyyədən danışacağınızı düşünmüşdüm. Ümumiyyətlə, sizə hədiyyə edirdimi?

- Atamı cəmi 1 il 4 ay görmüşəm. Çünki anam məni dünayaya gətirəndə, atam isə 12 yaşımda vəfat edib. 12 yaşıma qədər məni nənəm saxlayıb. Sonra nənəm vəfat etdiyinə görə atam məni tələb etdi. Tələb edəndə isə atam xəstəxanada idi. Ona cəmi 4-5 dəfə ata deyə bilmişəm. Ona görə də onun mənə ən böyük hədiyyəsi məni dünyaya gətirməyi olub. Mən, valideynlərimin boynumdakı minnətini heç vaxt ödəyə bilməyəcəm. Çünki valideynin pisi, diqqətsizi, yararsızı olmur. Valideyn valideyndir, ən azı doqquz ay səni bətnində gəzdirib. Anamın üzünü görməsəm də, heç vaxt onun borcundan çıxa bilmərəm. Eyni sözləri də atama aid edirəm. Bəşir Səfəroğlu adı mənimçün ömürlük hədiyyədir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 1420   Tarix: 15 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

Qaxın möhtəşəm Kürmük məbədi - VİDEO

Erkən orta əsrə aid qədim Alban məbədinin izlərini daşıyan Qax rayonundakı Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə insanın axışdığı ibadətgah yeridir. Bu məbəd xristianlıq və İslam dininin qəbulundan sonra belə yerli əhalinin qədim inanclar sistemini yaddaşlarda saxladığını göstərir. Arxeoloj

26 avqust 2021
.

Əməkdar mədəniyyət işçisi koronavirusdan dünyasını dəyişdi

Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi, əməkdar mədəniyyət işçisi vəfat edib. -ın məlumatına görə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi Nairə Sadıxova dünyasını dəyişib. Qeyd edək ki, N. Sadıxova 1964-cü il iyul ayını

4 sentyabr 2021
.

"Onlar millətin üz qarası, faciəsidir" - Flora Kərimova

"Bu nə dəhşətdir biz görürük? Bu kimi hadisələr millətin üz qarası, faciəsidir. Qadın ərinin vəhşiliyindən şikayət edir barışdırırlar ki, "ailə münaqişəsidir". Sonra başı kəsilir. Altı aylıq körpə boğulur". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova yazıb. Müğənn

25 avqust 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021
.

Alim Qasımov Moskvada Teatr Festivalında çıxış edəcək

A.P.Çexov adına XV Beynəlxalq Teatr Festivalı Bakıdan Azərbaycanın Xalq artisti Alim Qasımovun ansamblını Rusiyanın Moskva şəhərinə qastrol səfərinə gətirib. Bu barədə TASS xəbər yayıb. "Sevgi üzərində qurulan dünya" musiqi kompozisiyası 3 və 4 iyul tarixlərində Moskva Beynəlxalq Musiqi Evini

3 iyul 2021
.

"Bir qızım məmur, o biri diplomatdır" - Ailəsindən danışdı

"Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub". xəbər verir ki

27 iyul 2021