Murad Arif yenicə itirdiyi atasından YAZDI: "Atamı itirən kimi, içimdə..." - FOTO

Murad Arif yenicə itirdiyi atasından YAZDI: "Atamı itirən kimi, içimdə..." - FOTOTanınmış aparıcı-müğənni Murad Arif İnstaqramdakı sonuncu paylaşımı ilə izləyicilərini kövrəldib.

Sonxeber.az xəbər verir ki, o, şəxsi hesabında atasını itirməsindən bəhs edib.

M.Arif atasının fotosunu paylaşaraq bu sözləri yazıb:

"Atamı bu il, 37 yaşında itirdim. Qəribə hiss yaşayıram. Atamı itirən kimi, içimdə bir ata tapmışam. Hiss edirəm ki, hardansa mənə dəstəkdir, bəlkə də qoruyur. Kişinin sağlığında bu qədər vacib, doğma və gərəkli olduğunu anlamırdım. İnsan heç əlindəkiləri haqqıyla dərk edərmi? Onunla həmişə aramızda pərdə olub. Mən doğulanda atamın 45 yaşı vardı. Məktəbə gedəndə 52... Sinif yoldaşılarım "Za toboy deduşka prişel – Sənin arxanca baban gəlib" deyərdi. Yeniyetməliyimdən 60-dan çox. Mən evlənəndə 75... Heç vaxt "orta statistik" atalardan ola bilmədi. Daha çox baba idi. Yəni, iştirakından daha da çox, xeyir duasıyla. Yaş fərqi, əslində dəyərlər, dövr, fiziki imkanlar arasında uçurumdur. Böyük yaş fərqi də, böyük uçurum..."

Qeyd edək ki, M.Arifin atası bu il aprelin 7-də dünyasını dəyişib.

Leyla
Murad Arif yenicə itirdiyi atasından YAZDI: "Atamı itirən kimi, içimdə..." - FOTOMurad Arif yenicə itirdiyi atasından YAZDI: "Atamı itirən kimi, içimdə..." - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1483   Tarix: 16 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mahsun Kırmızıgülün ölüm xəbəri yayıldı

Sosial şəbəkələrdə Türkiyəli tanınmış müğənni və aktyor Mahsun Kırmızıgülün ölüm xəbərləri yayılıb. -ın xarici mediaya istinadən xəbərinə görə, müğənni öz sosial şəbəkə hesabından bu xəbərlərə reaksiya bildirib. "Sırf bəyənmə xatirinə "öldü" xəbərlərini yaymaq ayıbdır. Yaşayıram və sağlığı

15 aprel
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel
.

Van Dammın azərbaycanlı gəlini Malibuda istirahət edir - FOTOLAR

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Kaliforniyanın Malibu şəhərində lentə alınıb. Fotolarda Van Dammın qızı Bianka da yer alıb

16 aprel
.

Azərbaycanın səslərini Aysel açıqlayacaq

"Avroviziya-2024" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanın səslərini açıqlayacaq şəxs bəlli olub. "Qafqazinfo" İTV-yə istinadən xəbər verir ki, bu missiya "Avroviziya-2009" təmsilçimiz Aysel Teymurzadəyə həvalə olunub. "12 points go to. Mayın 11-i İctimai Televiziyanı

17 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzrin və Mərdanı

14 aprel
.

Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

13 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

Rusiyada erməniəsilli serial ulduzu axtarışa verildi

Rusiyada yayımlanan "Əsgərlər" serialının ulduzu İqor Qasparyan məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Aktyor 70 min rubla yaxın borc alıb və bir neçə ildir ki, ödəmir. Hazırda onun barəsində 53 icra işi açılıb ki, onların da əksəriyyəti yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.

7 aprel